Нязяри вя практики риторика


Ritorikada arqumentləşdirmə iki cür müəyyən edilir: de­yi­ləni təsdiq edəcəq əsaslı dəlilləri seçmək bacarığı və müba­hisə etmək bacarığı



Yüklə 3,92 Mb.
səhifə30/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   26   27   28   29   30   31   32   33   ...   107
Ritorikada arqumentləşdirmə iki cür müəyyən edilir: de­yi­ləni təsdiq edəcəq əsaslı dəlilləri seçmək bacarığı və müba­hisə etmək bacarığı.

Əksər nitq situasiyalarında, məlum olduğu kimi, sadəcə ola­raq «Mənim fikrimcə, …» demək kifayət deyildir. Dialoqun aparılması qaydalarına əməl edən danışandan demək olar ki, həmişə daha geniş fikir tələb edilir: «Mən hesab edirəm ki, … çünki (və hər hansı dəlil göstərilir və s.)». Başqa sözlə, danışan «dəlil» olmadan heç bir mülahizə yürütməməlidir və yadda saxlamalıdır ki, nitq qarşılıqlı təsirinin əsasını – kimisə nəyəsə inandırmaq təşkil edir.

Bu ifadəni əsas götürsək, onda konkret nitq situasi­ya­sın­da bizim ilk növbədə məhz nəyi (obyekt) və ya "kimi" (sub­yekt) xüsusi olaraq qeyd edəcəyimiz bilməyimiz çox vacibdir. Belə hesab edirlər ki, bu xüsusi olaraq qeyd etmələr iki növ müx­təlif "inandırma strategiyasını" nəzərdə tutur. Bunlardan bi­­­­ri auditoriyaya, digəri isə predmetə (məruzəçini bəzən pred­met də adlandırırlar) istiqamətlənib.

Məlum olduğu kimi, kimisə inandırmaq hər şeydən əvvəl mübahisəni düzgün aparmaq deməkdir; nəyəsə inandırmaq isə hər şeydən əvvəl predmetlə düzgün rəftar etmək deməkdir.

Qeyd edək ki, söhbət məhz kimisə və ya nəyisə xüsusi ola­raq qeyd etmədən gedir: bu heç də o demək deyildir ki, inan­dırma (məqsəd kimi) öz-özünə öz mahiyyətini dəyişir. Mə­­sələ belədir ki, bir tərəfdən "tərəfdar qazanmaq" və digər tə­rəf­­dən isə "mülahizənin doğruluğunu sübut etmək" kimi məq­­­­sədlər heç də həmişə bir-birinə uyğun gəlmir. Qeyd etmək kifayətdir ki, düzgün sübut edilmiş mülahizənin köməyi ilə, əksi­nə, əleyhdarların sayı artır. Nəzərə almaq lazımdır ki, "inan­­dırma strategiyası" ilkin məqsəd ilə ziddiyyət də təşkil edə bilər.

Onların "bir yerdə mövcud olması"nı isə ritorikanın dis­po­zisiya bölməsi və hər şeydən əvvəl – arqumentləşdirmə ba­ca­­rığı təmin edir. Məsələn, siyasi nitq arqumentləşdirmə cə­hət­dən tərəfdarlar qazanmaq məqsədilə söylənilən nitqdir, imta­han­da cavab kimi deyilən nitq isə, yenə də arqument­ləş­dir­mə cə­hətdən – predmetin biliyinin sübutudur. Məsələn, audi­tori­ya­nı botanikanı yaxşı bildiyinə inandırmaq istəyən siyasi xadim tə­səvür etmək çətindir. Və ya professoru səhv nöq­təyi-nəzərdə onunla həmfikir olmağa məcbur edən tələbə də təsəvvür etmək çətindir.

Məlum olduğu kimi, "arqumentləşdirmə" sözü yunan­ca­dan tərcümədə "sübut etmək" deməkdir. Amma hamıya məlum deyil ki, sübut etmək özündə bir prosesi əks etdirmir ("N – sə­feh­­­­dir, çünki o, axmaq-axmaq danıhır"). Bu mürəkkəb proses olub, ritorikada ətraflı işlənilib hazırlanmış məntiqi əməliyyət sis­teminə əsaslanır. Bu əməliyyat sistemi özündə mülahizə­lə­rin (əqli nəticələrin) – sübutun elementlərinin kombinasiyasını əks etdi­rir. Sübutun əsas elementləri aşağıdakılardır:


  1. tezis (thesis);

  2. arqument (argument);

  3. nümayiş (demonstratio).




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin