Ğәnmәt әst ke, şәbi ruyi dustan bini! Qız gәlsin, amma mәn bir şeydәn qorxuram ki, evdә oturmağa hövsәlәsi gәlmәsin, çünki o cürә evdә böyümüş qız bir az kәmhövsәlә olar. (Acıqla). Ağzı nәdir! Vallahi, bax bu gündәn bir yekә qıfıl alacağam. Sәhәr durub dükana gedәndә qapını qıfıllayıb, açarını aparacağam ta axşam qayıdana qәdәr, qoy qalsın evdә, evә öyrәşsin; pәncәrәlәri dә daldan taxta ilә vurduracağam. Çox da o yan-bu yan eylәsә, döyәcәyәm, çünki arvad ki, döyülmәdi, xarab olar; arvad әrindәn nә qәdәr kötәk yesә bir o qәdәr әrin çox istәyәr. Mәn bunu qabaqlarda çox tәcrübә eylәmişәm. Rәhmәtlik Sonaya bir kәrrә bir yumruq nә tori saldımsa, iki saat nәfәsini ala bilmәdi; o idi ki, mәni görәn kmi üzümә gülәrdi. Rәhmәtlik Pәrzada günlәrin bir günü bir sillә çәkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kәrrә olsun üzümә durmadı. Tәk bircә mürtәd oğlunun qızı Gülxanıma bir ağac ilә elә çәkdim ki, o qaçan oldu ki, qaçdı! Bu da o yan-bu yan eylәsә budur, onun canıdır. (Yumruq göstәrir. Bu әsnada daldan: "allah", "allah" sәsi gәlir, zurna çalınır). Paho, gәlin gәldi, mәn qaçım! Qaçır o biri otağa. G ә l i n i gәtirirlәr. S ә n ә m dәxi gәlin ilә içәri girir.