Нязяри вя практики риторика


§6.2.2.1 Konstruktiv fiqurlar



Yüklə 3,92 Mb.
səhifə89/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   85   86   87   88   89   90   91   92   ...   107

§6.2.2.1 Konstruktiv fiqurlar

01) (55). Paralelizm (yunancadan tərcümədə parallelos – yanaşı yerləşən deməkdir) ən qədim fiqurlardan biridir. Bu fiqur ritorikaya folklordan keçmişdir. Paralelizm bir sıra konstruktiv metafiqurları aşkar edir: Belə hesab edirlər ki, məhz o, bu qrupa daxil olan demək olar ki, bütün yerdə qalan nitq hadisələrinin əsasında durur.

Əslində paralelizm məlumatın bir-biri ilə yanaşı və ya bir-birindən bir qədər uzaq yerləşmiş hissələrinin oxşar sin­tak­sis konstruksiyaya malik olması deməkdir. Paralelizmin fəa­liy­yət mexanizmi belədir ki, auditoriya konstruksiyalar ara­sındakı oxşarlığı görərkən, analogiya qanunlarından istifadə edərək, onlar tərəfindən ötürülən mənanın da “oxşar” olması qənaətinə gəlir.

Başqa sözlə, paralelizm zamanı konstruksiyalar arasın­dakı struktur “oxşarlığı” səbəbindən bir konstruksiyada ifadə olunan məna digərinə köçürülür. Nəticədə ifadə olunan məna­lar qarşılıqlı olaraq bir-birini zənginləşdirir. Paralelizm əslin­də auditoriyanı məlumatın iki fraqmentinin ifadə etdiyi məna­ları müqayisə etməyə vadar edən işarədir.



Nümunə: Qoca yabı yolda ölər. Rusiya iqtisadi dəyişik­lik­lərin gedişində məhv olar.

Bu nümunədə istifadə olunan paralelizm düşünmək üçün geniş imkanlar açır. Bir-birini təkrarlayan sintakis kon­struk­­siyalar onlarda ehtiva olunan mənaları da bir-birinə uyğun­laşdırır. Beləliklə, bir-birinə yaxın olmayan anlayışların bir-birinə yaxınlaşmaq imkanı yaranır.

Oxşar konstruksiyanı müşahidə etmək çox asandır.

qoca yabı  Rusiya

yolda  iqtisadi dəyişikliklərin gedişində

ölər  məhv olar.

Alınan “şəbəkə” paralelizmə cəlb edilmiş anlayışlar ara­sındakı əlavələrə dair tam təsəvvür yaratmağa kömək edir. Bu anlayışların hər biri əks olunduğu digər anlayış ilə birlikdə, yəni cüt anlayış kimi çıxış edir və cütlüyün ikinci üzvünü başa düşmək üçün açar rolunu oynayır.

Burada paraloqik şəkildə istifadə edilən məntiqi qanun yanaşı yerləşən sintaksik strukturların müxtəlif şəkildə göstə­ril­məsinin zəruriliyi haqqında olan qaydadır.



Sıra adam yoxdur, deməli problem də yoxdur; cinayət­karların sayı artır, qurbanların sayı azalır, pioner oldu premyer.

02) (56) İzokolon (yunancadan tərcümədə isokolon – kolonların, nitq taktlarının oxşarlığı, eyniliyi deməkdir) təxmi­nən eyni uzunluqda olan nitq parçalarının təkrarı ilə bağlıdır. Nitq praktikasında izokolon müntəzəm olaraq bir-birini əvəz edən cümlələr (adətən kifayət qədər qısa cümlələr) seriyası kimi təzahür edir. Bu isə məlumatın dəqiq sürətdə dövri xa­rak­ter daşımasına səbəb olur.

Bu fiqurdan gündəlik nitq praktikasında da tez-tez istifa­də edilir. Bu fiqurun əsas funksiyası məlumatın məntiqi və ya emosional cəhətdən “mühüm” fraqmentlərini bütöv­lükdə mə­lumatın strukturu içərisindən seçmək və xüsusi ola­raq nəzərə çarpdırmaqdır. Məsələ belədir ki, məlumatda qəsdən nizam­lanmış hissələrin təzahürü adətən kifayət qə­dər sinxron şəkil­də dinləyicilər tərəfindən hiss edilir: izoko­lo­nu həyata keçi­rər­kən, beləliklə, onların bu demək olar ki, reflektor reaksiya­sından istifadə edilir.

Nümunə: Həyat bahalaşır, iş tapmaq çətinləşir, pul qurtarmaq üzrədir… mənim yazıq müasirlərim!

Bu nümunə izokolunun mahiyyətini yaxşı əks etdirir. O, yalnız hər hansı müəyyən konkret strukturlara əsaslanmır, həm də əsas hissənin ritmi ilə fiqurların ritmi arasındakı fərqi yaradır.

Burada paraloqik cəhətdən istifadə edilən məntiqi qay­da­ya əsasən eyni tipli cümlələri qruplaşdırmaq olmaz.

Sıra: Dəmiryol işçiləri pis vəziyyətdədirlər. Açıq səma altında iş, çox cüzi əmək haqqı, texnikanın olmaması… Sıranı daha da uzatmaq olar; Günəş işıq saçır, quşlar oxuyur, vergilər artır, pullar dəyərdən düşür.

03) (57) Epanalepsis (yunancadan tərcümədə təkrar deməkdir) təkrarın daha sadə növüdür. Burada eyni struktur sadəcə olaraq bir-birinin ardınca təkrar edilir. Aydın məsələ­dir ki, istənilən təkrar kimi epanalepsisdə diqqəti təkrarlanan nitq fraqmentinin üzərində cəmləşdirilir. Epanalepsis variasi­yanı nəzərdə tutmur və bununla da daha “yaradıcı” paralelizm­dən fərqlənir. Bundan başqa epanalepsis adətən bütöv bir cüm­lənin təkrarını nəzərdə tutmur. Təkrar, bir qayda olaraq, bir söz və ya söz birləşməsi ilə məhdudlaşır.



Nümunə: Təkrar etmək lazım deyil, lazım deyil və lazım deyil. Bu nümunədə həyata keçirilən epanalepsis açıq-aydın ritorik funksiyaya malikdir, daha doğrusu, zəruri semantik dəyişikliyi təmin edir.

Təkrar etmə ilə əlaqədar olan bütün fiqurlar kimi epa­nalepsis özündə məlumatın yorucu olmaması üçün sintakis kon­struksiyanı müxtəlif şəkildə hazırlamağın zəruriliyinə dair semantik qaydanın pozulması ilə əlaqədar olan paraloqik ge­dişi ehtiva edir.



Sıra: Duma hələ də iclas edir və iclası hələ də televi­zorda göstərirlər, göstərirlər, göstərirlər…; deyirlər ki, prezident axırıncı dəfə seçilir, başa düşürsünüzmü, axırıncı dəfə.

04) (58) Anafora (yunancadan tərcümədə anapherein – yuxarı qaldırmaq, əvvələ gətirib çıxartmaq deməkdir) bir-birinə çox yaxın olan cümlələrin başlanğıc hissəsinin təkrar edilməsini özündə ehtiva edir.

Faktiki olaraq anafora bir sıra məhdudlaşdırılmış təkrar­ları, daha doğrusu, qonşu cümlələrin tərkibində müəyyən yer tutan təkrarları aşkar edir.

Təkrarların qonşu cümlələrin əvvəlində yerləşməsi ana­foranı digər növ təkrarlardan fərqləndirən yeganə əlamətdir. Bu fiqur da həddindən artıq mürəkkəb fiqurlar sırasına daxil deyil, amma bununla belə bu fiqurdan bacarıqla istifadə etmək lazımdır.

Həm də nəzərə almaq lazımdır ki, anafora güclü sürətdə strukturlaşdırma vasitələrdəndir: hər bir növbəti cümlənin baş­lanğıcını xüsusi olaraq qeyd edərkən o, həm də bununla həd­din­dən artıq aydın şəkildə məlumatı hissələrə ayırır.

Nümunə: Dayanın, axırıncı dəfə deyirəm. Dayanın, tək­rar edirəm!

Bu anaforaya aid çox yaxşı nümunədir. Təkrar faktiki olaraq danışanın istəyinə əks olaraq həyata keçirilir, - yəni danışan “axırıncı dəfə” sözünü işlətdikdən sonra “dayanın” sözünü təkrar edir.

Maraqlıdır ki, bir tərəfdən çox sadə, digər tərəfdən isə həddindən artıq geniş yayılmış anaforanı işlətmək çox çə­tindir. İlk baxışda hamıya elə gəlir ki, onun funksiyası yalnız başlanğıc hissəni xüsusi olaraq nəzərə çarpdırmaqdan ibarət­dir. Bu halda biz anaforanın az qala əks effektini müşahidə edi­rik: danışan özünün anaforanı işlətməmək istəyin əksinə ola­raq ona müraciət etməli olur: onun baş verənlərə nüfuz­etmə dərəcəsi çox böyükdür.

Anafora da sintaksis strukturu müxtəlif şəkildə qurma­ğın zəruriliyinə dair məntiqi qayda ilə sıx əlaqədardır və bu barədə əlavə danışmağa ehtiyac yoxdur. Yalnız onu qeyd edək ki, mühafizənin müəllifi hətta bu qaydanı yadında da yax­­şı saxlasa da sadəcə olaraq, onu həyata keçirmək iqtida­rında olmur. Paraloqik gediş də məhz bununla izah edilir.



Sıra: Xoşbəxt kasıblar. Xoşbəxt o kəslərdir ki, itirməyə heç bir şeyləri yoxdur; iki mübahisə edəndən həmişə biri haqlı deyil. İki mübahisə edəndən ağıllı olanı haqlı deyil.

05) (59) Epifora (yunancadan tərcümədə epipherein – tamamlamaq, əlavə etmək deməkdir) anaforanın əksi olan fiqurdur. Belə ki, o da eynilə anafora kimi məhdudlaşdırılmış təkrarları nəzərdə tutur, amma bu təkrarlar bir-biri ilə çox yaxın əlaqədə olan cümlələrin sonuncu hissəsində yerləşir. Sözün ciddi mənasında, praktiki olaraq sonda olan istənilən qafiyələnmə (səs təkrarı kimi) epifora kimi qəbul oluna bilər, amma adi diskursda – əlbəttə, əgər bu şerlə yazılmış mətndən gətirilmiş sitat olmasa – qafiyələnmənin meydana çıxması güclü əsaslandırmanı tələb edir. Düzdür, biz hələ irəlidə xüsusi situasiyalarda ibtidai qafiyələnmədən bəhs edə­cəyik (bax: homeotelevton).

Şərq poeziya formaları epifora haqqında geniş təsəvvür yarada bilər. Məsələn, bəzən hətta kifayət qədər uzun periodu (geniş mürəkkəb cümləni) təkrar edən qəzəllərin birinci bey­tində iki dəfə, sonra isə hər misrasında bu təkrarlar həyata ke­çirilir.
Sənin sifətin əqiqə bənzəyir, mən bu barədə artıq de­mişəm,

Sənin yerişin ceyranlarımın şahıdır, mən bu barədə artıq de­­mişəm.

Hassendi, qədim kitabların qoynunda sənin əhvalın nə üçün pozulub?

Bütün gecəni bulaq sənə təkrar edir: mən bu barədə artıq demişəm!

Amma məhz bir-biri ilə çox yaxın əlaqədə olan cüm­lələrin sonunda olan təkrarların yersiz və pis təsir bağışlaya bilməsi səbəbindən epifora rus dilinin nitq praktikasında elə də çox istifadə edilən fiqurlardan deyil. Bu fakt, əlbəttə, təəssüf doğura bilər, belə ki, epiforanın semantik imkanları çox genişdir.

Nümunə: Heyrətamizdir, elə deyilmi? Onu heç bir şey ilə müqayisə etmək olmaz, elə deyilmi?

Burada məntiqi baxımdan yeknəsəqlik paraloqik baxımdan maraqlı semantik təkrara çevrilir.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin