Нязяри вя практики риторика


§3.2.5. Nümayiş. Məntiqi səhvlər



Yüklə 3,92 Mb.
səhifə45/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   41   42   43   44   45   46   47   48   ...   107

§3.2.5. Nümayiş. Məntiqi səhvlər



Nümayiş (demonstratio - göstərmə) sübutetmənin ele­menti kimi həm hökmün tərkibi, həm də onların öz arala­rın­dakı əlaqə forması ilə bağlıdır. Məhz nümayiş bütövlükdə sü­but­etmənin «konstruksiyasının» nə dərəcədə etibarlı olmasını göstərməyə imkan yaradır. Sübutetməsini nümayiş etdirmək danışanın irəli sürdüyü tezisi və onun xeyrinə olan məntiqi, analoji və paralogik arqumentləri təqdim etmək deməkdir.

Məsələ bundadır ki, təzis tamamilə qüsursuz olarsa, arqu­mentlər onu hətta əsaslandırmaya da bilər (kritik hallarda hətta onunla ziddiyyət də təşkil edə bilər!). Buna görə də məntiqi cə­hətdən arqumentlərdən irəli gəlməyən tezis nümayişin səhvi kimi (amma tezisin çıxarılmasının və arqumentləşdirmənin səh­vi kimi deyil), daha doğrusu sübutetmə prosesində «sübut­etmə konstruksiyasını» qeyri-qənaətbəxş vəziyyətə gətirib çı­xa­ran səhv kimi qiymətləndirilir (əlbəttə, bunun üçün əvvəl­cədən məntiqi nümayiş yolu seçilməlidir).

Məsələn, yuxarıda misal kimi gətirdiyimiz «öküz»1 sofiz­mində nümayiş düzgün həyata keçirilmir, çünki bir arqument­dən (geniş mühakimədən) digərinə (dar mühakiməyə) keçid yoxdur: ümumi mühakimədə səhv buraxılıb; bu zaman geniş mü­­hakimə özündə ümumi qaydanı, dar mühakimə isə xüsusi ha­lı əks etdirir.

Nəyisə itirmək üçün ilk növbədə həmin şeyə malik olmaq lazımdır: ümumi qayda da ilkin şərt kimi məhz bunu nəzərdə tutur. Beləliklə, bu sofizmdə insan öküzə malik, amma bu nəti­cə verilən tezislərdən irəli gəlmir. O, əvvəlcədən ümumi qaydada ehtiva olunub, amma dinləyici bunu müşahidə etmir.

Düzgün nümayiş üsulları «arqumentləşdirmə nəzəriy­yə­si»ni və dörd məntiq qanununu nəzərdə tutur. Düzgün olmayan məntiqi nümayişə gəldikdə isə, o, son nəticədə tədricən nüma­yiş termininidən ayrılmağa başlayıb: «düzgün olmayan nüma­yiş»in əvəzinə kifayət qədər geniş və yaxşı strukturlaşmış mən­­tiqi səhv - paralogizmlər (1) qrupundan bəhs etməyə baş­la­dılar. Paralogizmlərə ritorikada böyük diqqət ayrılır.

Məntiqi səhvlər qəsdən də baş verə bilər. Məqsəd isə auditoriyanı qəsdən aldatmaq ola bilərdi. Belə məntiqi aksi­ya­lar sofizm (1) adlanır. Amma xüsusi paralogik (ritorik) effektin yaradılması da məqsəd kimi çıxış edə bilər. Belə qəsdən edilən «səhv»lər özündə trop və fiqurları (3) ehtiva edir.

Bu fəslin sonuna kimi biz məntiqi səhvlərə – para­lo­gizmlərə (1) diqqət yetirəcəyik. Sofizmlərin – məntiqdən sui – istifadənin – yaranma mexanizmini bir kənara qoyuruq. Yalnız nəticəçıxarmanın nümayişin formal səhvləri kimi hesab edil­mə­sinə baxmayaraq, əsas məntiqi səhvləri sistem şəklində nə­zərdən keçirmək daha əlverişlidir. Bu sistemin əsas səviyyələri kimi isə aşağıdakılar çıxış edir:

- anlayışların qeyri-dəqiq müəyyənləşdirilməsinin və bölünməsinin nəticəsi olan məntiqi səhvlər;

- deduktiv və induktiv nəticəçıxarmadan yaranan məntiqi səhvlər;

- sillogik səhvlər.

Bir halda ki, deduktiv və induktiv nəticəçıxarma çox vaxt sillogizm vasitəsilə əldə edilir, onda iki axırıncı səviyyəni bir­ləş­dirmək və bir tərəfdən, anlayışların qeyri-dəqiq müəyyən­ləş­dirilməsinin və bölünməsinin nəticəsində yaranan məntiqi səhv­lər, digər tərəfdən isə sillogizmlərin strukturundakı mən­ti­qi səhvlər haqqında danışmaq daha məqsədəuyğundur. Belə­lik­lə, məntiqi səhvlərin təbii bölgüsü baş verir:

a) anlayışların seçimi ilə əlaqədar olan səhvlər;

b) anlayışlardan istifadə ilə bağlı olan səhvlər.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin