Нязяри вя практики риторика


§1. «Gərçəklik fraqmentlə»rinin seçim motivləri



Yüklə 3,92 Mb.
səhifə8/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   4   5   6   7   8   9   10   11   ...   107

§1. «Gərçəklik fraqmentlə»rinin seçim motivləri

Gərçəklik fraqmentlə»ri – predmet və hadisələr əsasında gündəlik ünsiyyət zamanı nitq vasitəsi ilə qarşılıqlı əlaqələr yaranır. Bu fraqmentlərin seçim mexanizmi invensiya bölmə­sində birbaşa izah edilmirdi.

Məsələ buradadır ki, ritorika məhkəmə nitqinə meyl etməklə mühakimə usulunun tələblərinə uyğun gələn elm kimi formalaşmışdı.1 Başqa sözlə, ritorikanın – «predmet sahəsi» (indi­ki halda – invensiya) əvvəlcədən çox dəqiqliklə göstə­ril­mişdi. «Nə haqqında» danışmaq sualı beləliklə yaranmırdı.

Bununla belə danışanın dolayı yolla bu və ya digər «ger­çəklik fraqmenti»nə müraciəti hər halda tipologiyalaş­dırılıb (hadisə və ya şeylərin tipləri arasındakı qarşılıqlı əlaqəni təmsil edən təsnifat aparılıb).

Müvafiq tipologiya fəlsəfənin əsasında yaranıb. Tipologiya maraq kimi kateqoriyaya əsaslanır. İnterest latıncadan tərcümədə «əhəmiyyət» deməkdir. Məhz bu məna gərçəkliyin bu və ya digər obyektinə və ya hadisəsinə olan ma­­rağın öyrənilməsində əsas rol oynayır.

Neyə isə marağın olması əvvəllər cəmiyyət həyatında bunun «əhəmiyyəti»nin hiss edilməsi demək deyildi. Helve­si­nın «Ağıl haqqında» traktında yazılır: «Əgər fiziki aləm hərə­kət qanununa tabedirsə, mənəvi aləm də maraqlar qanununa ta­bedir. Yer üzərində maraq bütün insanların nəzərində istəni­lən predmetin görünüşünü dəyişdirən ən mahir sehrbazdır». Bu qismən həm də o deməkdir ki, bizim etdiyimiz istənilən hərə­kə­­tin əsasında maraqlarımız dayanır.

Nitq fəaliyyəti haqqında elm olan ritorika şübhəsiz ki, nitq fəaliyyətinin səbəb kimi maraqlardan başqa heç bir şeyi qəbul edə bilməz. Ritorikanın yaranmasının ilkin mərhələsində bu və ya digər nitq fəaliyyətini yaradan müxtəlif növ maraqları da nəzərdən keçirməli olub. Amma bu növlər ətraflı sistem­ləş­dirilməyib. Söhbət sadəcə olaraq genişlik səviyyəsinə görə maraqların fərqləndirilməsindən gedirdi. Bu təsnifatın əsas meyarı kimi ictimai, qrup və fərdi maraq növləri götürülürdü.

Məhz bu maraq növləri – onların nə dərəcədə ayrı-ayrı şəxslərə xas olmasından asılı olaraq – natiqin bu və ya digər möv­zuların bölgüsü o vaxtdan başlanır.

Bəzən qeyd edirlər ki, antik dövrdə natiqlik sənət fərdi maraq kimi anlayışı qəbul etmirdi. Bu aspektdən natiqin söy­lə­diyi nitq onun «özünün nitqi» deyildi. Amma bu tamamilə belə deyildi. Məşhur rus alimi A.F.Losevin sözləri ilə desək, antik dövrdə şəxs öz maraqlarını cəmiyyətin maraqları ilə çox yaxşı «əlaqələndirə» bilirdi. Bu səbəbdən də natiq «cəmiyyətin adın­dan» danışanda həm də öz adından danışırdı. O zaman icti­mai nitqin belə yüksək nailiyyətlər əldə etməsinin əsas sirri də məhz bu idi. Bəşəriyyət tarixində şəxsi maraqların ictimai ma­raq­larla daha yaxşı əlaqələndirilməsi sonralar baş vermədi.

Bu mənada klassik ritorikanın mülahizəsinə görə mövzu­ya müraciət həmişə sosial marağa əsaslanır. Natiq yalnız bu za­man müvəffəqiyyət qazana bilər.

Əgər bu mülahizəyə əsaslansaq, onda deyə bilərik ki, istənilən nitqin təsiri də həmsöhbətlərin maraqlarından asılıdır. Bu maraqlar kifayət qədər ümumi olmalıdır.1 Mən ünsiyyət zamanı həmkarımı hər hansı mövzunun maraqlı olduğuna nə qə­dər inandırsam da, bu barədə arqumentlər gətirsəm də, mə­nim həmsöhbətimdə bu mövzuya kəskin maraq oyatmaq ehti­malı yenə də çox az olur.

Beləliklə, natiqi maraqlandıran mövzu heç olmazsa dinlə­yicinin də maraq dairəsinə daxil olmalıdır. Aydındır ki, mövzu nə qədər az fərdi maraq daşıyarsa, mənim sərəncamımda bir o qədər çox həmsöhbət olar və mənim söhbət üçün təsadüfən seçdiyim namizədin də bu mövzu ilə maraqlanmaq ehtimalı daha çox olar.

Amma bu qanunauyğunluq həqiqətən belə sadə formalaş­saydı, onda çox güman ki, invensiyaya ehtiyac qalmazdı: istə­nilən natiqə ictimai, ən pis halda – qrup maraqlarına daxil olan mövzunun seçilməsini məsləhət görmək kifayət edərdi və bu zaman natiq uğur qazanmalı idi. Amma invensiya belə məslə­hətlər vermir.

Bu hər şeydən əvvəl onunla izah edilir ki, yuxarıda gös­tə­rilən qanunauyğunluq nitq rabitəsinin səmərəli olmasını müəyyənləşdirmir. Məsələ belədir ki, ictimai marağın müşahi­də edildiyi mövzu heç də həmişə natiqə onun fərdi marağının mövzusu qədər aydın olmur. Əgər maraq dairəmə daxil olan mövzu barəsində mən saatlarla danışa bilərəmsə, ictimai mara­ğın «mövzu»su, məsələn, ABŞ prezidentinin mənəvi siması haq­qında mənim nitqim beş dəqiqədən artıq davam edə bil­məz. Həmçinin bu beş dəqiqə ərzində hər hansı diqqətə layiq qiymətli fikirlər söyləyəcəyimə də şübhə edirəm.

Burada invensiya köməyə gəlir: o, fərdi və ictimai ma­raq­­ları uyğunlaşdırır. İnvensiya öyrədir: istənilən danışan müəy­­yən mövzu sahəsinə yiyələnməklə inandırmaq üçün güc­­lü informasiyaya malik olur. Bu mövzunun ictimai maraqları ehtiva edən mövzular ilə müqayisədə hansı yeri tutduğunu müəyyənləşdirməkdir.

Beləliklə, danışıq mövzusu kimi «gerçəklik fraqment»­lərinin seçimi məsələsi auditoriya seçimi məsələsinə çevrilir. Belə ki, mənim fərdi maraqlarımı ictimai maraqlarla «əlaqə­lən­dirmək» imkanı azdırsa, onda mən əvvəlcə müəyyən qrup maraqlarını təmsil edən aulitoriya və ya maraqları mənim fərdi maraqlarım ilə üst-üstə düşən həmsöhbətlər seçməliyəm. Məhz auditoriya mənim danışıq «mövzum»un mövcud ola bi­lə­cəyi və ya bilməyəcəyi «mühitə» çevrilir. Deməli, mən da­nış­mamışdan əvvəl auditoriya haqqında minimum təsəvvürə malik olmalıyam. Bu isə əslində həmin auditoriyanın mənim üçün nə dərəcədə əlverişli olmasının dərk olunması deməkdir. İnvensiyada mümkün olmayan situasiya yoxdur, o, istənilən fərdi marağı ictimai maraqla uyğunlaşdıra bilər. Burada invensiyanın xidməti yalnız məni başa düşən və mənimlə eyni maraqların daşıyıcısı olan bir-iki adamın tapılmasından ibarət deyil. O, məsələyə daha ətraflı yanaşır: Danışığın mövzusu yalnız mənim üçün maraqlı olanda o, «yemək üçün yaramır».

Kursivlə verilmiş qeyd bu halda məcazi mənada işlə­di­lib; invensiya əslində bu zaman tam qüvvə ilə fəaliyyət gös­tərir. Bu məqamda mövzunun mənim üçün mövcud olan gö­rünüşü əslində onun mənim üçün mövcud ola biləcək yeganə görü­nüşü deyil.

Burada sənin fərdi maraq dairənə daxil olan mövzunu geniş «kütlə»lərə sadə dillə izah etməkdən, onlarda müəyyən maraq oyatmaqdan ibarət deyil; invensiya heç bir zaman öz qarşısına belə romantik məqsədlər qoymur. Burada «hiyləgər­lik» auditoriyanı «yenidən tərbiyə etmədən» mövzunun gö­rünüşünü dəyişdirməkdən, həm də auditoriyadan (onun üçün bu mövzu hələ mövcud deyil!) daha çox özüm üçün dəyişdir­mək­dən ibarətdir.

Bu tövsiyyənin məzmunu fərdi marağın sonralar «pro­fessional kretinizm (kəmağıllıq)» adlanan xüsusiyyətlə­rində giz­li sürətdə şərh olunur. Artıq qədim zamanlarda müşahidə edilirdi ki, bu və ya digər mövzu ilə «əhatə edilmiş» insan mütləq həm də bu mövzu ilə bağlı olan fərdi stereotiplərin daşıyıcısı olur. Başqa sözlə, mövzu onun şüurunda birdəfəlik «müəyyənedilmiş» görünüşdə mövcud olur və yalnız dəfələrlə təsəvvür etdiyi şəkildə də xəyalında canlanır, başqa sözlə, bu­rada zaman və məkanı, dinləyicilərin xarakterini və s. nəzə­rə almır. «Bu mənim üçün maraqlıdır» indi «bu ümumiyyətlə ma­raqlıdır» anlamına gəlir.

Təəccüblüdür, amma bu və ya digər dar bilik sahəsini yax­şı bilənlər, bir qayda olaraq, öz bilik sahələrini kənar şəxs­lərə çox pis təsvir edirlər. Bu insanlar praktiki olaraq onları maraqlandıran mövzunun məzmununu ifadə etmək iqtidarında olmurlar, və ya bu sahə onlar üçün «toxunulmaz», «müqəddəs» olur. Bu isə həmin mövzunun xüsusi olaraq onun üçün tapılmış ifadələr vasitəsilə izah olunmasında təzahür edir.

Bununla belə aydındır ki, müxtəlif növ dinləyicilər üçün eyni mövzunun müxtəlif izah etmə üsulları olmalıdır. Müxtəlif növ dinləyicilər mövzuya müxtəlif dərəcədə maraq göstərirlər. İnvensiyanın ən məşhur «kəşfi»nə görə, bu və ya digər möv­zuya ictimai marağı, səviyyəsi hər şeydən əvvəl dərəcələrə bö­lün­mə məsələsidir.

Bunu necə başa düşmək olar? İctimai baxımdan maraqsız mövzular mövcud deyil – sadəcə olaraq dərəcələrə düzgün bö­lünməmiş mövzular var. Məsələn, məni geniş messa di voçe maraqlandırmır, çünki mənim şəxsi həyatımda messa di voçe nəinki mənim maraq dairəmə daxil deyil, mən heç onun nə oldu­ğunu da bilmirəm. Buna görə də məni messa di voçe haq­qında söhbətə dəvət etmək məni çıxılmaz vəziyyətə salır. Bu dəvəti mən mövzuya fərdi marağım olması səbəbindən yox, sa­də­cə hər şeyi bilmək istəyinə görə qəbul edə bilərəm. Amma bu məni ümumiyyətlə, messa di voçe haqqında söhbətə dəvət etməyin düzgün olmaması deməkdirmi? Şübhəsiz ki, yox.

Belə ehtimal var ki, məsələn, italyan belkantı messa di voçeyə nisbətən daha çox maraqlandırır: mən, heç olmazsa, bi­li­rəm ki, italyan belkantı vokal üslubudur. Amma məni ital­yan belkantının müzakirəsinə dəvət etməyin özü də təhlü­kəlidir: mən bu bilik sahəsindən xəbərsiz olduğumu əsas gətirə və də­vəti qəbul etməyə bilərəm, italyan belkantı mənim həya­tım­da əhəmiyyətli rol oynamır. Deməli, belə çıxır ki, məni italyan bel­kantı barəsində söhbətə dəvət etməyin heç bir mənası yox­dur? Cavab verməkdən qaçaq: yox, mənası var və bir qədər də irəli getməyə çalışaq.

İnsan səsinin imkanları problemi yenə də sosiumun nü­ma­yəndəsi kimi ilk növbədə, əlbəttə, narahat etmir. Amma bu problemin ümumiyyətlə mənim maraqlarım xaricində oldu­ğunu demək düzgün olmazdı. Belə ki, mən səsin köməyi ilə «edi­lən» hər şeyə dair məlumatı maraqla dinləyə bilərəm. Görü­nür, mən insan səsinin imkanları haqqında söhbətə dəvəti qə­­bul edəcəm, düzdür, bu söhbət zamanı mənim ümumiyyətlə, heç bir digər işim olmasa, yalnız bu halda mən dəvəti qəbul edə­rəm. Məni dəvət edənin mənim həyatımda bu «bekarçılıq məqamının» nə vaxt yaranacağını səbrlə gözləməyi lazım­dır­­mı? Bu sualı da hələlik cavabsız buraxaq.

Özümüzə belə bir sual verək: nə üçün məni, müəyyən də­rəcədə olsa da, insan səsinin imkanları maraqlandırır? Cavab aydındır: məni ümumiyyətlə, insanın imkanları maraqlandırır (bu mülahizəni isə izah etməyə, yəqin ki, ehtiyac yoxdur). Əlbət­tə, bu o demək deyil ki, mən fikirləşmədən «gəlin insa­nın imkanlarını müzakirə edək!» deyəcəm, çünki məni ümu­miy­yətlə, konkret insanın, daha doğrusu, mənim timsalımda insa­nın imkanları maraqlandırır (Əgər bu məqamda mənim üçün daha uyğun və maraqlı namizəd yoxdursa, bu məsələni biz kənara qoyacağıq).

Beləliklə, əgər o dərəcədə də əlverişsiz olmayan şəraitdə (məsələn, çıxmağa hazırlaşarkən metronun vaqonu deyil) mə­nə sual vverilsə ki, mən çox sakit danışmağa başlayaraq, təd­ricən səsimi maksimum səviyyəyə kimi qaldıra və bundan sonra tədricən əvvəlki vəziyyətə qayıda bilərəm, ya yox, onda mən məmnuniyyətlə bunu edərdim. Heç olmazsa idman marağı, daha doğrusu mənim buna nə dərəcədə nail ola biləcəyimi müəyyənləşdirmək xatirinə mən bunu edərdim. Əlbəttə, bu elə də uğurlu alınmazdı, amma bu şübhəsiz ki, messa di voçeni həyata keçirmək cəhdi olacaq; bu cəhddən sonra da messa di voçe mənim üçün tamamilə anlaşıdmaz olmayacaq və belkədə daha maraqlı görünəcək.1

Haşiyəni oxuyana kimi messa di voçeni həyata keçirmə­yənlər yəqin ki, haşiyəni oxuyandan sonra bunu etdilər. De­məli, bu məsələni bitmiş hesab edib bir kənara qoya bilərik.

Gəlin messa di voçe yəni səsin pianissimodan fortissimo-ya kimi tədricən qaldırılmasını və yenidən tədricən geri qayta­rılmasını nəzərdə tutan belkant üsuluna dair söhbət zamanı bizim əksəriyyətimiz ilə nəyin baş verdiyini anlamağa çalışaq. Aşağıdakılar baş verib: mənim fərdi (düzdür, hər halda təsa­dü­fi) marağının predmeti ictimai (ən azı, oxucu) marağının pred­­metinə çevrildi. Hətta mən, oxucularda bu messa di voçe­nin pro­fessional ifada necə səsləndiyini eşitmək kimi qəribə bir arzunun baş qaldırdığını da güman edirəm.

Ümumiyyətlə desək, bizim nəzərimizdə tamamilə yad olan anlayış ritorik (invensional) baxımından dərəcələrə bölün­dü, daha doğrusu ardıcıl mərhələlər silsiləsi kimi göstərirdi: messa di voçe


İnvensiyanın əsas məsləhətlərindən birini də bu təşkil edir­­di: fərdi marağı ictimai maraq ilə «əlaqələndirmək» olar: da­­nışan üçün lazım olan mövzu şaquli istiqamətdə dərəcələrə elə bölünür ki, o, danışanın bilik səviyyəsinə uyğun olur, bun­dan sonra isə dərəcənin tələb olunan pilləsi (dinləyicilərin başa dü­şə biləcəyi) «iştirak edənləri nəzərə almaqla» üfuqi isti­qa­mət­də konkret – verilmiş – nitq situasiyasına köçürülür (bu kö­çürmənin texnikası haqqında növbəti paraqrafda daha ətraflı da­nışacağıq).

Bu üsul əslində məsələn, «Moskvadan uzağa» qazma qu­yu­lar haqqında material yazmaq üçün məzuniyyətə gön­dəril­miş professional jurnalistlərin hər birinə məlumdur. Jurnalist yax­şı başa düşür ki, qazma quyular ictimai marağın predmeti de­yil və qazma quyular ictimai marağın predmetinə çevirmək onun vəzifəsidir.

Bunun üçün yalnız bir yol var: oxucuların şüurunda qaz­ma quyunun obrazını yaradan pilləni tapmaq.1 Jurnalist belə pil­lə­nin tapılmasının həmişə mümkün olacağını və materialın qa­zanacağı uğurun isə bu pilləni nə dərəcədə düzgün müəy­yən­ləşdirilməsindən asılı olacağını bilir. Axı dərəcələrə bölün­mə prosesidən sonra «ani prosedura» lazım olan pilləni oxucu­ların şüuruna köçürərkən həm müvəffəqiyyət qazana, həm də qa­zanmaya bilər.

Jurnalistin müəyyən etdiyi dərəcənin səviyyəsi, məsələn, bəzən kifayət etmir və ya əksinə, həddindən artıq yüksək olur. Birinci halda, oxucular həddindən artıq konkret olduğuna görə (məsələn, belkant haqqında danışanda) ikinci halda isə həddin­dən artıq abstrakt olduğuna görə (məsələn, insanın imkanları haq­qın­da danışanda) mövzunu «qəbul etməyəcəklər». Bu hal­lar­dan heç biri ilə qarşılaşmamaq üçün invensiya taksonomik sxemlərə müraciət etməyi təklif edir.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin