Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə79/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   75   76   77   78   79   80   81   82   ...   107
Sıra: mən universitetləri qurtarmamışam; bunu yalnız mə­nim kimi axmaq edə bilər; mən axı kəndçinin birisiyəm.

26) Paralepsis (yunancadan tərcümədə paraleipsis – bu­raxma, yol vermə deməkdir) həqiqi olmayan troplardan biridir. Onun fəaliyyət mexanizmi özünü məhv etməsinə əsaslanır. Paralepsis vasitəsilə danışanın məhz susmağa hazırlaşdığı şey haqqında məlumat verilir. Bu tropdan nitqdə çox geniş istifadə edilir, amma bu çox vaxt qeyri-iradi şəkildə baş verir. Əlbəttə, qeyri-iradi şəkildə istifadə edilərkən o, artıq trop kimi iştirak etmir və məntiqi qanunlar baxımından (hər şeydən əvvəl zid­diyyət qanunu baxımından) mühakimə edilir. Qeyd etmək la­zım­dır ki, bir çox paralepsislər o qədər möhkəm sürətdə nitq döv­riyyəsinə daxil olub ki, o, artıq trop kimi qəbul edilmir və özü­nəməxsus nitq standartı sayılır.

Amma bununla belə şüurlu sürətdə tətbiq edilərkən paralepsis böyük effekt yarada bilər: bu trop vasitəsilə əldə olunan məna effekti çox maraqlıdır və gözlənilməzdir. Həyata keçirilən bu trop sanki özünü saxtalaşdırma aktı kimi çıxış edir: bu zaman nəzərdə tutulan məqsədi əslində prinsipcə auditoriya bilməli deyil. Bu trop çox zaman komik effekt yaradır, buna gö­rə də onu həm də ironiyanın bir növü kimi nəzərdən keçi­rirlər.

Model: Mən artıq demirəm ki, Siz dəlisiniz.

Nümunə: Mən «təklif» sözündən heç bir zaman istifadə etməmişəm – və, yəqin ki, indi də istifadə etməyəcəm.

Bu nümunə uğurla həyata keçirilmiş paralepsisdir. Danışanın özünüsaxtalaşdırması absurd çatdırılıb və buna görə də artıq özünəsaxtalaşdırma kimi qəbul olunmur. Onun heç bir zaman istifadə etmədiyi «təklif» sözü həddindən artıq neqativ məna kəsb edir- hətta danışan həqiqətən bu sözdən neqativ mənada istifadə etmək istəsə də belə kəskin effekt alınmazdı. Əlbəttə, danışan məntiqi cəhətdən ziddiyyət qanununun tələblərini pozub.



Sıra: gərəksiz yerə qeyd etmək lazım deyil ki, yalnız inadkarlar gərəksiz yerə nəyi isə qeyd edirlər; prezidentə bundan sonra istəfaya getməyi təklif etməcəyik ki!.

27) Preokkupasiya (latıncadan tərcümədə occupation – tət­biq etmə, həyata keçirmə deməkdir) həqiqi olmayan troplar­dan biridir. Həyata keçirilən preokkupasiya da «ağzından qaçır­maq» deməkdir, amma burada proses bir qədər başqa istiqa­mət­də baş verir: nəyi isə inkar etməyərək o, eyni zamanda bu­nu təsdiq edir. Burada səmimiyyət meyarı tamamilə pozulur.

Əgər preokkupasiyanı sadəcə olaraq nitq mexanizmlərindən biri kimi nəzərdən keçirsək, onda bu mexanizmin daim fəaliyyətdə olduğunu demək olar. Məsələn, «Mən heç bir zaman yalan danışmıram» kimi inkaredici hökm məhz həddindən artıq qəti şəkildə nəyi isə inkar etməsi səbəbindən dərhal şübhə altına düşür. Bu etirafın əksinə oxunması ehtimalı yaranır.

Adi məişətdə belə ifadələr («Mən irqçi deyiləm», «Mənimlə mübahisə edərkən, mən bundan sevinirəm», «Mən həmişə özümə nəzarət edirəm» və s.) özündə qeyri-iradi özü­nü­saxtalaşdırma hallarını əks etdirə bilər, amma burada söhbət bu barədə getmir. Pitorik cəhətdən preokkupasiyanın istifadəsi, daha doğrusu ondan trop kimi istifadə, həmişə açıq-aydın olanı inkar etməyin mümkün olmaması səbəbindən onun təsdiq edil­məsini nəzərdə tutur.

Preokkupasiyanın mahiyyəti məhz açıq-aydın olan ilə inkar edilən arasında ziddiyyətin qurulmasından ibarətdir (bu ziddiyyət də komik, daha doğrusu ironik xarakter daşıyır).

- Model: O, dünyada səhv etməyən yeganə insandır.

- Nümunə: Qoy general çeçenlərə Çeçenistan haqqında danışsın; axı onlar orada heç bir zaman olmayıblar.

Bu – məharətlə qurulmuş preokkupasiyaya dair bir nümu­nədir. «Pozitiv oxunma» ehtimalı bu kontekst şəraitində tama­milə aradan qaldırılır: trop açıq-aydın üsul kimi qəbul edilir.

Bununla belə, məlum olduğu kimi, danışan güclü məna effekti qurmaq üçün əslində minimal vasitədən istifadə edir: vasitələr toplusu sırf leksik mənadan istifadə etməklə, çeçen­lərin Çeçenistana mənsub olduğunu nümayiş etdirir: çeçenlərin Çeçenistanda heç bir zaman olmadıqlarını güman etmək çətin­dir. Burada inkar əslində təsdiq kimi çıxış edir.

Məntiqi baxımdan predmet eyni zamanda nə isə həm ola, həm də olmaya bilməz: preokkupasiyada bu məntiq qanunu əks mənada tətbiq edilir.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin