H ә s ә n b ә y. Mәn sәnә tay-tuş deyilәm, vurram başın, (2 dәfә)
Darbadağın lap dağılar, rәdd ol burdan. (2 dәfә) H ә s ә n q u l u b ә y. A gedә, Hәsәn, bәs deyilmi, eyb olsun ki,
İntiligent ola-ola savaşırsan. (2 dәfә) M ә ş ә d i İ b a d. Qoy mәni bir ağzın әzim bu mürtәdin, (2 dәfә).
Meymun özü ola-ola mәnә deyir. H a m ı. A gedә, ayıbdır sizә bu rәftar, rәftar, (2 dәfә)
Xalqın evindә dava etmәk pis şeydir.
Xalqın evindә dava etmәk pis şeydir.
Adama yaraşmaz, adama yaraşmaz,
Adama yaraşmaz, maz, maz, maz, maz, maz.... P ә r d ә
İKİNCİ MӘCLİS
Rüstәm bәyin hәyәti ilә küçәdә vaqe olur. Rüstәm bәyin hәyәti hasar ilә mәhsurdur. Pәrdә qalxdıqda hәyәtdә S ә r v ә r ilә G ü l n a z görünür. Pәrdәdәn qabaq musiqi çalınır. Sonra tarda "şahnaz" çalınır. Pәrdә qalxır.