IV FƏSİL. Elokusiya
§1. Ritorikanın tərkibində elokusiyanın yeri
Elokusiyanı rəsmi şəkildə təqdim etmək üçün aşağıdakı yoldan istifadə etmək olar.
Dinləyicilərə hər hansı məlumatı təqdim edən şəxs yalnız müəyyən materialı təqdim etmək (invensiya) və bu materialdan rahat şəkildə istifadə etmək üçün onu bölüşdürmək (dispozisiya) vəzifələrini deyil, həm də bu materialı müəyyən şəkildə, başqa sözlə, müəyyən üslubda «çatdırmaq» vəzifəsini öz üzərinə götürür.
Mahiyyətcə elokusiya əvvəlcədən kifayət qədər geniş sahədə məsləhətlər verir və aşağıdakı kateqoriyalara əsaslanır:
- aptum – məqsədəuyğun dil vasitələrinin seçimi;
- puritas – qrammatik cəhətdən düzgünlük;
- perspecuitas – fikrin səlisliyi;
- ornatus – ifadənin gözəlliyi.
Aydın məsələdir ki, necə danışmaq deyərkən xüsusi olaraq «qəşəng danışmaq» nəzərdə tutulmurdu. Qəşənglik yuxarıda adı çəkilən kateqoriyalarla əlaqədar olaraq onların fonunda mükəmməl düşüncənin və izahın özünəməxsus nəticəsi kimi çıxış edirdi.
Burada elokusiyanı dispozisiyaya oxşar şəkildə təqdim etməyə, daha doğrusu məntiqi səhvlərin adlarını təkrarlamağa və onları «pozitiv variantda» nəzərdən keçirməyə çalışmaq nəzəri cəhətdən aldadıcı xarakter daşıya bilər.
Amma istənilən həddindən artıq «mükəmməl» nəzəriyyə şübhəli görünə bilər. Buna görə də bu ideyanı bir kənara qoyaq. Amma hər dəfə bu və ya digər fiquru ona müvafiq olan paralogizm ilə əlaqələndirmək imkanı yarananda biz buna cəhd edəcəyik.
Elokusiyanı çox vaxt həm də fiqur adlandırırlar. Fiqur nəzəriyyəsinə keçməmişdən əvvəl yenidən xatırlayaq ki, bu dərslikdə fiqurlar məntiqi səhvlərin pozitiv analoqları kimi nəzərdən keçirilir.
Məlum olduğu kimi, məntiqi səhvlər və ritorik kəşflər (biz indi ritorika terminini bu sözün sonrakı mənasında işlədəcəyik, yəni dildən istifadənin ritorik funksiyasını nəzərdə tutacağıq) eyni mahiyyətə malikdirlər. Amma bu «mahiyyət»in məhz nəcə təzahür etməsi hələ sual altındadır.
Ətraflı və hərtərəfli cavab vermək iddiasında olmasaq da, yalnız onu qeyd edək ki, cavab hər şeydən əvvəl «koordinat sistem»i sahəsində ola bilər. Bu və ya digər nitq hadisəsi bu koordinat sisteminə nəzərən araşdırılır. Məsələ belədir ki, qiymətləndirmə koordinat sisteminin özü tərəfindən həyata keçirilir.
Eyni, bir-biri ilə əlaqəli olan komponentlərin sistemi kimi tam nitqin «daxili «mühiti» problematik nitq hadisəsinin qavranılması üçün zəruri» fon yaradır: onun məntiqi səhv və ya ritorik kəşf olması isə onun daxili mühitin digər komponentləri ilə necə qarşılı əlaqədə olmasından asılıdır.
Müəyyən koordinat sistemi daha ümumi xarakterə malik olan digər koordinat sisteminə daxil olur: təxminən eyni şəkildə tərtib edilmiş hər hansı növ məlumatların bütün cəmi, öz növbəsində bu cəmi müəyyən nitq üslubu kimi təsnif etmək imkanı yaradır.
Üsbula dair təlim kimi ritorikanın incəliklərinə nəzər salmaq yəqin ki, burada məqsədəuyğun deyil. Amma ritorika əvvəllər həqiqətən bu funksiyanı da yerinə yetirirdi. Sonralar bu funksiyanı poetika və stilistika həyata keçirməyə başlayıb.
Qeyd edək ki, hətta üslub anlayışını öyrənmədən də metafora, hiperbola, parafraz kimi «ritorik kəşflərin» heç də istənilən mətn üçün münasib olmadığını təsəvvür etmək olar. Və ya, başqa sözlə desək, onlar istənilən mətndə təbii şəkildə çıxış edə bilməzlər.
Amma burada söhbət xüsusi olaraq fərdi metaforadan, hiperboladan, parafrazdan və s. gedir. Halbuki nitq prosesində ümumdil variantları mövcuddur.
Bu ümumdil variantları ritorik funksiyada bir təbii dildən digər təbii dilə körpü rolunu oynayır. «Dilin strukturunda tropun möhkəmlənməsi -tropların ən görkəmli tədqiqatçısı V.N.Toporov yazır, - və tropların qurulmasına qarşı dilin təbii meyli heç bir zaman inkar edilməyib, amma aydın şəkildə lazımi qədər qiymətləndirilməyib» (Toporov V.N. Tropı.// Linqvistiçeskiy gnüiklopediçeskiy slovarğ. M. 1990, s.520).
Həqiqətən fiqurlardan istifadənin qadağan edilməsi məlumatın növündən asılı olmayaraq öz əksini tapmır.
Bu günkü müxtəlif növ mətnlər arasındakı əlaqələr və məsələn, antik dövrdə olan müxtəlif növ mətnlər arasındakı əlaqələr təbii ki, eyni deyil. Bu səbəbdən də üslub nəzəriyyəsinin müasir nitq praktikasına proyeksiyası səmərəsiz ola bilər.
Dostları ilə paylaş: |