Beləliklə, ilk əvvəl qeyd edək ki, sözü məcazi mənada işlədərkən biz adətən heç bir "xüsusi məqsəd" güdmürük. Bu proses elə avtomatlaşdırılmış şəkildə baş verir ki, biz məcazi mənaların içərisində bizə lazım olan birini seçərkən bunu nəinki "daha mürəkkəb" təfəkkür prosesi kimi deyil, heç hər hansı başqa təfəkkür prosesi kimi də hiss etmirik. Bir sözün həm birbaşa, həm də məcazi mənalarında istifadə etməyə eyni şəkildə vərdiş etmişik.
Amma ritorik fiqurlardan çoxunu (və yəqin ki, mütləq əksəriyyətini) biz ixtira etmirik. Artıq qeyd edildiyi kimi, ümumdil fiqurları mövcuddur (məsələn, "mən bunu yüz dəfə demişəm", "bunu uşaq da bilir" və s.). Bu ümumdil fiqurlarını biz tamamilə qeyri-şüuri olaraq işlədirik.
Məlum olduğu kimi, biz onlardan mənanın bizə lazım olan hissəsini xüsusi olaraq qeyd etmək üçün istifadə edirik. Bunu hiss etmək üçün "çox" və "ən yüksək səviyyədə" kimi xüsusi olaraq diqqəti cəlb etmə vasitələrini müqayisə etmək kifayətdir: biz onlara eyni dərəcədə "neytral" yanaşırıq. Bununla belə onlardan biri (ən yüksək səviyyədə) ritorik fiqurdur, zərurət olarsa asanlıqla "xatırlanan" keçmiş bədii xarakterdir – sadəcə olaraq onun nəyi ifadə etdiyini dərindən düşünmək lazımdır. Amma bizim tərəfimizdən ümumdil fiqurlarının istifadəsi mexanizmi məhz elə bizim dərindən düşünməməyimizi ehtiva edir.
Gündəlik nitqdə ümumdil fiquru sahəsindən fərdi dil fiqur sahəsinə keçəndə məsələ bir qədər başqa cür olur. Bizim istifadə etdiyimiz fərdi dil fiqurlarının ritorik səviyyəsini qiymətləndirməyəcəyik: onlar həm yaxşı, həm də pis ola bilər, amma məsələ bunda deyil. Məsələ bundadır ki, bu zaman biz əslində müəyyən mənada qeyri-şüuri hərəkət edirik.
Belə ki, əgər mən insanı "böyük ölçülü" kimi təsvir edirəmsə və bununla onu şkafla müqayisə edirəmsə, ("və bu zaman otağa belə bir şkaf soxuldu...") mən əlbəttə ki, nitq situasiyasına yaradıcı yanaşarkən bir dəqiqə mənim ixtiyarımda olan müqayisələrdən hansının daha yaxşı (və ya daha "təsirli") ola biləcəyi haqqında düşünə bilərəm, amma müqayisə texnikası haqqında mən düşünmürəm. Müqayisə prosesi mənə məlumdur və mənim şüurumda nə müqayisə prosedurunun ixtirası, nə də onun tənzimlənməsi baş vermir.
Başqa sözlə, mən özüm-özümə demirəm: bir obyekti digər obyekt ilə müqayisə etmək üçün onlara xas olan ümumi cəhətləri tapmaq lazımdır və s. Belə prosedur hər addımda həyata keçirilir və avtomatik xarakter daşıyır.
Mən həmçinin özüm-özümə demirəm: dinləyicidə adekvat təsəvvür yaratmaq üçün mən bu insanı hansısa obyekt ilə müqayisə etməliyəm; bu prosesdə avtomatik baş verir.
Beləliklə, bütün təsvir edilən prosedur məndən, nə mənim üçün adət edilməmiş hərəkətlər, nə də fiqurdan istifadə edərkən mənim hansısa "norma"dan, "sıfır vəziyyət"indən və s. kənara çıxdığımı başa düşməyimi tələb etmir. Bu yəqin onunla əlaqədardır ki, mən prinsipcə adətən həyata keçirdiyimdən fərqlənən hər hansı yeni və ya başqa proseduru həyata keçirmirəm.
Məntiqi qanunlara uyğun olaraq məlumatın qurulmasının və fiqur nəzəriyyəsinə uyğun olaraq məlumatın qurulmasının mahiyyətcə eyni proses olduğunu düşünmək aldadıcı olardı. Bu prosesin əsasında mülahizələrin qurulmasının ümumi qanunları ilə idarə olunan ümumi nitqyaratma mexanizmi durur. (Yuxarıda, "Dispozisiya" bölməsində – ənənəvi olaraq – bu qanunlar məntiqi qanunlar adlandırılır.) Düzdür, bu qanunların istifadəsi iki cür ola bilər:
– məntiqi
– paralogik.
Dostları ilə paylaş: |