Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə65/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   61   62   63   64   65   66   67   68   ...   107

§5. Fiqurativ praktika

Fiqurativ praktika və ya fiqurlarla əməliyyat praktikası özü­nəməxsus şəkildə paralogikanın "vurma cədvəli" kimi çıxış edən kifayət qədər çoxlu fiqurlardan istifadə etmək bacarığını nəzərdə tutur: onu əvvəlcə əzbər öyrənmək lazımdır; sonra isə onu sadəcə olaraq "unudurlar" və zərurət yarananda (vurma pro­sedurunu həqiqətən həyata keçirmədən, daha doğrusu, mə­sələn, altı ədədini həqiqətən səkkiz dəfə götürmədən, sadəcə olaraq altı dəfə səkkizin – qırx səkkizə bərabər olduğunu "bi­lə­rək") avtomatik şəkildə ondan istifadə edirlər. Görünür, bu hal­da fiqur həqiqətən müntəzəm sürətdə işləyir.

Amma reallıqda fiqurlardan belə istifadə baş vermir. Fi­qurlar hələ də yalnız məktəb-universitet praktikasında ədəbi mətnin analizi zamanı meydana çıxmaqda davam edirlər; bu zaman onlar bizə mətni daha yaxşı və ya daha fərqli anlamaqda heç bir şəkildə kömək etmirlər. Fiquru tapmaq və onu müəy­yən şəkildə identifikasiya etmək bacarığı məktəblərdə və hətta ali təhsil müəssisələrində də yönəlməsi məna kəsb edən nəticə sa­yılır.

Amma aydın məsələdir ki, belə identifikasiya hər necə olsa qətiyyən müvafiq məlumatın başa düşülməsi demək de­yil­dir. Belə ki, mən kompüteri görə və onun kompüter kimi iden­tifikasiya edə bilərəm, amma əgər mən kompüterin iş prin­sipi haqqında heç bir şey bilmirəmsə, belə identifikasiya mənə heç bir şey vermir.

Demək lazımdır ki, fiqurlara məlumatın və ya mətnin məhz "bədiiləşdirilməsi" vasitəsi kimi yanaşmaq məntiqi və fi­qurativ praktika arasında belə dərin ziddiyyətin yaranmasına gə­tirib çıxarıb. Onları birləşdirən prinsipin yox olması (həm mən­tiqi, həm də fiqurativ praktika artıq qeyd etdiyimiz kimi eyni qanunlarla, anlayışlarla və mülahizələrlə əməliyyatı nəzərdə tu­tur) nəticəsində bir tərəfdən məntiqi praktika, digər tərəfdən isə fiqurativ praktika az qala ritorikanın iki müstəqil sahəsi ki­mi nəzərdən keçirilməyə başlandı.

Amma hətta fiqurlara əvvəllər verilmiş tərifə də müraciət etsək, onları birləşdirən prinsipi görə bilərik. Belə ki, metafora klassik tərifə əsasən fiqur olub, özündə ziddiyyəti (müqayisə et məntiqi ziddiyyət qanunu!) gizlədir, kataxreza birbaşa olaraq yunancadan sui-istifadə kimi tərcümə edilir, həmçinin tavto­lo­giya, pleonazm və digər məntiqi səhvlər antik fiqur nəzəriy­yə­sində nəzərdən keçirilir.

Bundan başqa, əgər biz akiroloji mülahizə forması kimi trop­ların klassik şərhinə nəzər salsaq və ümumiyyətlə, akiro-lo­giyanın nə olduğunu aydınlaşdırmağa çalışsaq, biz çox təəc­cüb­lənərik.

Akirologiya (akyros və logos) və ya latınca ekvivalenti – impropria dictio "yararsız nitq" deməkdir, daha doğrusu, mü­lahizənin yararsız vasitələrinə əsaslanan nitq deməkdir. "Aki­rologiya" yunancadan tərcümədə də "yararsız", "qanunsuz", da­ha doğrusu, qanunu pozan deməkdir. Aydın məsələdir ki, bu­rada məntiq qanunlarından – mülahizənin qurulması qanun­la­rından, başqa heç bir qanundan söhbət gedə bilməz.

Beləliklə, trop/fiqur ilə məntiqi səhvlər arasındakı əlaqə terminologiyada da öz əksini tapıb.

Bəlkə də, fiqurlar praktika elementlərinin akiroloji hadi­sə­lər kimi nəzərdən keçirilməsi fiqur və tropların mahiyyətcə neytral (sıfır) səviyyəsindən neytral olmayan kənaraçıxma olma­sı fikrinin niyə heç də həmişə tənqidə layiq olmadığını izah etməyə imkan verər. Fiqurativ praktikanın məntiq nöqteyi nəzərdən yararsız, akiroloji praktika kimi təsnif edilməsi trop və fiqurun "adi" dilə çevrilməsinin perspektivsiz olmasının əsas səbəbidir: "yararsız" məna adı altında onu sadəcə olaraq çe­virmək olmaz. Barokko və romantizm dövrləri bu mövzuya dair çox dəqiq versiyalar irəli sürüb.

"... və burada troplar (tropların bir növünü digərindən ayıran sərhədlər barokko mətnlərində xüsusilə qeyri-müəyyən xarakter daşıyır) ifadə planının elementlərindən bəzilərinin digərləri ilə zahirən əvəzlənməsi kimi deyil, xüsusi düşüncə sistemini yaradan vasitə kimi çıxış edir... " "Aristotelin müşa­hidə borusu"nda Tezauro metafora barəsində təlimi həm insa­ni, həm də ilahi şüurun universal prinsipi kimi işləyib hazır­layıb.

Onun əsasında fərasət - oxşar olmayanları yaxınlaş­dırma­ğa, birləşdirilməsi mümkün olmayanları birləşdirməyə yönəl­miş təfəkkür dayanır. Metaforik şüur yaradıcı şüur ilə bərabər­ləşdirilir və hətta, ilahi yaradıcılıq aktı, Tezauro tərəfindən me­ta­­fora, analogiya vasitəsilə dünyanı yaradan hansısa ali fərasət kimi təsəvvür edilir. Tezauro ritorik fiqurları zahiri bəzək kimi qə­­bul edənlərə etiraz edir – onlar onun üçün həm insanı, həm də kainatı canlandıran ali Dahiyanə təfəkkür mexanizminin əsa­sını təşkil edir." (Lotman Ö.M. Ritorika. İzb. statği v 3-x tomax – Tallin, 1992, s. 174)

Bu səbəbdən də bir tərəfdən tropu "nağıl etmək", digər tə­rəfdən isə onun məntiqi tərsini ifadə etmək olmaz. Belə pro­sedur, məsələn, rus dilindən ingilis dilinə və ya alman dilin­dən fransız dilinə tərcümə zamanı yox, insan dilindən arı dili­nə tərcümə zamanı həyata keçirilə bilər; amma praktikada belə prose­durlara həmişə cəhd edilib: trop və ya fiqurları adətən onla­rın "yararlı" məntiqi variantlarla müqayisəsi müşayiət edir.



Praktiki cəhətdən əlverişsiz olan bu əhəmiyyət yəqin ki, yalnız tipoloji aspektdən, üçüncü dilə keçid yolu ilə həyata keçə bilər. Bu üçüncü dil isə ritorik təsvirdir. Bu səbəbdən də ritorika metadil kimi, daha doğrusu, "məntiqin dilinə" və "para­lo­gikanın dilinə" nəzərən daha ümumi dil kimi, bu iki dil ara­sında olanı "üçüncü kateqoriyalar" vasitəsilə təsvir etməyə qa­dir olan dil kimi diqqəti cəlb edir (metaritorika konsepsiyası Y.M. Lotmanın adı çəkilən kitabında öz əksini tapır: səh.175).

Ritorika məntiq və paralogika arasında nə qədər belə pa­ralellər apara bilər? Bu suala cavab verərkən yadda saxlamaq lazımdır ki, ritorika sahəsindən çoxlu sayda məlumatlar müasir dövrdə yox olub. Çox güman ki, keçmişdə həm məntiqdə, həm də fiqur nəzəriyyəsində "fəaliyyət göstərən" bir çox anlayışlar­dan biz müasir dövrdə istifadə etmirik.

Müasir dövrdə az-çox dəqiq təsvirə malik olan 50-80 fi­qurdan bəhs etmək olar. Artıq ellinizm dövrünün ritorika kitab­larından birində (Hereniya üçün ritorika) onlardan 70-in adı çəkilmişdi. Orta əsr ritorikalarında fiqurların sayı 200-ə çatır. Bu dərslikdə biz bu gün məlum olan mümkün qədər çox­lu fiquru təsvir etməyə və onların müvafiq məntiqi əməliyyatlarla əlaqəsini nümayiş etdirməyə çalışacağıq.

Bu dərslikdə haqqında məlumat veriləcək trop və fiqur­ların kataloqu aşağıdakıdır (trop və fiqurlar sütunlar üzrə bölü­nüb, onların mənası sonra aydınlaşdırılacaq).


Troplar



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin