O, nə doğub, nə doğulub



Yüklə 121,62 Kb.
səhifə19/20
tarix31.12.2021
ölçüsü121,62 Kb.
#112124
1   ...   12   13   14   15   16   17   18   19   20
AZ Christology

Yəhya - Fəsil 1

Allah Kəlamı

1 Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi.

2 O, başlanğıcda Allahla birlikdə idi.

3 Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı.

4 Həyat Onda idi və bu həyat insanların nuru idi.

5 Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.

6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi.

7 O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin.

8 O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.

9 Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.

10 O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı.

11 Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.

12 Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.

13 Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.

14 Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.

14:8-9


8 Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir».

9 İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən?


24:36

36 Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.



Yüklə 121,62 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin