Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə76/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   72   73   74   75   76   77   78   79   ...   107
Dərəcələrə bölmə (latıncadan tərcümədə gradatio-tədri­cilik, ardıcıllıq deməkdir) istifadə üçün semantik cəhətdən mü­rək­kəb olan troplardan biridir. Dərəcələrə bölməni onun iki əsas modifikasiyasına əsasən nəzərdən keçirmək daha rahatdır.

16) Dərəcələrə bölməklimaks və ya sadəcə klimaks (yunancadan tərcümədə klimaks –pilləkən «nərdivan» demək­dir) bir-birinin ardınca düzülən anlayışların – ya öz-özünə, ya da müvafiq sintaksis strukturun tərkibində-ardıcıl olaraq məna­sının genişləndirilməsini nəzərdə tutur. Bu prosedurun həyata ke­çirilməsi ardıcıl olaraq xüsusidən ümumiyə yüksəlmə de­mək­dir, amma addımların ardıcıllığını gözləmək lazımdır. Də­rə­cələrə bölmə, o cümlədən onun bir növü kimi klimaksın mə­nası məhz bundan asılıdır.

Bu tropun aydın bir sürətdə məntiqi xarakter daşımasına

baxmayaraq, paraloqika öz məqsədləri üçün ondan tamamilə isti­fadə edə bilər. Burada istifadə olunan «fırıldaq» dərəcələrə bölmə əməliyyatı üçün seçilmiş anlayışın xarakterində ehtiva olu­nur. Məsələn, əgər mən şam-ağac-bitki şəklində olan dərə­cələrə bölmə əməliyyatını reallaşdırsam, təbii ki, mən məntiq qanunlarını pozmayacam. Amma paraloqika semantik cəhətdən daha maraqlı cümlələrin qurulmasına gətirib çıxara bilər.

- Model: vaxt sürətlə keçir: dəqiqə; əsr; era.

- Nümunə: (ufologiya problemlərinə həsr olunmuş məqa­lədən). Heynenin məşhur şam ağacı xatırlanır ki, bu da əslində elə kosmos vasitəsi ilə öz salamlarını göndərən Yer kü­rəsidir. Bu klimaksın məzmun baxımından nə qədər maraqlı olmasını nəzərə almadan qeyd edək ki, burada məntiq və para­loqika arasındakı fərq yaxşı görünür.

Məntiqi və paraloqik «pilləkənlar» çox zaman «pillə­lə­rin» sayına görə bir-birindən fərqlənir: məntiqi pilləkən addım­ları, paralogik pilləkən isə sıçrayışları nəzərdə tutur. Bun­dan başqa, paraloqik klimaks adətən sözün ciddi məna­sında anlayış baxımından dərəcələrə bölmə deyil, paraloqik klimaks həmişə metaforik xarakter daşıyır: müqayisə et: şam ağacı-yer-kosmos. Praktiki olaraq bu o deməkdir ki, paraloqik klimaks məntiqi cəhətdən aydın olmayan siniflərdən istifadə edir.

Sıra: Təəssüf ki, belə də olur: siqaret, xəstəlik, ölüm; əvvəl­cə mer, sonra millio­ner, daha sonra dustaq olur; bu gün vin­ti oğurlayırsan – sabah böyük dəzkahı.

17) Dərəcələrə bölmə – antiklimaks və ya sadəcə anti­klimaks klimaksın əksi olan tropdur; o, ardıcıl olaraq anla­yışın daralmasını nəzərdə tutur. Antiklimaks ilə əlaqədar olaraq nə­zərdən keçirilən qayda klimaksa da aiddir: «azal­ma»nın dəqiq xəttini müəyyənləşdirmək lazıdır. Başqa sözlə, antiklimaksda tamamilə əks istiqamətdə hərəkət baş verir: tədricən ümumi anlayışdan xüsusi anlayışa doğru hərəkət baş verir.

- Model: Mafioz quldur deyil, o, uşaqlığı çə­tin ke­çən oğlandır.

- Nümunə: Bu heç də diskussiya deyil, boşboğazlıqdır, cə­­fən­giyyatdır!

Paralogik antiklimaksa aid bu nümunədə ümumi və xüsu­si anlayışlar kimi normal bir-biri ilə əlaqəsi olmayan sözdər eyni məlumatın tərkibində bir-biri ilə əlaqələndirilir.

Sıra: necə də fikir irəli sürdü, bu hətta heç fikir də deyil, götür-qoy deməkdir...; gəldim paytaxta: nə mənzil? Heç ota­ğım, bir küncüm də yoxdur.

18) Antanaklasis sözün, söz birləşməsinin və ya cümlə­nin çoxmənalığı haqqındı söhbətin gedib-getməməsindən asılı olmayaraq çoxmənalığa əsaslanan troplar qrupunu müəyyən edir. Yunancadan tərcümədə antanaklasis əks etdirmə demək­dir və nitq fraqmentinin birbaşa təkrarını özündə əks etdirir. Amma bu fraqmenti zahirən tam şəkildə təkrar etsə də, antak­lasis formal şəkildə eyni olan fraqmentlər arasında daxili ya­xın­lığı nəzərdə tutmur.

Beləliklə, antaklasisi özünəməxsus provokasiya kimi də şərh etmək olar: məlum olanın «cildində» əslində gizlicə ola­raq naməlum olan gəzdirilir. Amma bununla belə auditoriya uzun müddət nəyisə ehtimal etməli olmur: danışan tərəfindən mənanın dəyişikliyi elə sürətlə həyata keçirilir ki, alınan nəticə çox zaman komik xarakter daşıyır; belə ki, auditoriya belə asan­lıqla aldatmağın mümkün olduğunu başa düşəndə bundan həzz alır.

- Model: partiya olub, var və var olacaq.

- Nümunə: Alimlər-işıq mənbəyidir. İşığı sondürüblər.

Bu nümunədə aydın sürətdə «işıq» sözünün mənasının bir-birinə qarışdırılması – məcazi mənadan (həqiqət simvolu ki­mi işıq) birbaşa mənaya (elektrik-işıq) keçid-məlumatın bir his­səsini digər hissədən götürülmüş fraqment əsasında yenidən mənalandırmağa imkan verir («işığı söndürüblər» oxumaq imka­nını əldən alamaq deməkdir). İstənilən antanaklasis məhz belə xarakter daşıyır: biz əvvəlcə məlumatın mahiyyətini düz­gün başa düşmürük və ona sonrakı müraciət zamanı yaranan yan­lış təsəvvürləri aradan qaldırırıq.

Burada neqativ mənada istifadə edilən məntiqi qanunun pozulması nəticəsində yaranan səhv «tezisin dəyişdirilməsi» adla­nır. Bu qanun isə eyniyyət qanunudur: məlumatın gedişin­də predmet özü özü ilə eyniyyət təşkil etməlidir.

Bu qanuna antanaklasis həddindən artıq «məharətlə» diq­qət yetirmir: antanaklasis həqiqətən eyni «işıq» sözünü saxla­yan zahirən eyniyyət qanununa əməl edir. Amma əslində bu belə deyil: məna baxımından güclü sıçrayış qeyri-adi gücə ma­lik semantik effekt yaradır.

- Sıra: siçan satıram: siçan yaxşı vəziyyətdədir (kompüter üçün siçan nəzərdə tutulur).

19) Amfiboliya (yunancadan tərcümədə amphibolia – iki­mənalılıq deməkdir) indicə nəzər saldığımız tropa oxşayır. Anto­naklasisdən fəqli olaraq amfiboliya analogiyanı iki söz (za­hirən eyni, amma mənaca fərqli) arasında deyil, eyni sözün iki mənası arasında qurur. Daha doğrusu bu trop leksik baxım­dan təkrarı nəzərdə tutmur: hər iki məna eyni «cild»də ehtiva olunur.

Amfiboliyanın özünəməxsusluğu ondadır ki, əvvəlcə hər iki məna «hipotetik» olaraq məqsədəuyğun sayılıb. Onlardan birinin seçim imkanı sonra yaranır. Qısa vaxt ərzində lazım olan mənanın belə gecikməsi növbəti kontekst tərəfindən danı­şanın «kartı» açılmayana kimi auditoriyanı çıxılmaz vəziy­yə­tə sa­lır. Amfiboliya da komik xarakter daşıyan bu qısamüddətli qarşılıqlığı yaratmaq üçün lazımdır.

Model:

(söz ilə amfiboliya): axı o uşaqdır.

(cümə ilə amfiboliya): ölkə inqilab görmədi (ölkə inqi­lab keçirib və ya ölkə inqilab nəticəsində məhv olub?)

Nümunə: Monika Levinskinin ayağı ağırdır.

Sərlövhəni, göründüyü kimi, müxtəlif mənalarda başa düşmək olar. Aydın məsələdir ki, oxucu bunun nə demək oldu­ğu­nu bir müddət tam anlamır. Auditoriya danışanın köməyi olma­dan bu «çıxılmaz vəziyyətdən» çıxa bilməz.

Şübhəsiz ki, bu nümunədə polisemiyadan «sui-istifadə» edilir: anlayışın müəyyənləşdirilməsi və bölünməsi qaydala­rının təsviri zamanı biz polisemyadan bəhz etmişik. Bu qayda­ya əsasən istifadə edilən anlayışlar birmənalı olmalıdır. Amma bu­rada bu qayda neqativ cəhətdən tətbiq edilir, qəsdən çoxmə­nalı söz və söz birləşmələri seçilir. Bu danışanın seçdiyi tak­tikadır.

Sıra: Pyer Kardenin xoşuna zolaqlı paltar (yəni məhbus qeyimi!) qəfəs gəlir, MTN-in bina­sın­da qapılardan birinin üzərində yazılmışdır: «Xəbər ver» (lətifə).

20) Zevqma da (yunancadan tərcümədə-qoşmaq, bir­ləş­dirmək deməkdir) çoxmənalılığa əsaslanan troplardan biridir.

Çox zaman onu zorla sözləri birləşdirmə forması kimi nəzərdən keçirirlər. Bu zaman o, semantik baxımdan ümumiy­yətlə, yanaşı mövcud ola bilməyən sözlərin birləşdirilməsinin mümkün olmaması faktına əhəmiyyət vermir. Bu baxımdan zevqma həqiqətən «karıxdırıcı» nitq üsullarından biridir: o, bir-birinə zidd olan anlayışları bir-birinə «yaxınlaşdırır», faktiki olaraq məna baxımından onları toqquşdurur. (Bu səbəbdən də zevqmanı çox komik effekt yaradan troplardan biri kimi qəbul edirlər).

Amma zevqmanı daha ətraflı nəzərdən keçirərkən, mə­lum olur ki, onun «sirri» heç də ilk növbədə anlayışların toq­quş­durulmasından ibarət deyil: zevqma özündə eyni zamanda iki (və daha çox) mənanı ehtiva edən sözdən istifadə etmək imkanı yaradır. Amma məsələ belədir ki, bu mənalardan hər biri əks tərəflərə «istiqamətlənir», və beləliklə, obyektiv ola­raq, eyni zamanda bir-biri ilə uyğunlaşmayan iki anlayışa «uyğun gəlir». Deməli, zevqma bir-birinə uyğun gəlməyən iki anlayış deyil, semantik baxımdan iki, bir-birinə uyğun gəlmə­yən anlayışa müvafiq olan bir sözdür.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin