O, nə doğub, nə doğulub



Yüklə 121,62 Kb.
səhifə14/20
tarix31.12.2021
ölçüsü121,62 Kb.
#112124
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
AZ Christology

Matta - Fəsil 5

İsanın Dağüstü vəzi

1) İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi.

2) İsa danışmağa başlayıb onları öyrədərək dedi:

Bəxtiyar olanlar

(Luka 6:20-23)

3) «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.

4) Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq.

5) Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.

6) Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.

7) Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək.

8) Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək.

9) Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq.

10) Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır.

11) İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız!

12) Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.

Duz və nur

13) Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.

14) Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.

15) Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.

16) Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. Qanun və Peyğəmbərlər

17) Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.

18) Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.

19) Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.


43-44

43) “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.

44) Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.f
43:59

O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur.

1:1.4-8


Yüklə 121,62 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin