M ә ş ә d i İ b a d. Hә!... Çünki mәn saqqalıma hәna qoyuram, elә bildim ki, sәn dә saçına hәna qoyursan. (Kәnara). Amma lap nahaq yerә hәnadan söhbәt saldım, heç yeri deyildi.
G ü l n a z. Mәnim başım hәlә ağarmayıbdır ki, hәnaya ehtiyacı ola.
M ә ş ә d i İ b a d (tәlәsik). Xeyr, xanım, mәnim dә saqqalım ağarmayıbdır. Mәn saqqalıma hәna qoydum, qoymadımhәmişә qapqara şәvә kimidir. Amma mәn bir növ adәtkardә olmuşam vә fars da deyir ki, "tәrki-adәt bә movcibi mәrәzәst". (İrәli gәlir.) Allah ölәnlәrinizә rәhmәt eylәsin, mәnim rәhmәtlik anam deyәrdi ki, başımın hәnasının vaxtı keçәndә başım ağrıyır. Çünki adәtkardә olmuşdur.