H a m ı. Bәs gedәk biz? M ә ş ә d i İ b a d. Gedin, gedin, qazıya deyin,
Qoy kәbini kәssin.(2 dәfә)
(Sәnәmә) Sәni mәnә arvad edә, razısan? S ә n ә m. Hә!... Hә!...
M ә ş ә d i İ b a d (xora). Razısız?
X o r Hә Hә!... Razıyıq!... Hә, Hә!... Bәs gedәk biz? Bu әsnada sәhnәnin dal pәrdәsi qalxır, S ә r v ә r ilә G ü l n a z hündürdә dayanıb görünürlәr. Tar çalınır. S ә r v ә r (bayatı-qacar oxuyur). Yetdim vusalına yarın, çәkdim әzabını,
Aşiqsә vәsl yolunda verәr, әlbәttә, canını. G ü l n a z. Çün qalxdı pәrdә, әyan oldu hәr kәsә,
Mәşuqә aşiqә vasil edәr әlbәttә canini. H a m ı (Mәşәdi İbada). Sәn qoca, qız cavan,
Sәndә yoxdur eşq odu.
Sәrvәrindir eşqi,
Sәnә olmaz heç meyli. (2 dәfә). M ә ş ә d i İ b a d. Yanıma gәl, arvad, yanıma gәl,
Yanıma gәl, et mәni şad!... (2dәfә) H a m ı. Pulunu verdin sәn, Mәşәdi İbad,