|
H a m b a l (yüyurür). Nə deyirsәn, Mәşәdi? Yükün nәdir? (Kәndirini çıxardır)
|
səhifə | 33/76 | tarix | 04.01.2022 | ölçüsü | 258,53 Kb. | | #56122 |
| H a m b a l (yüyurür). Nə deyirsәn, Mәşәdi? Yükün nәdir? (Kәndirini çıxardır).
M ә ş ә d i İ b a d (cibindәn bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat.
H a m b a l. Mәşәdi, olmaya oğurluğa gedirsәn?
M ә ş ә d i İ b a d. Kәs sәsini, axmaq! Adaxlıbazlığa gedirәm!
H a m b a l. Mәşәdi, allah qüvvәt versin, amma belimi şikәst eylәrsәn. (Yıxılır. Mәşәdi İbad onun belinә çıxır vә hasardan baxır).
M ә ş ә d i İ b a d. Ada, hambal, o yaylığı mәnә ver!
H a m b a l. Mәşәdi, tәrpәnsәm yıxılarsan ki....
M ә ş ә d i İ b a d. Dayan görüm! (Düşüb yaylığı götürür, bir dә çıxanda yaylıq açılır, alma, armud yerә dağılır).
M ә ş ә d i İ b a d (hasardan baxır). Qız oradadır, yanında da bir oğlan var. Görәsәn o kimdir?
G ü l n a z (onu görüb). Vay, dәdәm vay!... O kimdir? Mәn qaçıram! (Qaçır).
M ә ş ә d i İ b a d (Sәrvәrә). Oğlan, sәn kimsәn?
Dostları ilə paylaş: |
|
|