Sıra: qələm yazmır; polis tərəfindən yaxalanma; orqanizm üçün ziyanlı; çörək pulu qazanmaq.
8) Antonomaziya (yunanca antonomasia – yenidən adlandırmaq; antonomazein – başqa cür adlandırmaq) bəzən sinekdoxanın bir növü kimi qəbul edilir. Bu tip ümumi adın əvəzinə çox zaman hamıya məlum olan xüsusi adı nəzərdə tutur. Aydın məsələdir ki, antonomaziya da adlandırmanın imkanlarını genişləndirir və özündə analogiyanın elementini ehtiva edir. Düzdür, antonomaziya da, əksər troplar kimi çox vaxt analogiyanın üzvlərinin müqayisə edildiyi əlaməti göstərmir.
Bu əlamət öz-özünə məlum olur: buna görə də alleqoriya kimi, antonomaziyanı da oxumaq üçün müəyyən «fon» yaradacaq biliklər lazımdır. Şəxsin (bir sıra hallarda isə predmetin, hərəkətin və s.) obyektə aid edilən xüsusiyyəti əvvəlcədən məlum olmalıdır. Neqativ cəhətdən istifadə edilən analogiya qaydasını yenidən xatırlayaq: analogiyanın müqayisə edilən hər iki üzvü və onların müqayisə olunduğu əlamət göstərilməlidir (alleqoriya ilə müqayisə et).
- Model: (xəsis adam haqqında) Hacı Qara.
- Nümunə: O, bəzən, əsil Siserondur!
Bu antonomaziya belə bir fikrə əsaslanır ki, Siseron mükəmməl şəkildə kütlə qarşısında çıxış etməyi bacarırdı. Bizim nümunədə isə natiq, yəqin ki, ən yüksək dərəcədə bu keyfiyyətə malikdir.
Antonomaziyanın bu halı digərləri kimi yalnız analogiya qaydasından neqativ istifadəni nəzərdə tutmur, istənilən antonomaziya daha bir məntiqi qaydadan əks mənada istifadə edir. İki xüsusi hökmdən heç bir nəticə çıxartmaq olmaz. Nəzərdən keçirdiyimiz antonomaziyanın gizli şəkildə ehtiva etdiyi xüsusi hökmdar aşağıdakılardır:
Siseron məşhur natiqdir.
N də tədricən məşhur natiqə çevrilir.
(nəticə)
N də tədricən Siserona çevrilir.
Məntiqi baxımdan bu sillogizmin əsassız olması paralogika baxımından antonomaziyanın əsassız olmasına gətirib çıxartmır: birincisi, paraloqik cəhətdən nəzərdən keçirilən obyektlər qarşılıqlı olaraq bir-birini əvəz edə bilərlər; ikincisi, obyektin müqayisə edildiyi şəxsin hamının tanıması - obyektin bu şəxs ilə eyniləşdirilməsinə deyil, yalnız müqayisə edilməsinə təminat verir.
Sıra: «Uzatma, Torçubaşev» (yəni özünü bu məşhur həkimə bənzətmə), mənim «odisseyam» (yəni macəralarım Homerin «Odisseya»sında olduğu kimi); müasir dövrün Molla Pənah Vaqifi;
9) Hipallaq çox nadir tropdur. Onu da çox zaman metonimiyanın bir növü kimi nəzərdən keçirirlər.
Hypallassein yunancadan tərcümədə yerini dəyişdirmək deməkdir. Bu məna ilə əlaqədar olaraq hipallaq bu və ya digər strukturun tərkibində sözlərin rokirovkası kimi müəyyən edilir. (rokirovka – şahmat oyununda şah ilə topun yerinin dəyişdirilməsinə deyilir). Hipallaqi həyata keçirmək üçün strukturu təşkil edən komponentlər arasındakı əlaqələr kifayət qədər aydın olmalıdır. Əks halda müvafiq struktur sadəcə olaraq anlaşılmaz təsir bağışlayacaq. Buna görə də hər şeydən əvvəl həqiqətən sabit söz birləşmələri belə əməliyyata məruz qalır. Onların strukturundakı yerdəyişikliyi komponentlər arasındakı ilkin münasibətləri görməyə imkan verir.
- Model: boz papaq və qırmızı canavar.
- Nümunə (qəzet başlığı): Rusiyanın işıqlı keçmişi və qaranlıq gələcəyi.
Bütün mübahisəli cəhətlərinə baxmayaraq, burada əks olunan hipallaq çox professional şəkildə həyata keçirilib: rokirovka üçün götürülmüş söz birləşmələri stereotiplər kimi həddindən artıq sabit olmaqla yanaşı, həm də bütün stereotiplər kimi öz mənasını itirir və bu səbəbdən də tamamilə yenidən tərtib edilə bilir.
Bütün hipallaqlar kimi bu hipallaq da yaradıcı təfəkkürün məhsuludur və analogiya qaydalarından birini neqativ cəhətdən tətbiq edir. Bu qayda refleksivlik qaydasıdır, yəni müqayisə edilən obyektləri özü ilə eyniyyət təşkil etməlidirlər ki, onları müqayisə etmək mümkün olsun. Bu «obyektlər» açıq şəkildə özü ilə eyniyyət təşkil etmir (müqayisə prosesində əlamətlərin rokirovkası birbaşa həyata keçirilir). Bu pozitiv məntiq baxımından səhv sayılsa da, neqativ məntiq baxımından başqa cür qiymətləndirilir: anlayışların sadəcə yer dəyişikliyi hər iki söz birləşməsini mənasız edir.
Sıra: heç olmamaqdansa, gec olmaq yaxşıdır; mənəvi cəhətdən sağlam və fiziki cəhətdən sabit, saraylara sülh, daxmalara - müharibə.
10) Enallaqa (1) (yunansadan tərcübədə enallage – çevrilmə, yer dəyişikliyi deməkdir) özünün hər iki modifikasiyası ilə birlikdə metonimiyanın ayrıca növü kimi də nəzərdən keçirilir. Bu, trop əlamətin yer dəyişməsini nəzərdə tutur. Texniki cəhətdən bu aşağıdakı şəkildə baş verir: iki anlayış bir-biri ilə müqayisə edilir, onlardan birinin hansısa əlaməti həmin anlayışdan «alınır» və digər anlayışa şamil edilir; beləliklə, bu əlamət digər anlayışın əlamətinə çevrilir.
Enallaqanı «görmək» bəzən kifayət qədər çətin olur: söz birləşməsinin komponentləri sanki assimilyasiya edir, onların arasındakı sərhədləri aradan qaldırır. Buna görə də enallaqa asanlıqla auditoriyanın diqqətindən yayınan troplardan biridir.
Burada da biz rokirovka hadisəsi ilə qarşılaşırıq, amma enallaqa yalnız əlamətlərin rokirovkasını nəzərdə tutur.
Dostları ilə paylaş: |