Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə74/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   70   71   72   73   74   75   76   77   ...   107
Model: soyuq baş.

Nümunə: Belə xəyali nəticələr əsasında hər hansı kon­sepsiyanı qurmaq çox çətindir.

«Xəyali» sözü epitet kimi çıxış edərək bu tropun bütün əsas əlamətlərini çox yaxşı hiss etdirir. Burada neqativ istifadə edilən məntiqi qayda terminin dörd dəfə artırılması adlanır. Başqa sözlə, epitetin «fəaliyyət» mexanikası metaforanı xatır­ladır.

«Xəyal» dedikdə aydın sürətdə həm «əsassız», həm də «saxta» nəticələr başa düşülə bilər. Aydın məsələdir ki, xəyali termini müxtəlif mənalarda işlənərək iki digər termin (kon­sep­siya və nəticə) ilə bağlıdır, bu isə terminin dörd dəfə artırıl­ması deməkdir. Metafora ilə əlaqədar olaraq bu barədə ətraflı danışmışdıq.

Sıra: mehriban ana, incə xətt, gözəl nəzəriyyə, məf­tun­edici gecə;

12) Oksümoron da anlayışı birləşdirən troplardan biridir. Bu isə o deməkdir ki, onun da əsasında analogiya durur – düz­dür, bu daha başgicəlləndirici analogiya növüdür. Yunanca «oxy­moron» iki sözün birləşməsindən əmələ gəlib: «oxys» -iti (hazırcavab) və «moros» - axmaq. Bu sözlər istənilən oksümo­ronun strukturunu əks etdirir. Oksümoron leksik mənalar vasi­təsilə birləşməsi mümkün olmayanları bir anlayışda birləşdirir. Buna görə də oksümoronu fiqurun deyil, tropun tərkibində öyrən­mək daha məqsədəuyğundur.

Oksümoron həmişə özündən antonimləri (məsələn «varlı kasıb» kimi) birləşdirir, amma yəqin ki, oksümoronu həyata ke­çirmək üçün komponentlər arasındakı kontrar əlaqələr də ki­fayətdir.

Başqa sözlə, oksümoronun komponentləri: bir-birini istis­na etməkdən daha çox bir-biri ilə ziddiyyət təşkil edirlər. Buna görə də oksümoronu başa düşmək üçün «geniş dünyagörüşü» lazımdır. Əks halda oksümoron mənasız bir şey kimi qəbul edilir. Amma yadda saxlamaq lazımdır ki, məhz paradoksal hökm­lər vasitəsilə (oksümoron isə çox vaxt paradoks kimi şərh olunur) məna baxımından daha maraqlı nəticələr əldə olunur.

- Model: canlı meyit.

- Nümunə: Ənənəvi azadlıq konsepsiyası heç kimə lazım olmayan zərurət kimi.

Burada «heç kimə lazım olmayan» söz birləşməsi» oksü­moron kimi çıxış edir. Bu nümunədən də göründüyü kimi, po­zitiv məntiq baxımından onu müəyyən etmək heç də çətin deyil. Bizim qarşımızdakı contradictio in adjesto –tərifdə ehti­va olunan ziddiyyət (ya «zəruridir», ya da «lazımsız»dır) ha­lıdır. Pozitiv məntiqə görə tərif özündə biri dəgərini istisna edən anlayışları ehtiva etməməlidir. Amma paraloqika baxı­mın­dan bu qaydanı nəzərə almayan oksümoron kifayət qə­dər incə məqamları görməyə şərait yaradır – belə ki, üçüncünü istis­na qanununu mütləq şəkildə qəbul etmək olmaz.

- Sıra: paralel əyrilər, hamıya məlum olan xəbərlər, qis­mən həmişə (sərginin bağlanmasının açılışı);

13) Antiteza anlayışı birləşdirən deyil, əksinə, ayıran trop­lardan biridir. Yunanca antilesis sözü də bu əhəmiyyətin xa­rakterini göstərir: yunancadan tərcümədə bu sözləri qarşı-qarşı­ya qoymaq, müqayisə etmək deməkdir.

Yalnız prinsipcə kontrar və ya kontradiktor münasibətdə olan anlayışları deyil, həm də adətən öz aralarında heç bir əla­qəsi olmayan, amma yanaşı qoyulduqda bir-biri ilə ziddiy­yət təşkil edən anlayışlar arasında əks münasibətlər yaratmaq üçün antitezadan istifadə edilir.

Prinsipcə antitezanı analogiyanın mənfi variantı kimi nə­zər­dən keçirmək olar. Əgər istənilən analogiya «AB-dir (BA-dır)» prinsipi əsasında qurulursa, antiteza da «AB deyil (BA deyil)» prinsipi əsasında formalaşır. Buna görə də çox zaman qeyd edirlər ki, analogiyada olduğu kimi, antitezada da mü­qa­yisə edilən anlayışlar prinsipcə bir-biri ilə əlaqədar olmalı­dırlar; belə ki, yalnız bu zaman onlar arasındakı həm oxşar, həm də fərqli cəhətləri görmək olar. Əgər anlayışlar arasında əlaqə yoxdursa, onda antiteza həyata keçirməyəcək.

Antitezanın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, anlayışlar arasındakı ziddiyyətli münasibətlər adatən açıq şəkildə nümayiş etdirilir. Bundan başqa, əgər anlayışların bir cümlənin tərkibində açıq şəkildə müqayisə edilməsi mümkün deyilsə, onda antiteza baş tutmur.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin