Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə6/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   2   3   4   5   6   7   8   9   ...   107
Persuasio – klassik ritorikanın ən geniş yayılmış kateqoriyalarından biridir. Bu kateqoriyanın dəqiq sərhədini müəyyən etmək praktik cəhətdən mümkün deyil. Amma per­suasio ilə bağlı olan bir neçə kateqoriyanın adını çəkmək olar. Bu kateqoriyaların köməyi ilə konkret danışıqlarda inandırma prosesi həyata keçirilir. Əsasən 3 kateqoriyanın adı çəkilir:

  1. loqos (logos)

  2. etos (ethos)

  3. pafos (rathos, pafos)

Loqos anlayışı ağıla əsaslanan inandırma üsullarını özündə ehtiva edir. Aristotel ritorikasını ümumiyyətlə həm də loqos- ritorika adlandırır. Burada məntiqi və analitik inandırma üsulları əsas yer tutur. Aristotel əsas iki inandırma üsulunu fərq­ləndirirdi: sillogizm (bütün qaydalar üzrə ümumidən tək­cəyə doğru nəticəçıxarma) və entimema (nəticəçıxarma pro­sesinin tam həyata keçirilmədiyi məhdud sillogizm).

Onlar haqqında biz «Dispozisiya» bölməsində ətraflı danışasağıq. Amma əvvəlcədən onu deyək ki, entimema anlayışının özü gündəlik mübahisələrdən bizə əslində çox yax­şı tanışdır. Natiqlər real nitq praktikasında nadir hallarda mən­­tiqi cəhətdən «xalis» əqli nəticələrdən istifadə edirlər. Onlar çox vaxt entimemalarla kifayətlənirlər (Beləki, «bu rito­rika sa­həsindəndir, sən bunu başa düşə bilmərsən» deyərkən, mən sənin ritorika haqqında heç nə bilmədiyini nəzərdə tutu­ram. Amma həmsöhbətim mənim fikrimi bərpa edərək enti­memanı «oxuya» bilər).



Etos anlayışı insanın davranış normalarına (o cümlədən nitq davranışı normalarına) əsaslanan inandırma üsullarını izah edir. Bu mənada Aristotelin fikrincə, çıxış edən insan dinləyicilər tərəfindən «ləyaqətli insan» kimi – sözün həm ge­niş, həm də dar mənasında (dəyərli fikirlər söyləyir, buna görə də onu dinləməyə dəyər) – qəbul edilməlidir. Natiqin şəxsi etik keyfiyyətləri onun məruzəsinin bütün məzmununa təsir gös­tərir və dinləyicilər həmişə natiqin etosunu özləri tə­səvvür edə bilirlər. Çox zaman bütün bu amilləri nəzərə alan tən­qidçilər natiqin nitqini qiymətləndirirdilər.

Etosun məlumatın məzmununa necə təsir göstərdiyini anlamaq üçün Danimarka yazıçısı və dramaturqu L.Xolberqin bir təmsilinə nəzər salmaq yaxşı olardı. Bu təmsildə Hacı­ley­lək və qırğı gözəl nitq söyləmək uğrunda yarışırlar və Hacıley­lək qalib gəlir. Onların hər ikisinin nitqi çox yaxşı olur, amma Hakim onların hər ikisinin nitqini eyni dərəcədə yaxşı qiymət­ləndirməyin mümkün olmadığını deyir. Çünki bu nitqlərdən biri heç bir günahı olmayan Hacıleyləyə, digəri isə – yırtıcı qu­şa məx­susdur.



Pafos anlayışı duyğulara əsaslanan inandırma üsulları ilə bağlıdır.1 Pafosun mahiyyəti odur ki, natiq dinləyicilərin hiss­lə­rinə təsir göstərməyi bacarmalıdır, bu isə natiqin qarşısında belə bir sual qoyur: O da dinləyicilərdə yaratmaq istədiyi hiss­ləri keçirməlidirmi? Əgər o, bu hissələri keçirməlidirsə, onda bunu dinləyicilərin qarşısında «nümayiş etdirməsi» düzgün­dür­mü?

Ritorika səmimi olmağı, pafosu «cilovlamağı» və onu qa­bartmamağı öyrədirdi. Ritorikanı yaxşı bilən natiq din­ləyi­ci­lər­də lazıi olan hissələri yaratmağı bacarmalıdır və süni təsir ba­ğış­lamamalıdır. Buna nail olmağın çətinliyi bəşəriyyət tarixin­də «pafos» sözünün kifayət qədər qəribə tale yaşamasına sə­bəb olub. Onun nəticələrini bir tərəfdən süni həyəcan, özün­dən çıxma, dəbdəbəlilik, digər tərəfdən isə məsuliyyətli anlar­da təmkin, ciddiyyət kimi qəbul edirdilər.



Loqos, etos pafos kateqoriyalarından düzgün istifadə nit­qin bütün üç aspektdin daima nəzarət altında olmasını şərt­ləndirirdi. Müasir dil ilə desək, ritorika əslində son nəti­cə­də nitqin strukturuna həqiqilik («loqos» kateqoriyası), səmimi­lik («etos» kateqoriyası) və nitq davranışının relevant­lığı («pa­fos» kateqoriyası) kimi yüksək qiymətləndirilən elmi meyarları daxil edirdi.

Yenidən qeyd edək ki, burada söhbət klassik ritorikadan gedir. O zaman başqa sahələr (məsələn, linqvistika və ya ədə­biy­yatşünaslıq) müasir dövrdə olduğu qədər inkişaf etməmiş­dir. Bu səbəbdən ritorika sistematik elm rolunu oynamağa məcbur olub və nəticədə bütövlükdə bütün «danışıq» prosesini öyrənib: insanın nitqindəki səslərdən tutmuş fikrin müəyyən formaya salması və auditoriyaya çatdırılması kimi hər şey onun tədqiqat sahəsinə daxil idi. Bu mənada ritorika sistematik elm idi, daha doğrusu özündə müxtəlif elmləri birləşdirirdi.

Bu elmlərin sonralar inkişafı «tam» və «məhdud» və ya «ixtisar edilmiş» ritorika variantlarının yaranmasına gətirib çı­xar­dı, yəni onun ayrı-ayrı bölmələri üzrə məsuliyyəti yeni elmi sahələr öz üzərlərinə götürdülər. Ritorikanın tərkibində isə artıq adlarını çəkdiyimiz 5 bölməyə nisbətən daha böyük böl­mələr formalaşmağa başladı.

Bu yanaşmaya görə ritorika əsasən aşağıdakı prosesləri:



  1. düşünmə (fikirləşmə) prosesini;

  2. mətnin qurulması prosesini;

  3. onun nitq baxımından reallaşdırılması prosesi;

Daha sxematik şəkildə desək – «materialı» və onun «müəyyən şəklə salınması»nı («formalaşdırılması»nı) öyrənir.

Bu şəkildə «sxematikləşdirmə»ni həyata keçirən ritorika Platonun məşhur aforizminə (aydın düşünən aydın da danışır) uyğun olaraq iki iri bölmə ilə kifayətlənir. Klassik ritorikanın məşhur simalarından olan Siseron və Kvintilianın fikrincə, «vis ingendi və soria dicendi», və ya «sapientia və «elo­quen­tia»nı düşünmək bacarığı və danışmaq bacarığını) fərqləndir­mək ki­fayətdir.

Ritorikanın tərkibində bu iki «komponent»in fərqləndiril-məsi onun sonrakı inkişafına əhəmiyyətli dərəcədə təsir göstə-rir.

Ritorikanın bölmələrinin sayını ikiyə kimi azaltmaq imkanı bu bölmələrin ayrı-ayrılıqda öyrənilməsinə də şərait ya­ratdı. Müasir ritorika adətən ya arqumentasiya nəzəriyyəsi «Perelman variant»ında1, ya invensiya və dispozisiya (bəzən həm də aksiya və memoriya2) şəklində, ya da yalnız elokusiya3 şəklində təqdim edilir.

Ritorikanın ən maraqlı bölmələrindən biri olan elo­ku­siyanın bu baxımdan, bir qayda olaraq, nadir hallarda bəxti gətirir: bu sahədən olan məlumatlar ritorika dərsliklərinə salın­mır və ya minimum səviyyədə salınır. Amma məhz elokusiya böl­məsində nitq üsullarının xarakterinə vacib məqsədlərə çat­maqda hansı üsulların natiqə daha effektiv kömək etdiyinə dair təsəvvürlər formalaşmışdı.

Məhz elokusiya bölməsində dinləyicilərə bilavasitə nitq ilə təsir göstərməyən üsullar öyrədilirdi: natiqin qarşısında ge­niş paraloqik imkanlar açılırdı və o, bu imkanlardan istifadə etmək­lə böyük uğurlar qazana bilərdi. Digər tərəfdən isə rito­rikanın məhz bu bölməsi sonralar bu elmə daha çox şübhələrin yaranmasına səbəb oldu. Ritorikanın tənqidçiləri elokusiyanın məsləhətləri «silahlanaraq» dil effektləri arxasında gizlənən mə­­­nasız dəbdəbəyə nümunə kimi məhz tropları (məcazi ifa­dələri) və fiqurları göstərirdilər.

Ritorika isə prinsipcə özünə heç bir şey ilə bəraət qa­zan­dıra bilməzdi, çünki elokusiya ayrıca mövcud olan elm sahəsi deyildi, o, ritorikanın tərkibinə daxil olan bölmələrdən biri idi (daha elokusiya ritorikanın tərkib hissəsi kimi bütövlükdə həm də ritorikanın qarşısında duran məsələləri həll edirdi). «Elo­kusiya» sözü «eloquor» feli ilə bağlıdır ki, bu da tərcü­mə­də «mən fikir söyləyirəm», «mən danışıram» deməkdir. İlkin dövrdə ritorikanın ümumiyyətlə mübahisə, gündəlik məişət nitqi ilə heç bir əlaqəsinin olmamasına baxmayaraq, bu mənada onun faydalı ola biləcəyi çoxdan dərk edilmişdi.

Dünyagörüşü, ümumi təsəvvür baxımından elokusiyanın digər bölmələri ilə olan münasibəti kifayət qədər mürəkkəb idi. Amma elokusiyanın tarixinə qısa nəzər salsaq aydın olar ki, bu bölmə adətən təsəvvür edildiyi kimi materialın yenidən işlənməsinin «üçüncü mərhələsi» deyil. Elokusiya invensiya və dispozisiya ilə birlikdə lap əvvəldən nitqin qurulması prose­sin­də iştirak edir. O, məlumatı söz ilə ifadə etmək zərurəti ya­ra­nanda, yalnız məlumatın müəyyən formaya salınması mər­hə­ləsində iştirak etmir. Məlumat ilk əvvəldən özündə nitq hadi­səsini əks etdirir, daha doğrusu mövzu ətrafında müəyyən sis­­tem təşkil edən söz və cümlələrdən ibarət olur.

Bu məlumatın hər şeydən əvvəl nəyə istiqamətləndiyi – mövzunun əsasən məntiqi cəhətdən izahı və ya onun təsvi­rin­də paraloqikaya üstünlük verilməsi – isə başqa məsələdir. Belə seçim tamamilə realdır. Bu isə o deməkdir ki, ritorika insan tə­fəkkürünün sonralar elm tərəfindən öyrənilən əsas qanuna­uyğun­luğunu duya bilmişdi. Bu qanunauyğunluq yaxşı məlum­dur və o deməkdir ki, insan təfəkkürü iki yarım­kürəcikdən iba­rət­dir, daha doğrusu özündə aralarında uyğunluq olan iki his­səciyin mürəkkəb qarşılıqlı təsirinin nəticəsini əks etdirir. Son dövrün elmi nailiyyətləri göstərir ki, bir yarımkürəciyin «di­li»ni prinsipcə digərinin «dili»nə tərcümə etmək mümkün deyil. Amma bu «dil»lər eyni sistemin tərkibinə daxildir və onlar arasında mübadilə gedir. Bu mübadilə – ekvivalentliyin (bərabərliyin) qurulması prosesidir, yəni təfəkkür aktında onlar­dan biri digərini əvəz edir.

Bu qismən o deməkdir ki, təfəkkürü öyrənən elmlərin inki­şafından çox-çox əvvəllər ritorika həm də bu «körpü»nü, yəni məntiqdən paralogikaya olan körpünü qurmağa başlayıb və bu sahədə böyük uğurlar qazanıb. Amma təəssüf ki, eyni uğurla öz tamlığını qoruyub saxlaya bilməyib.

Ritorika öz inkişaf tarixində tədricən öz tamlığını itir­məyə başlayır. Ritorikanın yolu – paralogika sahəsində maraq­ların tədricən səhv salınması ilə nəticələndi. Ritorikanın diq­qəti intuitiv olaraq daha çox elokusiyaya istiqamətləndi. Bun­dan isə daha çox invensiya ziyan çəkdi. Başqa sözlə desək «necə danışmaq» tədricən « danışmağa» nisbətən daha çox əhəmiyyət kəsb etməyə başladı, ritorika isə cisimdən (res) sözü (verba) meyl etdi.

Elokusiyanın tarixən ritorikanın əsas sahəsi kimi təşəkkül tapması hər şeydən əvvəl siyasi səbəblərlə izah edilir: Roma respublikasında gözəl danışmaq bacarığı az qala vətəndaşların dövlət qarşısında olan vəzifələrindən biri kimi qəbul edilirdi. Bu respublikanın məktəb müəllimləri ritorikaya «rəhbərlik» etməyə başladılar. Dərsləri deklamasiya (bədii oxuma sənəti) üzrə keçirən müəllimlər qəsdən şagirdlərin diqqətini başlıca olaraq ritorik fiqurlara yönəldirdilər.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin