O olmasin, bu olsun



Yüklə 258,53 Kb.
səhifə7/76
tarix04.01.2022
ölçüsü258,53 Kb.
#56122
1   2   3   4   5   6   7   8   9   10   ...   76
Ü ç ü b i r y e r d ә.
Әcәb sözdür bu әfsanә, (2 dәfә)

Düşübdür xәlqin ağzına.(2 dәfә)

Gәrәk Mәcnun, gәrәk Leyli

Veribdirlәr canın canә. (2 dәfә)
Q a p ı döyülür.
S ә n ә m. Ax, deyәsәn ağa gәlir. (Yüyürüb qapıdan baxır). Ay aman, ağa gәlir; dur qaç!

S ә r v ә r (tәlәsik). Gülnaz, hәlә ki, xudahafiz. Sәn mәn deyәndәn çıxma, atana başqa, söz demә.

G ü l n a z. Xudahafiz.
S ә r v ә r gedir.
M u s i q i
R ü s t ә m b ә y (daxil olur).
Qızım, sәnә yaylıq alım!
G ü l n a z.
Al, dәdә, qurbanın olum!
R ü s t ә m b ә y.
Qızım, sәnә başmaq alım!
G ü l n a z.
Al, dәdә, qurbanın olum!
R ü s t ә m b ә y.

Qızım, sәnә corab alım!
G ü l n a z.

Al, dәdә, qurbanın olum!
R ü s t ә m b ә y.

Qızım, sәnә tuman alım!
G ü l n a z.

Al, dәdә, qurbanın olum!
R ü s t ә m b ә y.
Qızım, sәni.... Qızım, sәni....

Qızım, sәni әrә verim!
G ü l n a z.
Yox, dәdә, qurbanın olum!

Yox, dәdә qurbanın olum!
M u s i q i
R ü s t ә m b ә y (danışıq). Qızım, yox deyirsәn? Sәnin üçün bir әr tapmışam ki, bir әr tapmışam ki, dövlәt nә dövlәt, pul, saman kimidir! Özüdәcә abırlı bir kişidir. Hәrçәnd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, belәsini çıraq ilә axtarsan tapa bilmәzsәn!


Yüklə 258,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin