Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə85/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   81   82   83   84   85   86   87   88   ...   107
Model: Tənbəl leninçilər.

Nümunə: Budur bizim məşhur zibil­kra­tiya! ("zibil" və "demokratiya" sözlərinin birləşməsi).

Bu nümunədən də göründüyü kimi, yeni sözün kompo­nent­ləri onlarda ehtiva olunan ideyanın düzgün oxunulması üçün öz aralarında həddindən artıq sıx münasibətdə olmaya da bilərlər. Əlbəttə, annominasiya zamanı geniş dinləyici kütləsi üçün az məlum olan sözlərdən istifadə etmək lazım deyil.

Annominasiya adətən, mikrofiqurlar üçün xas olan qa­nun­ları pozmaqdan başqa daha bir məntiqi qanunun, daha kon­kret şəkildə desək, əsassız nominativ dəyişikliyi qadağan edən qanunun tələblərini pozur. Beləliklə, paralogika bu qanu­nu da tanımır.

Sıra: Rusiyalıların qrafo- və baronomaniya (yəni düşkün olması), yalanual terapiya (manual əvəzinə), qazon (ozon əvə­zinə) dəliyi.

4) (41) Hendiadis (yunancadan tərcümədə hen dia dyoin – ikisi vasitəsilə biri) də söz və söz birləşməsinin strukturunun dəyişdirilməsi ilə əlaqədar olan kombinasiyanı nəzərdə tutur. Hendiadis zamanı adətən, sözün iki yerə ayrılması baş verir: bir söz iki müstəqil sözə çevrilir. Əlbəttə, yaranan söz birləş­məsi məntiqi baxımdan keyfiyyətsiz olur, amma paralogik baxımından çox effektli ola bilər.

Hər şeydən əvvəl özündə iki sözün kökünü ehtiva edən mürəkkəb sözlər müvafiq transformasiyaya məruz qala bilər. Amma çox nadir hallarda yalnız bir kökə malik sözlər də trans­formasiyaya məruz qalırlar, bu isə, bir qayda olaraq, güclü ko­mik effekt yaradır. Burada tələbləri pozulan məntiqi qayda­ya görə tama əsasən hissə haqqında mülahizə irəli sürmək olmaz. Amma paralogika hendiadis zamanı bu qanunun tələblərini nəzərə almır.

Model: Gülbalanın gül balası!

Nümunə: Kənddə işin ən qızmar vaxtında belə işə getmirlər: əməkgünləri indi «çətingünlər» kimi başa düşmək lazımdır: yəni belə günlərdə işləmək istəməsən də, məcbursan ki, işləyəsən ...

«Əmək günü» sözü iki hissəyə bölündükdə məna baxı­mın­dan əlaqəsini elə dərəcədə itirir ki, xüsusi «kommentariya» ehtiyac yaranır.

Həndiadisin təsirliyi elə ondadır ki, sözün parçalanması təbii xarakter daşımır. Yenidən birləşdirilən «hissələr» əvvəlki mənanı vermir. Bütövə baxıb hissələr haqqında qənaətə gəlmək olmaz (məntiq baxımından) paralogika baxımından isə əlamətlərin adicə yerdəyişməsi baş verir.

Sıra: Bizim heyvan darlıq, diri başlar və s.

5) (42) Aferezis (yunancadan tərcümədə afairesis – rədd etmə, uzaqlaşdırma deməkdir) nitq vahidinin transfor­masi­ya­sını (dəyişdirilməsini) deyil, deformasiyasını (məhv edilmə­si­ni) nəzərdə tutan mikrofiqurdur. Aferezis zamanı biz nitq vahi­dini kəsib qısaldırıq; bu kəsmə isə nitq vahidinin qabaq tərə­findən həyata keçirilir.

Aferezisin yaratdığı effekt elədir ki, sözün əvvəli ta­ma­milə yox olur, amma yerdə qalan hissə sözü başa düşmək və həm danışanın nəyi nəzərdə tutduğunu, həm də adi şəkildə nitq vahidinin onu nə üçün "qane etmədiyini" anlamaq üçün kifayət edir. Yox olan hissə kəmiyyət baxımından bir-iki səsdən tutmuş praktiki olaraq bütöv bir sözü əhatə edə bilər: bəzən sözdən yalnız sonluq şəkilçisi qalır, amma bunula belə o, lazım olan sözü təmsil etmək iqtidarında olur.

Bu fiqur mürəkkəb fiqurlardan biridir, amma tədricən nitq praktikasında geniş şəkildə yayılmağa başlayıb.

Aferezis zamanı qarşıya qoyulan semantik məqsəd bir qayda olaraq, mənası dəyişdirilmiş və ilkin söz ilə müqayisədə daha qiymətli olan yeni nitq vahidini yaratmaqdır.

Model: «Ahil» metro stansiyası.

Nümunə: İncəsənətdə ən müxtəlif "izmlər" mərhələsi, deyəsən, arxada qalıb.

Müxtəlif "izmlər" adı altında müəllif incəsənətdəki avan­qardizm, kubizm, impressionizm və s. kimi cərəyanları nə­zər­də tutur. O, öz fikrini çox yaxşı ifadə edir; belə ki, o, incə­sə­nət­dəki kifayət qədər çoxlu "qeyri-proletar" xarakterli cə­rə­yan­ları yalnız onlar üçün ümumi olan sonluq şəkilçisi əsa­sında bir qrupda birləşdirir. Bu nümunədə aferezisin imkanları çox yaxşı əks olunub.

Göründüyü kimi, burada ilk növbədə eyniyyət qanununun tələbləri pozulur. Burada həmçinin paralogika baxımından his­səyə əsasən tam haqqında nəticə çıxarılır.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin