O olmasin, bu olsun


R ü s t ә m b ә y. Olar (pulu alır). Zәrәr yoxdur



Yüklə 258,53 Kb.
səhifə14/76
tarix04.01.2022
ölçüsü258,53 Kb.
#56122
1   ...   10   11   12   13   14   15   16   17   ...   76
R ü s t ә m b ә y. Olar (pulu alır). Zәrәr yoxdur.

M ә ş ә d i İ b a d. İndi mәn istәyirәm ki, bir qızı görüm, danışdırım, nә deyirsәn?

R ü s t ә m b ә y. Heç sözüm yoxdur, әylәş, bu saat qızı göndәrәrәm (gedir).

M ә ş ә d i İ b a d. Zarafat deyildir, bir әtәk pul verirәm, bir baxım görüm, mal nә cür maldır, verdiyim pula dәyәrmi? Mәnim istәdiyim odur ki, özümә layiq adam olsun. Yoxsa mәndәn ötrü tәfavüt yoxdur, o olmasın, bu olsun!... (Sükut). A kişi, bircә mәn bilmәdim ki, camaat mәnim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur ayna, bu da mәn. (Aynaya baxır). Allaha şükür, dişlәrim hamısı cabәca, saqqalım da qapqara şәvә kimi. (Diqqәt ilә baxır). Deyәsәn burda bir dәnә ağ tük vardır. Gәrәk dartam çıxsın. (Dartır). A zәhrimar!... Görünür ki, heyvan balası dәllәk hәnan? pis yax?bd?r. (C?xard?r). Puf!... Rәdd ol, sarlatan!... Qoca odur ki, dişlәri olmaya, gözü görmәyә, qulaqları eşitmәyә, özü dә yerindәn tәrpәnә bilmәyә, mәn ki, әlhәmdülillah, quş kimiyәm. Maşallah deyim ki, göz dәymәsin. Özüm dә әlli yaşım ya ola, ya olmaya. (Güzgüyә baxıb ora-burasını düzәldir). İndi mәn papağımı nә cür qoyum ki, qızın xoşuna gәlsin: Hәrgah belә qoysam (gәc qoyur), onda qız qorxar, elә bilәr ki, Bakı qoçusuyam. Әyәr belә qoysam (gözünün üstә qoyur), onda da qız ürkәr, elә bilәr ki, Qarabağın pambıq bәylәrindәnәm. Hәrgah bu cürә qoysam (lap dalı qoyur), onda qızın mәndәn zәhlәsi gedәr. Elә bilәr ki, Gәncә qumarbazıyam, әgәr belәnçik qoysam (tәpәsinә qoyur), onda da Şamaxı lotusuna oxşaram. Bәs nә tövr qoyum? Hamısından yaxşısı budur ki, başıaçıq oturram, onda qızın xoşuna gәlәr, elә bilәr ki, abrazavannıyam. Doğrudan da, mәn bir qәdәr abrazavannıyam, çünki uruslar mәn ilә çox alış-veriş elәyiblәr vә mәn onlardan urus dilini dә yaxşı öyrәnmişәm. Mәsәlәn: işto katu, bajaluska, funt vosim qәpik, menşi nelza, nelza (Sәs gәlir). Aha, deyәsәn qız gәlir; indi gәrәk mәn seryoznıski olam. (Bir kreslo üstündә bardaş qurub oturur.)

Yüklə 258,53 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin