O, nə doğub, nə doğulub


Onlar İsanın sözlərinə heyrətləndilər



Yüklə 121,62 Kb.
səhifə6/20
tarix31.12.2021
ölçüsü121,62 Kb.
#112124
1   2   3   4   5   6   7   8   9   ...   20
AZ Christology

Onlar İsanın sözlərinə heyrətləndilər.

(Mat. 22:23-33; Luka 20:27-40)

18 Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:

19 «Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”.

20 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü.

21 Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra övlad qoymadan öldü, üçüncüsü də,

22 hətta yeddincisinə qədər belə etdi, amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü.

23 Qiyamət günündə, ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».

24 İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi?

25 İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.

26 Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı əhvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini oxumamısınızmı?

27 Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız».


Yüklə 121,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin