Müraciətedici nəticə – yekunlaşdırıcı (sintetik) və təsnifedici (analitik) nəticədən fərqli olaraq nitq situasiyasını emosional şəkildə tərk etmə üsulunu nəzərdə tutur.
Müraciətedici nəticə dinləyicilərin duyğularına birbaşa müraciəti nəzərdə tutur. Məhkəmə nitq praktikasında bu vəkilin, nitqində öz əksini tapır: «Mən etiraf edirəm ki, mənim müdafiə etdiyim şəxs günahkardır, mən bunu inkar edə bilmərəm, amma gəlin fikirləşək: bizim qəlbimizdə ona qarşı hər hansı bir mərhəmət hissi yoxdurmu? Axı belə etməklə onun özü-özünü artıq kifayət qədər cəzalandırıb. Kim ki, özünü tam günahsız hesab edir, qoy ona ən ağır cəzanın verilməsinə tərəfdar olsun!»
Nümunədən də göründüyü kimi, bütün müzakirə edilən nəticələrin içərisində bu növ nəticə – ən çox «qeyri işgüzar» xarakter daşıyan nəticədir, amma burada «işgüzar» sözünə keyfiyyət xarakteristikası kimi yanaşmaq lazım deyil. Şübhəsiz ki, yalnız və yalnız işgüzar nəticələrdən istifadəyə dair birbaşa məsləhətlərə biz heç bir yerdə rast gəlməyəcəyik. Biz hər halda buna ritorikada rast gəlməyəcəyik.
Əksinə bu elm dinləyicilərin şəxsi keyfiyyətlərinə müraciət edən arqument kimi müraciətedici nəticənin üstünlüklərindən istifadəni düzgün sayır.
Müraciətedici nəticənin hansı üstünlükləri var? Hər şeydən əvvəl o, danışan və dinləyən arasındakı məsafəni qısaldır. Bu baxımdan müraciətedici nəticə məlumatın intimləşdirilməsini, daha doğrusu məlumatın verildiyi şəxsin baxışlarının daha çox vəhdət təşkil etdiyi nöqtədir.
Artıq qeyd etdiyimiz kimi, təsnifedici nəticədə məlumatın özünün məzmunu əsas hissənin hüdudlarından kənarda qalır. Müraciətedici nəticədə məlumatın özünün məzmunu əsas hissənin hüdudlarından kənarda qalır. Müraciətedici nəticə də obyektin üzərinə dolayı yolla – hətta təsnifedici nəticəyə nisbətən daha dolayı yolla qayıdır. Bu səbəbdən də müraciətedici nəticəyə keçid məqamında obyektin «tamamilə araşdırılması», predmet sahəsində öyrənilməmiş heç bir yerin saxlanılmaması həddindən artıq vacibdir.
Belə ki, hələ tamamilə öyrənilməmiş və ya dərk edilməmiş obyekt barəsində «ittifaqa çağırış» - ən ifrat halda müxtəlif maneələr yarada bilər. Təsadüfi deyil ki, müraciətedici nəticəyə keçidin bir nümunəsi kimi ritorikada «indi siz də işin məzmunu heç də məndən pis bilmədiyiniz üçün …» nümunəsindən istifadə edilirdi.
Aydın məsələdir ki, məsələn, mən ekologiyaya dair məlumatı müraciətedici nəticə ilə bitirərkən, daha çox müvəffəqiyyət əldə edə bilərəm. Ekologiyaya dair məlumatın məzmununu yekunlaşdıraraq şərh etməklə və ya ekologiyanı XX əsrin digər problemləri ilə bir sıraya qoymaqla mən eyni dərəcədə müvəffəqiyyət əldə edə bilmərəm. Bunun üçün dinləyicilərin yalnız özlər bu problematikanın nə dərəcədə təhlükəli olduğunu dərk etməlidirlər. Burada isə ən yaxşı vasitə ekologiyaya dair məlumatı məhz müraciətedici nəticə ilə bitirməkdir.
Bu mövzuya aid Orxussk universitetində oxunmuş mühazirələrdən bir misal gətirək:
Burada olan hər bir orqanizmin 90%-i, məlum olduğu kimi, sudan ibarətdir. Sizin kranlarınızdan orqanizmə daxil olan həmin zəhərlənmiş sudan ibarətdir. Fikirləşmək üçün mövzu var.
Belə sadə görünməsinə baxmayaraq, müraciətedici nəticə də bir sıra qaydalara tabedir:
- auditoriyaya birbaşa təsir formalarından – cəlb etmənin açıq-aydın üsullarından istifadə etmək lazım deyil (əks halda bu dinləyicilərdə qəti etiraz yarada bilər);
- nitq qarşılıqlı təsrinin şaquli modelindən, daha doğrusu «aşağı-yuxarı» (müəllim-tələbə) modelindən istifadə etmək lazım deyil, horizontal model, daha doğrusu «həmsöhbət – həmsohbət» modeli daha yaxşıdır;
- danışan ilə dinləyicilər arasındakı məsafəni xüsusi olaraq nəzərə çarpdırmaq lazım deyil;
- özünüreklam vasitələrindən istifadə etmək lazım deyil;
- dinləyicilərdən «xahiş edib» razılıq almaq lazım deyil;
- auditoriyanı xarakterizə etmək lazım deyil (məsələn, «burada həqiqətən layaqətli insanlar iştirak edir»);
- dinləyicilərin bir qrupunu digərinə qarşı qoymaq lazım deyil (məsələn, «mənimlə razı olanlar artıq başa düşürlər ki,…»);
- auditoriyanın fikrini qabaqlamaq lazım deyil (məsələn, «bəlkə kimsə elə fikirləşə bilər ki, mən çaşıb qalmaşam…»);
- dinləyiciləri birbaşa qoyulmuş suala cavab verməyə məcbur etmək lazım deyil.
Nəticənin üç növündən hər hansı birini seçərkən nəzərə alınması lazım olan daha bir mühüm məqam var: onlardan hər biri özünəməxsus şəkildə əvvəlcədən seçilmiş nitq taktikası – məntiqi, analoji və ya paralogik – ilə əlaqədardır. Nəticənin növü ilə nitq taktikasının növü arasındakı əlaqə çox mürəkkəbdir və dəqiq şəkildə sistemləşdirilməsimümkün deyil. Burada yalnız hər bir konkret nitq situasiyasına istiqamət verən müəyyən oriyentirlərdən söhbət gedə bilər.
Məsələn, aydın məsələdir ki, danışan məlumatı məntiqi nümayiş taktikasına uyğun olaraq qurarsa, onda yekunlaşdırıcı nəticədən istifadə daha məqsədəuyğundur. Bu sözləri müvafiq olaraq analoji nümayiş – təsnifedici nəticə və paralogik nümayiş – müraciətedici nəticə barəsində də demək olar.
Hər bir konkret halda nəticə növlərindən hər hansı birinin seçim hüququ danışana məxsusdur: ritorika nə vaxt hansı növ nəticənin seçilməsinə dair dəqiq məsləhətlər vermir.
Məsələ belədir ki, hər bir növ nəticə istənilən məlumat üçün tamamilə «uyğun» gələ bilər. Amma danışanın konkret nitq situasiyasında məhz nəyə nail olmaq istədiyini anlamaq lazımdır. Bu və ya digər halda istifadəsi «qadağan» olunan nəticə növü yoxdur. Amma konkret obyektlərə dair məlumat üçün ideal olan nəticə növü də mövcud deyil.
Dispozisiya və ya məlumatın tərkibində materialın yerləşməsi haqqında olan elm, beləliklə, məntiqin tələbləri, o cümlədən analogiyanın qaydaları baxımından nitq qarşılıqlı təsirinin müvəffəqiyyini təmin edir.
Bu fəsildə hər şeydən əvvəl məntiqi istiqamətlənmiş nitq davranışı aktikası nəzərdən keçirildi. Nitq taktikası bizim diqqətimizdən kənarda qaldı. O, məntiqi qanunların əks, neqativ istifadəsini nəzərdə tutan paralogik taktikadır. Paralogik nitq taktikasının müvəffəqiyyətlə həyata keçirilməsini ritorikanın növbəti bölməsi – elokusiya da təmin edir.
Dostları ilə paylaş: |