Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə22/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   18   19   20   21   22   23   24   25   ...   107
Mövzunun təqdimatı girişin bir funksiyası kimi hər şeydən əvvəl konvensional nitq situasiyaları ilə əlaqədardır. adətən təbii konvensional nitq situasiyalarında danışan insan auditoriyanın diqqətini özünə cəlb etməyi və ya tərəfdarlar toplamağı qarşısına xüsusi bir məqsəd kimi qoymur (namizədin təbliğat apardığı seçki kampaniyaları bu cəhətdən istisnadır).

Bununla belə artıq girişdə danışandan mövzu təqdimatı gözlənilən situasiyalar sırasına aiddir. Məsələn, həkimin qəbuluna gələn pasiyent öz nitqini nə təsirli nitq oyunu (məsələn, «həkim mən öz həyatımı Sizə etibar edirəm»), nə də «Bir halda ki, biz sizinlə eyni fikirdəyik…» kimi bəyanat ilə başlamamalıdır. Həkimi pasiyentdən gözlədiyi yeganə şey – artıq məlumatın əvvəlində «mövzu»nun tədqimatıdır.

Nitq situasiyasının tələb etdiyi belə növ girişə (mövzunun təqdimatının üstünlük təşkil etdiyi) gündəlik həyatda çox tez-tez rast gəlmək olar. Yalnız onların tanımaq və danışan ilə din­ləyənin çətin münasibətdə olduğu məhdud sayda digər nitq situasiyaları ilə qarışdırmamaq lazımdır.

Amma belə növ girişi tələb edən bütün nitq situasiyaları heç də konvensional deyil: onların əksəriyyəti heç bir əvvəl­cədən olan «razılaşmanı» nəzərdə tutmur və belə situasi­yanın girişin, xüsusi olaraq mövzu təqdimatı funksiyasını reallaş­dırmaq üçün səmərəli olan şərait ilə uyğunlaşdırılması, yalnız danışandan asılıdır.

Belə hallarda taktika danışanın rabitənin xarakterini, nitq əlaqəsi zamanı partnyorun xüsusiyyətlərini, onun (onların) mövzudan xəbərdar olması və maraqlanması səviyyəsini və s. nə dərəcədə dəqiq biliməsindən asılı olaraq işlənilib hazırlanır. Bir daha qeyd edək ki, hər şeydən əvvəl mövzu təqdimatı funksiyasını həyata keçirən giriş, bir qayda olaraq, işgüzar danışıq şəraitini nəzərdə tutur; əgər bu belədirsə, onda reklam və ya tərəfdarların toplanılmasına yönəlmiş nitq görünür, dinləyicilər tərəfindən mənasız söhbət kimi qiymətləndirilir.

Sonda qeyd edək ki, ritorikada əslində istənilən üstünlük təşkil edən funksiyalar zamanı yararlı olan bir sıra «ənənəvi yaxşı başlanğıc»lar məlumdur; bu «başlanğıc»ların hamısı auditoriyanın diqqətini cəlb etmək üçündür; birbaşa dinlə­yici­lərə ünvanlanmış suallar, sitatlar, əyani nümunələr, yumoristik qeydlər, atalar sözləri, məsələlr və s. daxildir.

Şübhəsiz ki, bu üsullar hələ də aktualdır, amma onlardan istifadə edərkən iki şeyi yadda saxlamaq lazımdır. Birincisi, bu üsullar gündəlik nitq situasiyalarındakı ünsiyyətdən daha çox kütləvi çıxışlar üçün nəzərdə tutulub. Gündəlik situasiyalarda adətən partnyorların birindən «həmişə danışmaq», digərindən isə «sadəcə dinləmək» tələb edilmir. İkincisi, hətta kütləvi çıxış zamanı da onlardan istifadə edən natiq həmişə bu üsul­ların əksəriyyətinin auditoriya tərəfindən özünəməxsus nitq şablonları (bu halda – başlanğıc şablonları) kimi qavranı­lacağına hazır olmalıdır. Məşhur linqvist V.P. Qriqoryevin məqalələrinin birində qeyd edildiyi kimi, bu gün istənilən elmi: nəşrlər mütləq «Hələ Aristotel qeyd etmişdir ki, ….» və ya «Artıq Aristotel qeyd etdiyi kimi …» başlanğıclarından istifadə edir. Buna görə də «ənənəvi yaxşı başlanğıclara» ehtiyatla müraciət etmək lazımdır.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin