§3. Əsas hissə
Həm də klassik məhkəmə nitqinə aid edilən əsas hissə adətən ritorika tərəfindən iki elementli hissə kimi nəzərdən keçirilir. Belə yanaşma «dinləyicilərin marağını» daha yaxşı müdafiə etməyə, daha doğrusu, mülahizələr axınında oriyentasiya tapmağa imkan verən rasional və qısa nitq strukturunun axtarılmasının nəticəsi idi.
Əsas hissənin elementləri kimi nəzərdən keçirilir:
izahat
arqumentasiya
Əsas hissənin belə böogüsünə qısaca nəzər salmaq belə, burada «obyektiv» (və ya, daha dəqiq, obyektivləşdirilmiş) və «subyektiv» (subyektivləşdirilmiş) planı fərqləndirmək olar. Həqiqətən, əsas hissənin bir bölməsi kimi izahat hər şeydən əvvəl məlumatın əsasən predmet tərəfi ilə, arqumentasiya isə – onun «şəxsi» tərəfi, daha doğrusu, danışanın predmetə olan münasibəti ilə bağlıdır.
Bu iki plan, zahirən bütün ziddiyyətlərə baxmayaraq tamamilə bir-biri ilə əlaqədardır: söhbət arqumentlər sistemi, izahatlar və predmetin xüsusiyyətləri, başqa sözlə desək, hipotezanın fakta çevrilməsindən gedir. «Sadə predmet» əsas hissənin gedişində «danışanın predmetinə» transformasiya olunmalıdır, daha doğrusu «hiss edilən» predmet olmalıdır.
Əlbəttə, əsas hissənin yuxarıda adları çəkilən bölmələrinin bir-birinin ardınca yerləşməsini (əvvəl «izahat», sonra isə «arqumentasiya») təsəvvür etmək olmaz. Bu bölmələr arasındakı qarşılıqlı əlaqələr çox mürəkkəbdir. İzahat və arqumentasiya qarşılıqlı olaraq bir-birinə «nüfuz edirlər»; bu isə tam nitqin tərkibində onların elementlərinin müqayisəsini çətinləşdirir.
Bu səbəbdən də sonralar aydın oldu ki, əsas hissənin iki bölməsi haqqında danışmaqdansa, onun iki planı haqqında bəhs etmək daha əhəmiyyətlidir. Amma yaddan çıxarmaq lazım deyil ki, məhkəmə nitq praktikasında əsas hissənin bölmələri kimi izahat və arqumentasiya uzun müddət tamamilə ayrı-ayrılıqda mövcud olmuşdur.
Bu sahədə danışanın arqumentlərindən və şərhlərindən ibarət faktlar qrupunu fərqləndirmək lazım idi. Yalnız sonralar izahat və arqumentasiyanın bir-birinə olan münasibətində bir qədər dəyişkənlik baş verdi.
Dostları ilə paylaş: |