«Məktəb» sözü ədəbi dilimizdə bir termin kimi daha çox iki anlayışı ehtiva edir: 1) təlim-tərbiyə müəssisəsi - tədris ocağı; 2) öz ideya-siyasi xətti ilə, yaratdığı ənənələr və üsullarla fərqlənən, uzun müddət fəaliyyət göstərib, ətrafına davamçılar toplayan cərəyan. İkinci mənada incəsənətin hər bir növünə aid tarixdə müxtəlif cərəyanlar yaranmışdır. Bundan başqa, ədəbiyyatda adı çəkilən Nizami məktəbi, Füzuli məktəbi, M.F.Axundov məktəbi, Sabir məktəbi və s. mədəniyyətimiz tarixində az rol oynamamışdır.