Yeşaya - Fəsil 45:5
Rəbb Fars padşahı Kiri seçir
1) Rəbb məsh etdiyi adama – Sağ əlindən tutduğu Kirə belə deyir: “Onun önündə millətlərə baş əydirəcəyəm, Padşahları qüvvətindən məhrum edəcəyəm, Önündə qapıları açacağam, Darvazalar qarşısında bir daha bağlanmayacaq.
2) Mən Rəbb, qarşında gedib, dağları düzəngaha çevirəcəyəm, Tunc qapıları qırıb, Dəmir qıfılları sındıracağam.
3) Qaranlıqda gizlənmiş sərvətlərini, Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm ki, biləsən: Səni adınla çağıran Rəbb Mənəm, İsrailin Allahıyam Mən.
4) Qulum Yaqub nəsli, seçdiyim İsrail naminə Səni adınla çağırıb hörmət göstərdim, Halbuki sən Məni tanımırdın.
5) Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın.
Dostları ilə paylaş: |