H a m ı. Әlbәttә, әlbәttә. Qapını döyürlәr. R ü s t ә m b ә y gәlir. M u s i q i Böylә olmaz ki, sәn aldadasan bizi,
Sәn verirsәn qızı
Özgә adama әrә getsin. (2 dәfә)
Bәs bu kişi yazıq necә etsin? (2 dәfә) M ә ş ә d i İ b a d. Alaha and olsun, budur deyirәm:
Qızı mәnә, qızı mәnә gәrәk verәsәn.
Vermәsәn hәrgah, eylәrәm bәdnam,
Çünki mәn bir adamam, baxmaram bәyә. H a m ı. Böylә olmaz ki, sәn.... (i.a....).
R ü s t ә m b ә y. Sözün doğrusu, mәn qanmıram ki, siz nә deyirsiniz!
M ә ş ә d i İ b a d. Necә qanmırsan? Mәnim pulumu yeyib, yalandan deyirsәn ki, qızı sәnә verәcәyәm, amma özgәsinә verirsәn.
R ü s t ә m b ә y. Kim deyir onu?
M ә ş ә d i İ b a d. Öz gözümlә gördüm ki, sәnin qızının yanında bir cavan oğlan durubdur, soruşdum ki, әdә, sәn kimsәn, dedi: mәn qızın adaxlısıyam!
R ü s t ә m b ә y. Ha, ha, ha!... O kişi zarafat edibdir. Bilirsәnmi o kimdir? O qızın öz dayısıdır. Sәninlә lotuluq elәyibdir. Sәn dә inanırsan vә bir dә (onlara) Hәsәnqulu bәy, Rza bәy, sizin üçün eyb olsun ki, bu cürә axmaq sözә inanıb, mәnim qapıma gәlirsiniz. Mәn çox inciyirәm.
H ә s ә n q u l u b ә y. Rüstәm bәy, vallah, bağışla bizi, Mәşәdi İbad yoldan çıxartdı.
R z a b ә y. Sәn alah incimә bizdәn, burada, rus demişkәn, nedarazumeniya әmәlә gәlibdir.
M ә ş ә d i İ b a d (Rüstәm bәyә tәrәf gedib, әlindәn tutur). Bağışla, bәy, allah sәndәn razı olsun ki, bizi şәkki-şübhәdәn çıxartdın. Amma, vallah, әhvalım çox pәrişan olmuşdu. Ә kişi, mәn deyirәm ki, axı Rüstәm bәy kişidir, belә şey elәmәz. Qәrәz ki, allah şeytana lәnәt eylәsin! (Gülә-gülә). Rüstәm bәy mәn istәyirәm ki, toyu bu günlәrdә başlayam. Nә deyirsәn?