O olmasin, bu olsun


M ә ş ә d i İ b a d. Degilәn sәn öl!



Yüklə 258,53 Kb.
səhifə13/76
tarix04.01.2022
ölçüsü258,53 Kb.
#56122
1   ...   9   10   11   12   13   14   15   16   ...   76
M ә ş ә d i İ b a d. Degilәn sәn öl!

R ü s t ә m b ә y. Bu sәn öl!

M ә ş ә d i İ b a d.
Bәs elә isә?
R ü s t ә m b ә y.
Ver әlini!
Musiqi çalınır, ikisi dә oynayır.
M ә ş ә d i İ b a d (danışıq). İndi axır sözünü de görüm, qızı mәnә verirsәnmi? Yoxsa vermirsәn, gedib ayrı qız alaram, deyәrәm ki, o olmasın, bu olsun!

R ü s t ә m b ә y. Mәn öz sözümün üstündә duran adamam. Ancaq sәn dә gәrәk qabaqca bir balaca tәdarük görәsәn. (Әli ilә pula işarә edir).

M ә ş ә d i İ b a d.
Min manat sәnә bәsdirmi?
R ü s t ә m b ә y.
Min dә üstә artır.
M ә ş ә d i İ b a d. A kişi, axı bunun bir anbar da toy xәrci var.

R ü s t ә m b ә y. Doğrudur, ancaq nә elәmәk? Hәrgah bir qәdәr cavan olsa idin, bu iş sәnin üçün ucuz tamam olardı, amma heyf ki, qocasan, taxsır özündәdir.

M ә ş ә d i İ b a d. A kişi, vallah, mәn nә qәdәr qoca olsam da, min buğu burma cavana dәyәrәm. Sәn nә fikir edirsәn?! Ala, min beş yüz manat, qalanını da sonra verәrәm (pul çıxardıb verir).


Yüklə 258,53 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin