Ziddiyyətlərin aradan qaldırılması taktikası auditoriya üçün natiqin müsbət tərəflərinin qəsdən nümayiş etdirilməsinə əsaslanır. Belə nümayiş vasitələri elə maneələri aradan götürən, auditoriya ilə rabitə yaradan səmimi nitq davranışı üsullarıdır.
Aydındır ki, məsələn, əvvəlcədən səni ədəbsiz sayan insanlar sənə qulaq asmayacaqlar. Və əksinə istənilən auditoriyanı nəzakətli rəftar ilə asanlıqla ələ almaq olar. Psixoloqlar qeyd edirlər ki, məhz nitq rabitəsi şəraitində proyeksiya mexanizmi xüsusiləə intensiv işləyir. Bu o deməkdir ki, dinləyicilər adətən özlərini natiqə oxşatmağa və qısa müddətdən sonra onun nitq davranış üsullarını «təqlid etməyə» çalışırlar.
Buna görə də özünüyalnız neyisə xəbər verməyə təhkim edilmiş hesab edən («mən buraya danışmaq, siz isə dinləmək üçün gəlmisiniz» nitq modelinə uyğun olaraq) natiqə nisbətən müsbət və demokratik əhval-ruhiyyəli natiqin auditoriyanı ələ almaq üçün daha çox şansı var.
Danışan və dinləyən arasındakı «ziddiyyət» çox zaman mühitdən asılı olur və elə də ciddi xarakter daşımır. Klassik ritorikaya əsasən belə hallarda ziddiyyəti öz adı iləçağırmaq» vacib deyil: təcrübəli natiq məsələn, bu auditoriyaya haqqında nə üçün yaxşı rəydə olmadığını söyləmək əvəzinə onlarla yaxşı münasibət qurmaq üçün vasitə axtarar. Bunun üçün, yeri gəlmişkən, bir sıra ənənəvi üsullar – «əziz dostlar» və ya daha çox işlədilən «xanımlar və cənablar» ifadəsindən başlayaraq dostluğu daha incə şəkildə «həmfikirlik» kimi nümayiş etdirməyə qədər – var (məsələn, «bir halda ki, mən sizin bu mövzuya olan marağınıza şübhə etmirəm…», «Sizə, əlbəttə, yaxşı məlumdur ki, …», «Gəlin bu məsələni birlikdə araşdırmağa çalışaq …» və s.).
Deməli, klassik konsepsiyaya əsasən ziddiyyəti aradan qaldırmaq sadəcə olaraq ziddiyyətə əhəmiyyət verməməyi, daha doğrusu sanki ziddiyyətsiz mühitdə fəaliyyət göstərməyi nəzərdə tutur. Əlbəttə, hətta dispozisiya sahəsindən olan biliklərdən düzgün istifadə etsən də, dərhal özünü natiq kimi sevdirmək çox çətindir, amma auditoriyanın diqqətini cəlb etmək mümkündür.
Klassik ritorikanın məsləhət gördüyü ikinci taktika – təxirə salmaq taktikasıdır. Bu taktika «ziddiyyətin öz adı ilə çağırılması» artın zəruri olanda tətbiq edilir. Bu zaman natiq hələ öz nitqindən əvvəl dinləyicilər tərəfindən «yad» kimi qəbul edilir və onların nöqteyi-nəzəri ilə ziddiyyət təşkil edən fikirlər söyləmək niyyətində olur. əgər nitq belə şəraitdə söylənirsə, burada tərəfdarların «cəlb edilməsi» çətin olur və çox vaxt səmərəsiz nəticələnir. Amma hər halda onu həll etmək (və ya, onun həllinə yaxınlaşmaq) üçün dispozisiya natiqin dinləyiciləri «neytral» vəziyyətə gətirənə kimi «münasibətlərin aydınlaşdırılması» məqamını təxirə salmağı məsləhət görür.
Belə şəraitdə məsləhət görülən giriş məsələn, dinləyicilərin nitq təcrübəsinə müraciəğt, müzakirə predmeti olan və müasir dövrə qədər haqqında vahid rəy formalaşan aktual mövzular barəsində «neytral» mövqeyin xatırlanmasını nəzərdə tutur.
Danışan insanın nitq situasiyası zamanı neytral mühit yaratmaq və sonralar tədricən predmet barəsində vahid rəy formalaşdırmaq üçün girişdə həqiqətin çoxşəkilli olmasını, birtərəfli xarakteristikanın mənasızlığını və s. xatırlaması məqsədəuyğundur.
Başqa sözlə, dinləyicilərə ümumiyyətlə, əks fikirlərə qarşı dözümlü olmaq fikrinin aşılanması məsləhət görülürdü. Beləliklə, natiq fikirlərin birbaşa toqquşmasını təxirə salmaqla vaxt qazanırdı və nəhayət (əsas hissənin əvvəlinə yaxınlaşdıqda) fikir müxtəlifliyi yaradan predmetdən ehtiyatla bəhs edərkən, artıq dinləyicilərin açıq etirazı ilə qarşılaşmalı olmurdu.
Təxirə salmaq taktikasının «fırıldağı» dinləyicilərə əvvəlcədən onları ayıltmayan, əksinə əslində onların diqqətini zəiflədən kənar mövzuların təqdim edilməsindədir. Amma, aydın məsələdir ki, girişdə kənar mövzulardan istifadə etmək böyük natiqlik məharəti tələb edir, çünki bu halda natiq əslində dinləyicilərin mühüm tələbatları ilə konfliktə girməli olur.
Danışanın dinləyicilərlə «müvəqqəti fikir birliyi» yaratmaq üsulu – aldatma taktikasının bir variantı, dolayı manevr taktikası belə situasiyalarda ən yaxşı nümunədir. Başqasının fikirlərini özününki kimi qələmə verərək, natiq tədricən mülahizələrini çətin vəziyyətə gətirib çıxarır, özünün (beləliklə, həm də dinləyicilərin) mühakimələrinin yalan olduğunu əyani sürətdə dinləyicilərə nümayiş etdirir.
Məlum olduğu kimi, belə situasiyada tərəfdarların «toplanılması» danışanın əsas məqsədidir. Bunun üçün «tutub saxlanılması» getdikcə çətinləşən kifayət qədər iri nitq konstruksiyası quraraq müvəqqəti olaraq ya mövzunu, ya da öz baxışlarını qurban vermək lazımdır. Buna görə də əgər situasiya aydın şəkildə əlverişsiz olarsa, bəzən klassik ritorika açıq çıxışlardan çəkinməyi məsləhət görür.
Girişin əsas funksiyası kimi mövzunun tədqimatı rahat nitq situasiyaları üçün nəzərdə tutulur, belə situasiyalarda dinləyicilər məhz həmin natiqin söyləmək istədiklərinə diqqətlə yanaşmağa hazır olurlar.
Belə situasiyaların əksəriyyəti konvensional – (lat. «conventio» - «razılıq», daha doğrusu, təbii şəkildə müəyyən şəxsin nitq təşəbbüsünü öz üzərinə götürülməsi gözlənilən situasiyalara aiddir. Konvensional nitq situasiyasına ən yaxşı misal – universitet mühazirələridir. Burada nitq təşəbbüsü hər hansı tələbəyə (hətta o, hamını maraqlandıran məsələyə dair öz fikirlərini bildirsə də) deyil, müəllimə məxsus olur. Bununla da müəllim (əlbəttə, o, əvvəlcədən auditoriya ilə münasibətlərini korlamasa) nə «reklam», nə də tərəfdarların «cəlb edilməsi» ilə məşğul olmur: giriş zamanı ondan tələb olunan yalnız mövzunun tədqimatıdır. Girişin digər iki funksiyası istiqamətində hərəkət etmək cəhdlərinə gəldikdə isə, gərgin situasiyalarda belə cəhdlər «auditoriyaya yaltaqlanma» kimi qiymətləndirilə bilər, bu isə demək olar ki, həmişə danışanın nitq planlarının müvəffəqiyyətsizliyə uğramaq deməkdir.
Dostları ilə paylaş: |