§6.1.1. Həqiqi troplar
Həqiqi troplar həqiqət meyarı ilə ziddiyyət təşkil edən troplardır. Başqa sözlə, bu yolla yaranan hökmlər məntiqi qanunlar baxımından yalandır. Bu əlamət əsas şərt kimi həqiqi tropların ritorik funksiyanı təşkil edir.
1) Adətən troplar haqqında söhbət metafora ilə başlayır; o, üç ən mühüm tropdan biri sayılır.
Metafora sözü yunancadan tərcümədə köçürtmə, aid etmə deməkdir. Bu səbəbdən də metaforanın ardınca digər troplar da bu məna ilə xarakterizə edilir, amma bəzi tədqiqatçıların fikrincə, bu heç də tamamilə düzgün deyil. (Bax: Qriqorğev V.P. Tropı//Literaturovedçeskiy gnüiklopediçeskiy slovarğ. M. 1987, s.446)
Metafora tropu ən yüksək dərəcədə təmsil edir. O, digər troplar ilə müqayisədə onun əsasını təşkil edən müqayisəni hiss etməyə imkan verir, daha doğrusu, analogiya əməliyyatlarını aydın sürətdə nəzərdə tutur. "Yalnız metafora vasitəsilə – Osip Mandelstam yazır – materiya aşkara çıxır, çünki müqayisədən kənarda varlıq yoxdur, varlığın özü müqayisədir" (Mandelğştam O.G. Razqovor o Dante. M. 1967, s.83). Hər bir müqayisə proseduru kimi metaforizasiya proseduru da müəyyən qaydalara əsaslanmalıdır. Bu qayda isə müqayisə edilən tərəflərin və müqayisəni həyata keçirməyə imkan verən əlamətin olmasını nəzərdə tutur. Bu əlamət ("müqayisənin üçüncü üzvünü" xatırlayaq) həmin analogiyaya uyğun gəlməlidir.
Metaforanın mahiyyəti ondan ibarətdir ki, bu əlamətin və ya müqayisənin üçüncü üzvünün adı heç vaxt çəkilmir. Buna görə də, metaforanı gizli müqayisə də adlandırırlar. Metaforada müqayisənin üçüncü üzvü həmişə buraxılır.
Amma metaforanın "hiyləgərliyi" (və ya "müdrikliyi") məhz ondan ibarətdir ki, gizli olan, göstərilməyən əlaməti manipulyasiya etmək çox asandır. Birbaşa göstərilməyən sanki müəyyən mənada həm də mövcud olmur: nəzərdə tutulan çox vaxt qeyri-müəyyən və qarışıq olur.
Metaforanın "açılması" əksər hallarda müqayisənin əsasında duran əlamətin əsassızlığını ("yararsızlığını", akirolojiliyini) üzə çıxarır.
Metaforanın akirolojiliyi onun eynilik və oxşarlıq kimi ümumi anlayışları sintezləşdirməsi ilə izah edilir. (Arutönova N.D. Metafora// Linqvistiçeskiy gnüiklopediçeskiy slovarğ.-M. 1990, S.297). "Oxşarlığın" "eyniliyə" çevrilməsinə mane olan hər şey qeyri-mühüm əlamət kimi sadəcə olaraq kənara atılır. Hətta invensiyanın qaydaları baxımından "müqəddəs" olan taksonomik sxemlər "metaforanın mövcudluğu" zamanı işləmir: soy digər soya məxsus olan növə bənzədilə bilər (insanlar haqqında: onlar qarışqadırlar); aşağı növ – bu növə heç bir aidiyyatı olmayan bütöv bir soya bənzədilə bilər (konkret kompüter haqqında: heyvandır (həyatı məhv edən heyvandır)); və s.
Ritorikada metaforanın funksiyası nominasiya, daha doğrusu, predmet və hadisələrin adlandırılması idi, amma son vaxtlar metaforaya tropları xarakterizə edən amil kimi baxırlar. Bu sevindirici haldır, çünki metafora digər troplarla eyniləşdirir; belə ki, bütün troplar hər şeydən əvvəl xarakterizəedici funksiyanı, sonra isə onun konteksti ilə əlaqədar olan funksiyanı yerinə yetirirlər.
Ritorikadan kənarda (linqvistikanın leksikologiya bölməsində) metaforizasiyaya daha asanlıqla məruz qalan dil vahidlərinin növləri müəyyən edilib. Sözün mənası nə qədər çoxəlamətli, informasiya cəhətdən zəngin və tərkib hissələrinə bölünməzdirsə, o, bir o qədər asanlıqla da metaforizasiyaya məruz qalır. Adlar arasında bu hər şeydən əvvəl xüsusi isimlər, təbii soyların adları, həmçinin relyasion mənaların adlarıdır...("taleyin ərköyün uşağı", "müharibənin yetişdirməsi"). Bu əlamətləri daşıyan sözlər arasında – fiziki keyfiyyətləri müəyyənləşdirən sifətlər ("tikanlı cavab"), təsviri fellər ("vicdan əzabı", "fikir axını") var. Bəzən seçilmiş nəsihətamiz metafora bir sıra situasiyalar arasındakı analogiyalar vasitəsilə yaranır ("sözü havaya buraxma") (Arutönova N.D. Metafora// Linqvistiçeskiy gnüiklopediçeskiy slovarğ. M. 1990, S.296).
Model: at arabası tutmaq.
Nümunə: Onun bütün arqumentləri hədəfin yanından ötür.
"Arqumentlər hədəfin yanından ötür" metaforası arqumentlər ilə top arasındakı müqayisə üzərində qurulur. Mülahi-
zə aşağıdakı şəkildə inkişaf edir:
Top hədəfi vurur və ya hədəfin yanından ötür.
Arqumentlər topu xatırladır.
Bütün toplar gücə malikdir.
Bütün arqumentlər gücə malikdir.
(nəticə)
Arqumentlər mahiyyətcə topdur.
(nəticə)
Arqumentlər hədəfə dəyir və ya hədəfin yanından ötür.
Bu nəticə nə dərəcədə doğrudur? O, tamamilə "doğru" deyil (həqiqət deyil) və faktiki olaraq terminin dörd dəfə artırılması halını özündə əks etdirir. Sillogizmin üç terminindən (anlayışından) – arqument, top, güc – biri olan güc iki mənada işlənir: mexaniki enerji kimi güc (top üçün) və inandırmanın ən yüksək dərəcəsi kimi güc (arqument üçün), nəticədə üçüncü termin "ikiqat" artır.
Başqa sözlə, sillogizmdə üçdən artıq terminin olmamasını nəzərdə tutan məntiqi qayda bu halda neqativ, paralogik olaraq istifadə edilir. Bundan başqa daha bir paralogik gedişi – hissənin tam kimi adlandırılmasını da (müqayisə et: bütün arqumentlər gücə malikdir) qeyd etmək lazımdır. Bu halda məntiqi qayda neqativ mənada işlənir.
Bu, "daha kiçik sillogizmdən" çıxarılan nəticəyə görə arqumentlər mahiyyətcə topdur (yəni silah). Mülahizənin qurulma qanunlarından rozitiv istifadə baxımından bu yanlışdır.
Daha böyük sillogizmə daxil olaraq o, onun arqumentlərindən birinə çevrilir, amma səhv olduğundan düzgün olmayan ehtimal kimi üçüncü paralogizm növünü yaradır (ilkin yalan variantı). Artıq məlum olduğu kimi, bu düzgün olmayan nəticəçıxartmaya səbəb olur. Məhz bu qaydadan paralogik olaraq böyük sillogizmdə istifadə edilir.
«Arqumentlər hədəfin yanından ötür» metaforası eyni vaxtda üç məntiq qaydasından neqativ istifadənin nəticəsidir. Bu qaydalara fiqurativ praktikada o qədər də ciddi əməl edilmir.
- sıra: sübutetmə işləmir; fikir perspektivsizdir; müraciət düzgün ünvanlanmayıb; fikirlərin toqquşması; konsepsiyanın dağılması; nəticəçıxartmanın gözəlliyi.
Antik dövrdən etibarən bir sıra ənənəvi metafora növlərinin təsviri də mövcuddur.
- sərt metafora;
- əvvəlki mənası silinmiş metafora;
- metafora – formul;
- geniş metafora;
- reallaşdırılmış metafora.
Yuxarıda təsvir edilmiş metaforizasiya mexanizmini saxlamaqla yanaşı, bu bütün metafora növlərinin əlavə əlaməti də özlərində əks etdirilir; bu əlamət metaforanın orijinallıq/yenilik (kəskin və ya mənası silinmiş metafora, metafora – formul) dərəcəsindən və ya ardıcıllıq (geniş və reallaşdırılmış metafora) dərəcəsindən asılı olaraq, metaforanı qiymətləndirməyə imkan verir1.
Dostları ilə paylaş: |