O olmasin, bu olsun


G ü l n a zYәqin sizin dә saqqaqlınızın hәnasının vaxtı keçәndә ağrıyır



Yüklə 258,53 Kb.
səhifə17/76
tarix04.01.2022
ölçüsü258,53 Kb.
#56122
1   ...   13   14   15   16   17   18   19   20   ...   76
G ü l n a zYәqin sizin dә saqqaqlınızın hәnasının vaxtı keçәndә ağrıyır.

M ә ş ә d i İ b a d. Bәli, ağrıyır. Saqqalım bәrk ağrıyır; bir dә, mәn sәnә deyim, insanın başının, ya saqqalının ağlığı onun qocalığına dәlalәt eylәmәz. Bax, mәn iki yaşında urus balası görmüşәm ki, başı ağappaq qar kimi; halbuki iki yaşında uşağa qoca demәk olmaz. Vә bir dә siz mәnim başıma diqqәt edin, heç görün bir dәnә ağ tük varmı? (Başını göstәrir).

G ü l n a z. Heç qarası da yoxdur.

M ә ş ә d i İ b a d. Bәs bundan mәlum olur ki, insan cürbәcür olar. Sizin ikinizin dә canı üçün, indi dünya elә dönübdür ki, indiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Mәsәlәn, mәn tarix-nadir kitabını yarısına qәdәr oxumuşam, ona görә hikmәt elmindәn yaxşı biliyim vardır. İnsanın zahiri nә qәdәr çirkin olsa, batili bir o qәdәr gözәl olar. Mәsәl var ki, deyәrlәr: o olmasın, bu olsun. Әlbәtә, nә zәrәri vardır, cavanlıq olmasın, pul olsun. Pul elә şeydir ki, qocanı cavan eylәr vә pulsuzluq da cavanı qoca eylәr.


Yüklə 258,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin