Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə34/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   30   31   32   33   34   35   36   37   ...   107

§3.2.3. Məntiq qanunları

Məntiq qanunları, formal məntiqin qanunları həm sübut­etmə prosesini qurmağa kömək edir, həm də nitq davranışının əsrlər boyu işlənilib hazırlanan prinsipləri aspektindən ona nə­za­rət edir. Əgər sillogistika hər şeydən əvvəl müvafiq anlayış­ların qeyri-dəqiqliyinin qarşısını alırsa, məntiqi qanunlar hər şey­­dən əvvəl əsas təfəkkür prinsiplərinin pozulmamasına və mü­bahisə etmə fomalarının düzgünlüyünə təminat verir.

Bu o deməkdir ki, düzgün düşünmək və düzgün mübahi­sə etmək məsələləri normativ müstəvidə yenə də öyrənilir – rito­rika. Burada da öz məsləhətlərini verir. Məsləhətlər isə məq­­sə­dəuyğunluq və əlverişlilik prinsiplərinə söykənir: mən­tiq qanunlarına əməl etmək nitq qarşılıqlı təsir şəraitinin rahat­lı­ğını təmin edir. Bu zaman hər iki həmsöhbət cəmiyyətdə for­ma­laş­mış bəzi ünsiyyət normalarına əməl edir. Bu normaların reallaşmasını isə dörd məntiq qanunu təmin edirdi.


  1. eyniyyət qanunu;

  2. ziddiyyət qanunu;

  3. üçüncünü istisna qanunu;

  4. kifayət qədər əsaslandırma qanunu.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin