S ә n ә m. İndi mәn nә deyirәm ki, pis söz demirәm ki?!
R ü s t ә m b ә y. Ay qız, kәs sәsini!
S ә n ә m. Sәsimi kәsmәmiş mәn nә deyirәm ki....
R ü s t ә m b ә y (lap bәrkdәn). Ay qız, de qoy işimizi görәk!
S ә n ә m. Mәn nә qayırıram ki....
R ü s t ә m b ә y (daha bәrk). A qız!... Bu әsnada q a p ı bәrk döyülür. R ü s t ә m b ә y. Durun gәlin bәri, yәqin kişi gәldi. H a m ı s ı durub gedir. M u s i q i M ә ş ә d i İ b a d (daxil olur). Mәn nә qәdәr, nә qәdәr qoca olsam da,