Demosfen. Adı dillər əzbəri olan bu böyük natiqin həyatı, siyasi fəaliyyəti həm öz dövründə, həm də sonrakı əsrlərdə yetişən bir sıra görkəmli şəxsiyyətlər üçün bir örnəyə, bir ibrətamiz məktəbə çevrilmişdir. Həkimlər Hippokrat andına sadiq qalmağa çalışdıqları kimi, natiqlər də Demosfenin sənətkarlıq bayrağını yüksəklərə qaldırmağa səy göstərmişlər. Demosfenin öyrənməyi hətta böyük şəxsiyyətlər də özünə ar bilməmişlər. M.T.Siseron təsadüfi deməmişdir: «Kim Demosfen kimi olmaq istəmirsə, o, natiq deyildir».1