Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə75/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   71   72   73   74   75   76   77   78   ...   107
Model: ömür qısa, sənət isə əbədidir.

Nümunə: İddialar çox, imkanlar isə azdır.

Bu klassik antiteza «iddealar» və «imkanlar» kimi kontrar anlayışların müqayisəsinə əsaslanır. İlk baxışda hər şey qanu­na­uyğundur: müqayisə baş verib. Bu antiteza əslində paraloqik qaydalardan daha çox məntiqi qaydalara əsaslanır, çünki bura­da müqayisə edilən anlayışları onsuz da bir-biri ilə müqayisə etmək mümkündür. Beləliklə, əslində burada antitezaya ehti­yac yaranmır.

Məsələ onda deyil ki, bu antiteza mövcud ola bilməz və ya ritorik funksiyaya malik deyil – bütün bunlar bu halda öz əksini tapıb. Amma bizim nümunə, ehtiva olunan ritorik funk­si­ya olaraq hiss edilmir. Bu səbəbdən də biz əgər həqiqətən paraloqik antiteza quruquqsa, daha doğrusu ritorik funksiyanı real­laşdırırıqsa, onda biz nadir müqayisədən istifadə etməyə çalışmalıyıq.

Bu isə yalnız bir halda mümkündür – bunun üçün ana­loqiya qaydalarını pozmaq lazımdır. Predmetlər arasında əlaqə yaradan əlamət göz qabağında olmamalıdır. Buna görə də «kəskin» məna effekti yaratmaq üçün antonim xarakterli anla­yışlardan istifadə məsləhət görülmür. Xatırladaq ki, əks halda da antiteza səhv sayılmayacaq, amma bu zaman ritorik funk­siya proporsional olaraq «zəifləyəcək».



Sıra: oğru azadlıqda gəzməməlidir, o, həbsxanada olma­-

lıdır; kasıb və xəstə olmaqdansa varlı və sağlam olmaq yax­şı­dır; personal bizimkidir, amma əmək haqqı amerikansayağıdır.

14) Antimetabola (yunancadan tərcümədə antimetabola – qarşılıqlı əvəzetmə deməkdir) antitezanın növlərindən biri kimi təsvir olunur. O, əslində elə antitezadır –əlavə «yeni» əlamət kimi yalnız əlavə səciyyəvi cəhət çıxış edir: burada eyni sözün və ya eyni kökə malik olan sözün təkrarı yolu ilə «səslənmə» səviyyəsində də müqayisə xüsusi olaraq nəzərə çarpdırır. Aydın məsələdir ki, belə halda eyni fonda göstə­ril­məsi səbəbindən müqayisə edilən anlayışlar xüsusilə aydın şə­kildə «bayağılaşdırılır».

- Model: (balıqçılar haqqında zərafat) bir tərəfdə – soxul­can, digər tərəfdə əcaib adam.

- Nümunə: (reklam) sığorta qiyməti artır – sığortalanan azalır.

Ritorika baxımından tamamilə məqbul antimetabola variantıdır. «Sığortalanan» və «sığorta» sözləri arasındakı məna cə­hətdən bağlılıq prinsipcə aydındır, amma həmişə bundan isti­fadə etmək olmaz. Bu antimetabolanın paraloqik xarakteri ondan ibarətdir ki, o, normal halda müqayisə olunmayan anla­yış­ları bir cümlənin tərkibini birləşdirir (analogiya üçün sim­met­riya qaydasının pozulması halı baş verir).



Sıra: xalq dövlət üçün deyil, dövlət xalq üçündür.

15) Emfaza (yunanca emfasis emfainein sözündən götü­rülüb ki, tərcümədə – göstərmək deməkdir) iki mənanı özün­dən ehtiva edən anlayışdır: o, bir tərəfdən nitqin bir fraqmen­tinin intonasiya baxımından fərqləndirilməsi (biz bunu nəzər­dən keçirməyəcəyik), digər tərəfdən isə mənanın kəskin daral­masını nəzərdə tutan tropdur. Anlayışları birləşdirən troplardan və anlayışları ayıran troplardan sonra anlayışlar arasında əlaqə yaradan belə tropu nəzərdən keçirmək daha məqsədəuyğun­dur.

İlk dəfə olaraq burada geniş mənada işlənən söz dar mə­na­ya aid edilir. Geniş mənada işlənən sözün dar mənada işlə­dil­məsinin əsas səbəbi aşağıdakıdır: burada işlədilməli olan dar mənalı söz hər hansı səbəbdən «məqsədəuyğun» hesab edil­mir. Bu səbəblər etiket xarakterli də ola bilər. Bu cəhət emfazanı bir qədər evfemizm ilə yaxınlaşdırır.

Yadda saxlamaq lazımdır ki, emfazanı həyata keçirərkən biz məna cəhətdən yaxın olan anlayışların sərhədlərindən kə­nara çıxmamalıyıq. Əks halda emfaza əvəzinə metafora alına­caq.

- Model: siz sadəcə olaraq {dəli əvəzinə} xəstəsiniz!

- Nümunə: (içində qəhvə bişirilən qab haqqında). Maşın tama­milə sıradan çıxıb.

Bu nümunədə «içində qəhvə bişirilən qab» sözünün yerində işlənən «maşın» sözü emfaza rolunda çıxış edir. Nəzərə alaq ki, «maşın» «qəhvə bişirilən qab» ilə sıx əlaqədar olan anla­yış­dır (amma bu sözə ən yaxın olan anlayış «cihaz»dır): əgər «ma­şın» əvəzinə məsələn «instrument» sözü işlənirsə, onda me­tafora yaranacaq.

Emfazada neqativ mənada işlənən məntiqi qanun aşağı­dakıdır: bu qanuna görə uzaq anlayışı ən yaxın anlayış əvəzinə işlətmək olmaz. «İçində qəhvə bişirilən qab» sözünə ən yaxın anlayış «cihazdır»; «maşın» isə uzaq anlayış kimi çıxış edir.

- Sıra: (dost ol! - əvəzinə) insan ol!; (həkimin köməyinə ehti­yac yarananda) - mütəxəsisə müraciət etmək lazımdır.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin