II. Ziddiyyət qanunu
(«Heç bir hökm eyni zamanda həm doğru, həm də yalan ola bilməz»)
Ziddiyyət qanununu klassik şəkildə Aristotel öz «Metafizika» əsərində əsas məntiqi prinsip kimi belə formulə edib: «eyni bir şey eyni bir şeyə eyni mənada həm aid ola, həm də aid olmaya bilməz». Müasir dillə desək, hökm və hökmün inkarı onların arasında ziddiyyət (contradictio) yaranması səbəbindən eyni zamanda həqiqət ola bilməz.
Bu qanun danışanı və dinləyəni çıxılmaz vəziyyətə düşməkdən qoruyur. Eyni predmet haqqında bir-birinə zidd olan iki mülahizə dəyilərsə, belə çıxılmaz vəziyyət yaranar (məsələn, «çay axır və axmır», «mahnı eşidilir və eşidilmir» kimi mülahizələr ritorik cəhətdən heç bir məna kəsb etmir).
Məsələn, «bütün qadınlar dindardırlar» mülahizəsinin eyni zamanda həm doğru, həm də yalan olmasının mümkünsüzlüyünü praktik cəhətdən də müəyyənləşdirmək olar. Bunun üçün onu iki hökmə – arqumentə çevirək. Bu arqumentlər əvvəlki hökmün doğru və yalan mənasını ayrı-ayrılıqda özündə ehtiva edəcək.
Bütün qadınlar mömindirlər.
Bütün qadınlar günahkardırlar.
Bu «arqumentlər»dən heç bir nəticə çıxmır: bu «arqumentləri» təsdiq edəcək rasional tezis möcud deyil, çünki eyni anlayışa dair eyni zaman iki birbaşa zidd hökm irəli sürülüb.
Düzdür, bu iki hökmü müəyyən şəkildə birləşdirmək (təkrar edirik, tezis səviyyəsində yox) ehtimalı hər halda yarana bilər; bünün üçün isə onları məsələn, iki müxtəlif şəxsə məxsus fikirlər kimi nəzərdən keçirmək lazımdır. Bu zaman eyni şeyə iki müxtəlif şəxsin iki müxtəlif baxışının mövcud olması mümkündür. Aydın məsələdir, bu baxışların özləri də bir-birinə ziddir, amma bu şəxslərdən heç biri bu halda ziddiyyət qanunu pozmurlar.
Bu qanunun tətbiq edildiyi sahələrə dair (daha doğrusu, onun prinsipcə fəaliyyət göstərdiyi sərhədlərin və onun əhatə etdiyi halların müəyyənləşməsinə dair) ritorikada çox ətraflı danışılıb. Beləliklə, qeyd edilib ki, iki (və ya daha artıq) hökmə nəzərən ziddiyyət qanunu yalnız bu hökmlər eyni şəxsə məxsus olduqda məna kəsb edə bilər; bundan başqa: bu hökmlər:
a) eyni obyektə (və ya obyektlər qrupuna) aid olmalıdır;
b) obyekti eyni tərəfdən (və ya eyni aspektdən) xarakterizə etməlidir;
v) eyni zaman-məkan şəraiti ilə əlaqəli olmalıdır.
Ziddiyyət qanununa nəzərən bu məhdudiyyətlərin (eyniyyət qanununda olduğu kimi) yalnız bir izahı var: ritorika vahid tam nitq anlayışına əsaslanır: bu nitq isə ziddiyyətsiz olmalıdır. Məlum olduğu kimi bu məhdudiyyətlərdən hər biri söhbət digər müstəviyə keçirir.
Müqayisə et:
a) Ziddiyyət qanunu «i1 və i2 faydalıdır və faydasızdır» şəklində olan məlumatı qadağan edir, amma «i1 faydalıdır, i2 faydasızdır» şəklində olan məlumatı qadağan etmir. Başqa sözlə, predmet haqqında müxtəlif sahələrdən götürülmüş birbaşa zidd hökmlər ziddiyyət qanunu baxımdan qiymətləndirilmir. Əgər mən öz məlumatımda pul yığmağa nöqsan kimi xarakterizə edirəmsə, bu heç də o demək deyil ki, mən qənaətcilliyi də nöqsan kimi qiymətləndirməyi öz öhdəmə götürmüşəm.
b) Ziddiyyət qanunu «i i1 kimi faydalıdır və i1 kimi faydalı deyil» şəklində olan məlumatı qadağan edir, amma «i i1 kimi faydalıdır və i2 kimi faydalı deyil» şəklində olan məlumatı qadağan etmir. Daha doğrusu predmeti müxtəlif tərəflərdən xarakterizə edən mülahizə ziddiyyət qanunu baxımdan qiymətləndirilmir.
Beləliklə, mən kofe aşağı təzyiq üçün faydalı, yuxarı təzyiq üçün faydalı deyil dəyərkən heç də özüm özümü təkzib etmirəm.
v) Ziddiyyət qanunu «i1 əlaqələr sistemində i faydalıdır və i1 əlaqələr sistemində i faydalı deyil» şəklində olan məlumatı qadağan edir, amma «i1 əlaqələr sistemində i faydalıdır və i2 əlaqələr sistemində i faydalı deyil» şəklində olan məlumatı qadağan etmir.
Məsələ bundadır ki, ümxtəlif zaman-məkan şəraitində eyni predmeti bir-birinə zidd şəkildə təsvir edən hökmlər ziddiyyət qanununu pozmur. Məsələn, bir qədər əvvəl LSD Qərbdə tibb nöqtəyi-nəzərindən müsbət qəbul edilirdi; belə ki, onun psixi cəhətdən xəstələrin orqanizminə daxil edilməsi həkimlərə psixi pozuntunun mexanizmini öyrənməyə imkan verirdi. Əgər mülahizədə hər iki məqam çıxış edirsə, onda o, heç bir əsası olmayan hökm kimi qəbul edilir.1
Nəzərə almaq lazımdır ki, ziddiyyət qanununun real ziddiyyətlərlə və ya gərçəklikdə olan ziddiyyətlərlə faktiki olaraq heç bir əlaqəsi yoxdur. Onun fəaliyyət sferası – nitq praktikasıdır.
Dostları ilə paylaş: |