Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə51/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   47   48   49   50   51   52   53   54   ...   107
İki xüsusi mühakimə nəticə çıxarmağa imkan vermir – iki xüsusi mühakimədən ümumi qayda çıxarmaq olmaz. Hətta əgər bu mühakimələr geniş hadisələr dairəsinin məzmununu şərh etsə də, onlar sillogizm qurmaq üçün kifayət etmir. Bu zaman mühakimələrin çox vaxt təsdiq edilməsi və ya çox vaxt inkar edilməsi əhəmiyyətli deyil.

Model:

Bəzi ayı dərisi məxməridir.

Bəzi ayı dərisi sintetikdir.

(nəticə)


Məxməri olanlar mahiyyətcə sintetik olanlardır.

Nümunə:

Bəziləri monarxiya, digərləri isə – kapitalizm tələb edir­lər. Məgər Rusiyanın hər hansı digər gələcəyi ola bilməzmi?

(Tam məsuliyyətlə demək olar: Rusiyanın başqa bir gələ­cə­yi ola bilər, və demək lazımdır ki, bunun üçün yalnız bir yol yoxdur, belə ki, iki xüsusi mühakimənin əsasında nəticə çıxar­maq olmaz! Bu fikrə bütün dövlət quruluşu formalarını əhatə edən hələ bir neçə mümkün mühakiməni də əlavə etmək olar­dı. Bu halda burada qoyulan məsələ qanunauyğun olardı).

İki mühakimə – onların xüsusi və ya ümumi mühakimə olmalarından asılı olmayaraq – nəticə çıxarmağa imkan vermir. Mənfi konstruksiyanın özünəməxsusluğu ondan ibarətdir ki, onlar riyazi qanunauyğunluğa əsasən fəaliyyət göstərmirlər, yəni (-) və (-) (+) olmur, nəticədə yenə də (-) olur: sillogizm ümumiyyətlə, qurula bilmir.



Model:

Heç bir axmaq iynəcə deyil.

Heç bir iynəcə insan deyil.

(nəticə)


Heç bir axmaq insan deyil.

Nümunə:

Dünyanın heç bir ölkəsində bizdə olduğu kimi vergi sis­te­mi yoxdur. Dünyanın heç bir vergi sistemi axırıncı pulu əli­miz­dən almır. Yalnız bizim rus sistemi belədir!

(Nəticə tələsik çıxarılıb: əgər heç bir vergi sistemi axırın­cı pulu əlimizdən almırsa, bu heç də o demək deyil ki, bizim rus vergi sistemi axırıncı pulu əlimizdən alır. Müəllifin birinci mühakimədə «bizi» «onlardan» qəti şəkildə ayırması da bu mühakiməni sübut edə bilməz. Əks halda ikinci mühakimədən çıxan nəticəyə görə Rusiya dünyadan kənarda yerləşir).

X. 26) Ümumi mühakimənin səhvi (ficta universalitas) – bu qrup səhvlər fikrin gedişində dərəcələrə bölmə prosedu­ru­nun pozulması ilə əlaqədardır. Bununla belə ümumi mühaki­mənin səhvi «tama görə hissə haqqında nəticəçıxarma»nın xü­su­­si halı kimi nəzərdən keçirilir.

Bu qrup səhvlər zamanı ümumi mühakimə əslində malik olmadığı ən ümumi xarakter daşıyır. Belə ən ümumi xarakterin şamil edildiyi ümumi mühakimə onunla bağlı olan xüsusi hallar üçün özünəməxsus şəkildə qanun kimi çıxış edir. Bu zaman çıxarılan nəticələr məntiqi cəhətdən səhv sayılır.

Model:

Bütün kişilər əclafdırlar

İvan Susanin kişidir.

(nəticə)


İvan Susanin əclafdır.

Nümunə:

Kriminal mühitdə böyüyən uşaqlar praktiki olaraq vali­deyn­lərinin faciəli taleyini təkrarlamağa məhkumdurlar.

(Bu halda ümumi mühakimə həqiqətən həddindən artıq geniş xarakter daşıyır. Aydın məsələdir ki, əgər zərurət yara­nar­sa mühakimənin nümayişini aşağıdakı şəkildə də inkişaf etdirmək olar: «Kriminal mühitdə böyüyənlərin hamısı poten­sial cinayətkarlardır». Bu ən ümumi mühakimə, təbii ki, tama­mi­lə əsassızdır. Belə ki, təqsirsizlik prezumpsiyası hamıya, o cüm­lədən kriminal mühitdə böyüyənlərə də şamil edilir).

XI 27) Tama görə hissə haqqında nəticəçıxartma (fal­la­cia a sensu composito ad sensum divisum) həm müəy­yənləş­dirmənin, həm də nümayişin səhvi ola bilər. İkinci halda belə nəticəçıxartma məntiqi cəhətdən düzgün sayılmır, çünki təsvir edilən tam yekcins, daha doğrusu, oxşar elementlərdən ibarət olmaya da bilər. Əgər tam yekcinsdirsə, onda bu şərt əvvəl­cə­dən nümayiş pro­se­­duruna daxil edilməlidir.



Model:

Ukraina yaxşı yerdir.

Çernobıl Ukraynada yerləşir.

(nəticə)


Çernobıl yaxşı yerdir.

Nümunə:

Bizim qarşımızdakı məntiq sahəsidir, məlum olduğu ki­mi, məntiqdən yalnız darıxdırıcı nümunələr götürmək olar.

(Burada da tamın xüsusiyyətləri bu tamın hər bir hissə­sinə şamil edilir: əgər hətta bütövlükdə məntiqi darıxdırıcı elm kimi xarakterizə etmək mümkün olsa da, bu hələ o demək de­yil ki, bu elmdən ümumiyyətlə, başqa heç bir şey götürmək olmaz: məntiq – xüsusən də simvolik məntiq – çox maraqlı nü­munələrlə zəngindir. Məsələn, biz R.Kerrolun «Düyünlərlə bir­gə tarix» kitabını nümunə kimi göstərə bilərik (yeri gəl­miş­kən, arqumentin və tezisin açıq-aydın absurd olmasına baxma­yaraq struktur, baxımdan bu sillogizm tam düzgündür)).

Bütün pişiklər fransızca bilir.

Bəzi cücələr – pişikdirlər.

(nəticə)


Bəzi cücələr fransızca bilir. (Kgrrol L. İstoriə s uzel­kami. M.1985, s.246).

XII. 28) Hissəyə görə tam haqqında nəticəçıxarma (fal­lacia a sensu diviso ad sensum compositum) özündə səhv nümayişi əks etdirir. Belə ki, nümayişin gedişində «hissə»nin xüsusiyyətləri tama aid edilir (əgər əvvəlcədən predmetin ho­mogen, yəni eyni mənşəli olması şərti formulə edilmərsə). Be­lə səhv məntiqi əməliyyat nəticəsində əldə ediləndə, həqi­qət sa­yıla bilməz.



Model:

Xəsis cəngavər acgözdür.

Xəsis cəngavər – A.S.Puşkinin qəhrəmanıdır.

A.S.Puşkinin qəhrəmanları acgözdürlər.



Nümunə:

Küçədə yeniyetmələrlə rastlaşarkən xüsusilə ehtiyatlı olmaq lazımdır.

(Müəllifin bununla nə demək istədiyi prinsipcə aydın olsa da məntiqi səhv göz qabağındadır. Yeniyetmələr arasında cinayətkarlığın artması bu yaş qrupunun istənilən nüma­yən­də­sindən küçədə kənar gəzməyə əsas vermir. Başqa sözlə, ney­tral tamın (yeniyetmələr) yaramaz hissəsinə (az yaşlı cinayət­karlar) görə bütövlükdə tam haqqında məntiqi cəhətdən düz­gün təsəvvür yaratmaq olmaz).

XIII 29) Mümkün olandan real olana keçid (a posse ad esse non vallet consequentia) – nümayişin daha bir səhvidir. Digər səhvlər kimi, o da ya tələsik nəticəçıxartma, ya da sadə­cə olaraq düzgün olmayan nəticəçıxartma ilə izah olunur. Bu səhvin əsasında duran qayda belə formulə edilir: «Mümkün olanın əsasında real olan haqqında nəticə çıxartmaq olmaz».

Bu fikir çox aydındır və şərhə ehtiyacı yoxdur. Bu səhv hissəyə görə tam haqqında nəticəçıxartmaya çox yaxındır, çün­ki mümkün olan real olanla aşağıdakı sxem üzrə bağlıdır: «mü­vəqqəti (və ya təsadüfi) əlamət → daimi (və ya mühüm) əla­mət». Praktiki olarq elə bu sxem «xüsusi əlamət → ümumi əla­mət» səhvinin əsasını təşkil edir. Mümkün olanın əsasında real olan haqqında nəticəçıxartma da məntiqi cəhətdən düzgün nə­ticəçıxartmanı təmin etmir.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin