Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə54/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   50   51   52   53   54   55   56   57   ...   107

§4. Nəticə

Ritorikanın nəticə hissəsinə dair məsləhətləri nəticəyə hər şeydən əvvəl tamın bir tərkib hissəsi kimi baxmağı nəzər­də tutur. İlk baxışda hər şey aydındır. Ritorikanın inkişafının hələ ilk mərhələlərində müşahidə edilmişdi ki, nitq zamanı giriş və əsas hissəni uğurla keçən şəxs çox vaxt artıq hər şeyin qurtardığını düşünürdü. Belə istiqamətə qarşı reaksiya kimi ritorikada uzun müddət davam edən mübahisə yaranır ki, bu da məlumatın «eleqant finalı» adlanır.

Bu mübahisənin mahiyyəti aşağıdakından ibarət idi: nitqin sonu ərəfəsində danışan «cilovu» nə dərəcədə öz əlin­dən buraxa bilər. «Cilovu əlindən buraxmaq» nitqin məna kəsb edən aspektini bir kənara qoymaq və bu və ya digər qə­şəng üsul – məhz «eleqant final», məlumat predmetindən asılı olma­yan sonluq işləyib hazırlamaq deməkdir.

Belə «eleqant final» kimi mövzuya aidiyyatı olmayan za­ra­fat, söhbəti başqa istiqamətə aparıb çıxaran sitat, məsələn, na­tiqin ciddiliyini nümayiş etdirən özünü təqdimetmə, bütöv­lük­­də nitq ilə əlaqəsi olan nümunə, əvvəlcədən düşünülmüş hə­­rəkət kimi bir-iki kəlmə deyərək nitqi başa çatdırma, daha doğ­rusu mövzuya yanaşmada irrelevant xarakter daşıyan takti­kalar çıxış edə bilər.

Belə bir fikir mövcud idi ki, nitq korpusu və final arasın­dakı ziddiyyət nə qədər kəskin olarsa, natiqin auditoriyaya gös­tərdiyi təsir də bir o qədər çox olar. Bu onunla əsaslandırı­lır­dı ki, natiq öz nitqinin əsas hissəsini bitirməklə «dinlə­yi­ci­lərə rəhbərlik etmək» məsuliyyətini öz üzərindən götürür. Və o, indi elə situasiyanı nümayiş etdirməlidir ki, burada artıq din­ləyicilər nitqin məzmunu ilə təkbətək qaldıqlarını hiss etsinlər. Yəni o, müəllif kimi artıq bir tərəfə çəkilir.

Amma belə növ taktika özünə çoxlu tərəfdarlar tapmadı: kompozisiya hissəsi kimi nəticədə əsas xətt kimi «məqsədə­uyğun final» qəbul edilir ki, bu da «eleqant final» ilə ziddiyyət təşkil edir. Məqsədəuyğun finalın mahiyyətini mövzuya yanaş­ma­da nəticənin relevant olması ideyası təşkil edir.

Nəticə mərhələsində də natiq dinləyicilərə görə məsu­liy­yəti öz üzərinə götürməli idi. Bundan başqa, o, nəinki dinlə­yi­ciləri nitqin məzmunu ilə təkbətək buraxmamalıdır, əksinə, o, əsas hissə ilə nəticə arasında körpü yaratmalıdır, dinləyicilərin nitq «situasiyasın»dan natiqə lazım olan istiqamətdə çıxması üçün onlara kömək etməlidir. («Qapı - buradadır».) Normativ elm olaraq ritorika nəticəyə dair də bir sıra konkret məqsədə­uyğun və ya relevant final növləri işləyib hazırlayıb. Burada üç növdən söhbət gedir. Onlara uyğun olaraq nəticə:

- yekunlaşdırıcı;

- təsnifedici;

- müraciətedici şəkildə qurula bilər.



Yekunlaşdırıcı nəticə yekun vurmağa və nəticəni formulə etməyi nəzərdə tutur. Bu nəticə sintetik xarakter daşıyır.

Bu növ nəticə danışana retrospektiv gedişi təklif edirdi: o, əsas hissənin mühüm məqamlarına yenidən nəzər salmalı və nəticədə onları xatırlatmalı idi.



Yekunlaşdırıcı nəticə taktikasının ən mühüm tələblərindən birinə əsasən danışan məlumatın məzmununu artıq üçüncü də­fə təkrar etməli olacağını yadda saxlamalı idi. Birinci dəfə o, bu­nu şərh zamanı, ikinci dəfə isə sübutetmə zamanı həyata ke­çi­rirdi. Bu halda üçünçü «dairə»də danışan praktiki olaraq aptek dəqiqliyini öz öhdəsinə götürür: o, əsas hissənin hər bir mə­qamını götür-qoy etməli və müəyyən məqamın birinci növ­bə­li olmağa layiq olub – olmadığını müəyyənləşdirməlidir.

Aydın məsələdir ki, birinci növbəli olmalı olan məqamlar çox ola bilməz. digər tərəfdən, üçüncü dəfə hansı məqamların təkrar edilməyi dinləyicilərin məhz hansı məqamlara üstünlük verməyindən də asılıdır, belə ki, dinləyicilər də burada müəy­yən iş görür: onların fikrincə, birinci növbəli olan məqamları danışanın fikrincə, birinci növbəli olan məqamlarla etmək və beləliklə, öz məqamlar «toplusunu» düzəltmək.

Danışan nəzərə almalıdır ki, onun nitqi dinləyicilərin ya­ddaşında iki cür qalır: bir tərəfdən, predmetə dair onların əldə etdi­yi informasiyanın cəmi kimi, digər tərəfdən, müəyyən kom­pozisiya kimi nitqə dair təsəvvürlərin cəmi kimi. Bundan asılı olaraq, yekunlaşdırıcı nəticə ya məlumatın predmeti, ya da mə­­lumatın strukturu istiqamətində inkişaf etdirmək olar.

Qeyd edək ki, «inkişaf etdirmək» deyərkən biz diqqətin əsas istiqamətini nəzərdə tuturuq: əlbəttə, real nitq prakti­ka­sın­da heç kim yalnız predmetə və ya yalnız məlumatın özünə dair informasiyanı yekunlaşdırmağa çalışmır.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin