O olmasin, bu olsun



Yüklə 258,53 Kb.
səhifə2/4
tarix09.07.2018
ölçüsü258,53 Kb.
#56120
1   2   3   4

H ә s ә n q u l u b ә y. Hәzәrat! Özünüzә mәlumdur ki, dünya getdikcә xarablaşır, yәni mәn onu demәk istәyirәm ki, bu dünya getdikcә xarab olur; öylә ki, hamının qәlbi pozulub, min cür hiylә ilә dolur, yәni mәn onu demәk istәyirәm ki, bu dünyada tәmiz vә saf qәlbli adam tapmaq çәtindir.

M ә ş ә d i İ b a d (kәnara). Әlәlxüsus mәnim kimi axmağı ki, sәnә iki yüz manat verib, iki ildir ki, ala bilmirәm.

H ә s ә n q u l u b ә y. Yәni mәn onu demәk istәyirәm ki, bu qәdәr çirkin ürәkli vә qara qәlbli adamlar içindә bir nәfәr dә saf dәrun vә qәlbi pak adam görmәk necә böyük xoşbәxtlikdir. İndi mәn onu demәk istәyirәm ki, hәmin o kәnarda oturan Mәşәdi İbad hәmin saf dil adamların әn böyüyüdür, ona görә qalxızaq bu badәni onun sağlığına. Yaşasın Mәşәdi İbad!

H a m ı. Yaşasın, yaşasın, Mәşәdi İbad!

Ә s g ә r (Ayağa durur, çox bәrk danışır). Günlәrin bir günü, axşam saat doqquzda bazardan gәlirdim. Ada, bir dә gördüm ki, birisi dalımca gәlir. Bir az getdim gördüm ki, yenә gәlir. Dedim, yәqin ki, mәnimlә düşmәndir, o saat piştovu belimdәn çıxartdım (göstәrir), çәkdim yuxarı ayağa, dedim: әdә, dayan! Bir dә gördüm dalımca gәlәn götürüldü; әdә, dayan, әdә dayan!... Dayanmadı, part, bir güllә!... Bir dә gordum: sarap!... Yıxıldı yerә. Dedim, baxım görüm kimdir? Bir dә gordum kim?... Hәmin bu Mәşdi İbad! Dedim, yәqin kişini öldürmüşәm. Amma, allahdan olan kimi, güllә dәymәmişdi. (Gәlir yanına). Sağ ol Mәşdi İbad! Sağlığına içirәm.

M ә ş ә d i İ b a d. Çox sağ ol! (Kәnara). Heç görün dәxli var?!

R z a b ә y (durur). Әfәndilәr, müsaidәnizlә bir qaç kәlmә söz ifadәsinә әşәddi ehtiyacım vardır. (Heç kәs dinmәyir). Әfәndilәrim, sükut eyliyirsiniz, әcәba, müsaidә vermiyorsinizmi! (Yenә heç kәs dinmir). Әfәndilәr, bir dә cavab vermәyәcәk olsanız, bu mübhәm sükutinizi kәndim üçün böyük bir hәqarәt әdd edәcәyәm. Bәklәyürәm, әfәndilәrim! (Yenә heç kәs dinmәyir). Rüstәm bәy, bәndәnizi tәhqir etmәk fikriniz var idisә, nә üçün bunu xanәnizdә icra ediyorsiniz, bunu başqa bir yerdә әda etmәk qabil dәyildimi?

R ü s t ә m b ә y. Çox sağ ol, çox razıyam!

R z a b ә y (acıqlı). Canım, siz anlamıyorsınızmı ki, mәn nә diyorәm; ya hәqarәtmi? Oylә isә, mәn burada oturmam? (Tәlәsik papağını geyir).

R ü s t ә m b ә y. Rza bәy, hara buyurursan?

R z a b ә y. Canım, mәn hәqarәt qәbul edәn adam deyilәm, on dәqiqәdir ki, sizdәn söz demәyә izn istәyirәm, amma cavabında dinmәyirsiniz; bu böyük hәqarәtdir, sabah bunu qәzetәmdә yazaram.

H ә s ә n q u l u b ә y. Demәli, sәn bizdәn izn istәyirmişsәn? Әşi, vallah, mәn elә bildim ki, sәn nitq söylәyirsәn, başa düşә bilmәdim.

O b i r i l ә r i. Vallah, biz dә başa düşmәdik.

M ә ş ә d i İ b a d. Axı, o qәdәr qәliz danışırsan ki, bilmәk olmur ki, nә deyirsәn. Mәnim özüm tarix-nadir kitabını yarısına qәdәr oxumuşam, amma sәnin dilini anlamıram. Bu bisavadlar neylәsin? (Rüstәm bәy durub Rzanı oturdur).

R ü s t ә m b ә y. Sәn allah, bizi mәyus eylәmә, bağışla, anlamadıq. Bisavad adamıq.

H ә s ә n b ә y (ayağa durur). Ğaspoda, mәnә pazvolt eylәyin, bir-iki kәlmә Rüstәm bәy haqqında söz söylәyim!

H a m ı. Buyur-buyur!

M ә ş ә d i İ b a d. Görәk, bu nә deyir?

H ә s ә n b ә y. Ğaspoda! Platon demişdir ki, çelovek civotnoye obşestvennoye, yәni insan bir sürü heyvandır.

M ә ş ә d i İ b a d. Heyvan özünsәn!

H ә s ә n b ә y. Mәşhur uçonıy Darvin dә bütün hamıya dokazat eylәdi ki, insan meymundan әmәlә gәlibdir. Darvinin bu sözü ilә saqlasitsya olmaq üçün gedib Afrikadakı "buşmen"lәrә vә "kontintot"lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu mәclisimizdә oturan Mәşәdi İbada baxmaq lazımdır. (Hamı başını aşağa salır). Bu sözlәr ilә mәn Mәşәdi İbadı askarbit eylәmәk istәmirәm, mәn özüm dә meymuna bәnzәriyәm. Amma bir o qәdәr yox. No Mәşәdi İbad isә lap aranğutan meymunudur ki, durubdur. Mәn yenә povtarit eylәyirәm ki, mәnim qәsdim Mәşәdi İbadı askarbit eylәmәk deyildir. Ancaq mәn onu yetirmәk istәyirәm ki, pozvolte, Mәşәdi İbadın nәyi vә harası Rüstәm bәyә xoş gәlibdir ki, gözәl qızı olan madmazel Gülnazı ona verir? Gözәlliyi? Xeyr! Mәşәdi İbad, әrz eylәdim ki, çirkindir.

M ә ş ә d i İ b a d. Mürtәd oğlu mürtәdi yıxıb ağzına-ağzına vurasan.

H ә s ә n b ә y. Cavanlığı? Xeyr, Mәşәdi İbad qocadır. Bәs nәyi? Neujeli Mәşәdi İbadın pulu, malı, dövlәti? Xeyr, xeyr; Rüstәm bәy pulagir adam deyildir. Nakones, bәs nәyi? Bu saat әrz eylәyim. Bax, biz burada şәrab içirik, amma Mәşәdi İbad içmir. Demәli, Mәşәdi İbad nәdir? Mәşәdi İbad istinni müsülmanindir; i tak, Rüstәm bәy öz qızını, mәnim mneniyama görә, Mәşәdi İbadın istinni müsülmanin olmağına görә veribdir, ona görә yaşasın Rüstәm bәy!

H a m ı (yavasdan). Yasasın, yasasın!...

R z a b ә y. Maşallah bu kәlama!

H ә s ә n q u l u b ә y. Daha nitq demәk lazım deyildir. Duraq ayağa!

H a m ı. Duraq! (Dururlar).

Ә s g ә r. Yavaş-yavaş getmәk vaxtı dәyildirmi?

H a m ı. Bәli, vaxtdır.

H ә s ә n q u l u b ә y. Rüstәm bәy, xudahafiz (әl verir). Mәşәdi İbad, xudahafiz (әl verir).

Ә s g ә r. Rüstәm bәy, xudahafiz, Mәşdi İbad, xudahafiz.

H ә s ә n b ә y. Rüstәm bәy, xudahafiz, Mәşdi İbad, xudahafiz (әl verir).

M ә ş ә d i İ b a d (acıqlı). Cәhәnnәm ol o yana, mürtәd! Mәnә meymun deyib, sonra da әl verirsәn?

R ü s t ә m b ә y. Nә oldu, nә oldu?

H ә s ә n b ә y. Pozvolte, pozvolte, ya yemu zadam merzavsu!
Hamı yığılır. "Nә oldu, nә oldu?" deyib, aralaşdırırlar, şuluqluq düşür.
M u s i q i
H ә s ә n b ә y.
Mәn sәnә tay-tuş deyilәm, vurram başın, (2 dәfә)

Darbadağın lap dağılar, rәdd ol burdan. (2 dәfә)
H ә s ә n q u l u b ә y.
A gedә, Hәsәn, bәs deyilmi, eyb olsun ki,

İntiligent ola-ola savaşırsan. (2 dәfә)
M ә ş ә d i İ b a d.
Qoy mәni bir ağzın әzim bu mürtәdin, (2 dәfә).

Meymun özü ola-ola mәnә deyir.
H a m ı.
A gedә, ayıbdır sizә bu rәftar, rәftar, (2 dәfә)

Xalqın evindә dava etmәk pis şeydir.

Xalqın evindә dava etmәk pis şeydir.

Adama yaraşmaz, adama yaraşmaz,

Adama yaraşmaz, maz, maz, maz, maz, maz....
P ә r d ә

İKİNCİ MӘCLİS

Rüstәm bәyin hәyәti ilә küçәdә vaqe olur. Rüstәm bәyin hәyәti hasar ilә mәhsurdur. Pәrdә qalxdıqda hәyәtdә S ә r v ә r ilә G ü l n a z görünür. Pәrdәdәn qabaq musiqi çalınır. Sonra tarda "şahnaz" çalınır. Pәrdә qalxır.
S ә r v ә r.
Cahanda var görәsәn dәrdi-eşqә bir çara,

Bu eşq o eşqdir ki, Mәcnunu qoydu avara.
G ü l n a z.
Bu eşq o eşqdir ki, Fәrhada dağı çapdırdı,

Dübarә tişәni çaldırdı başa o biçara.

M u s i q i
İ k i s i b i r y e r d ә.
Çün bahar oldu açıldı....

Gül açıldı hәr yanda.

M u s i q i
Çün bahar oldu açıldı....

Gül açıldı hәr yanda.

Bülbül etdi ahü zarü

Nalә çәkdi oxudu (2 dәfә)
M u s i q i

Çünki gördü xari bülbül,

Söylәdi ki, ey birәhm!
M u s i q i
Çünki gördü xari bülbül

Söylәdi ki, ey birәhm!

Sәndә yoxdur eşq odu,

Gәl hәzәr et nalәmdәn. (2 dәfә)

M u s i q i
Aşiq oldur ki, veribdir canini ol canana.
M u s i q i
Aşiq oldur ki, veribdir canini ol canana.

Vermәyibsә canini ol aşiq olmaz canana. (2 dәfә)
Bu әsnada M ә ş ә d i İ b a d, әlindә bir yaylıq alma vә armud küçәdәn gәlib, hasarın yanında dayanır.
M ә ş ә d i İ b a d. Mәn istәyirdim ki, adaxlıbazlığa gecә gәlәm, halbuki, gündüz dә bu hasardan aşmaq çәtindir. Ya allah!... (İstәyir hasardan aşsın, amma bacarmayır). Yox görünür ki, mümkün olmayacaq. Qoy bir hambal çağırım, ayağımın altında yatsın. (Çağırır). Ada, hambal!

H a m b a l (yüyurür). Nə deyirsәn, Mәşәdi? Yükün nәdir? (Kәndirini çıxardır).

M ә ş ә d i İ b a d (cibindәn bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat.

H a m b a l. Mәşәdi, olmaya oğurluğa gedirsәn?

M ә ş ә d i İ b a d. Kәs sәsini, axmaq! Adaxlıbazlığa gedirәm!

H a m b a l. Mәşәdi, allah qüvvәt versin, amma belimi şikәst eylәrsәn. (Yıxılır. Mәşәdi İbad onun belinә çıxır vә hasardan baxır).

M ә ş ә d i İ b a d. Ada, hambal, o yaylığı mәnә ver!

H a m b a l. Mәşәdi, tәrpәnsәm yıxılarsan ki....

M ә ş ә d i İ b a d. Dayan görüm! (Düşüb yaylığı götürür, bir dә çıxanda yaylıq açılır, alma, armud yerә dağılır).

M ә ş ә d i İ b a d (hasardan baxır). Qız oradadır, yanında da bir oğlan var. Görәsәn o kimdir?

G ü l n a z (onu görüb). Vay, dәdәm vay!... O kimdir? Mәn qaçıram! (Qaçır).

M ә ş ә d i İ b a d (Sәrvәrә). Oğlan, sәn kimsәn?

S ә r v ә r. Bәs sәn kimsәn?

M ә ş ә d i İ b a d. Mәn Mәşәdi İbadam!

S ә r v ә r. Mәn Sәrvәrәm!

M ә ş ә d i İ b a d. Bәs sәn orda nә qayırırsan?

S ә r v ә r. Bәs sәn orda nә qayırırsan?

M ә ş ә d i İ b a d. Mәn adaxlıbazlığa gәlmişәm!

S ә r v ә r. Mәn dә adaxlıbazlığa gәlmişәm!

H a m b a l. A Mәşәdi, belim şikәst oldu!

M ә ş ә d i İ b a d. Ada, dayan görüm bu nә deyir! Qoçaq, sәn kimin adaxlısısan?

S ә r v ә r. Qoçaq, bәs sәn kimin adaxlısısan?

M ә ş ә d i İ b a d. Mәn Rüstәm bәyin qızı Gülnaz xanımın!

S ә r v ә r. Mәn dә Rüstәm bәyin qızı Gülnaz xanımın!

M ә ş ә d i İ b a d (acıqlı). Kәs sәsini, axmaq! Sәnin nә ixtiyarın var ki, mәnim adaxlımın adını çәkirsәn?

S ә r v ә r. Axmaq sәnsәn ki, hasara dırmaşmısan!

H a m b a l. A Mәşәdi, belim qırıldı, düş aşağı!

M ә ş ә d i İ b a d. Qurban olasan bu altımdakı hambala, yoxsa әhәdini kәsәrdim! (Düşür).

S ә r v ә r. Heç bu iş pis olmadı, görәk axırı nә olacaq?

H a m b a l. Mәşәdi, belim sınıbdır, bir abbası da verәcәksәn.

M ә ş ә d i İ b a d (hambala). Heç başa düşmürәm ki, bu nә işdir?

H a m b a l. Mәşәdi deyәsәn qızın iki namizәdi vardır?

M ә ş ә d i İ b a d. Әşi, mәn qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dәlәduzun birisi dә o tayda olsun? Ay bivәfa arvad! (Fikrә gedir).
M u s i q i
M ә ş ә d i İ b a d (rast oxuyur).
Mәn nә danәstәm әz әvvәl ke, to bi mehro vәfai,

Әhdi nabәstәn әz on beh ke, bә bәndi ya nә pai.
Burada mәnim yadıma Leyli vә Mәcnun әhvalatı düşür.
Mәcnun o tayda ahü zar edir,

Leyli bu tayda әğyar ilә eyş edir.
M u s i q i
İndi mәn bu tayda hambal ilә qalmışam, Yarım da o tayda әğyar ilә söhbәt edir.
M u s i q i
Yox, mәn o mәcnunlardan deyilәm, bu saat gedib qoçuları buraya yığacağam! (Gedir).
G ü l n a z ilә S ә r v ә r çıxıb oxuyurlar.
S ә r v ә r (şikәstәyi-fars oxuyur).
Ey mәlәksima ki, sәndәn özgә heyrandır sana,

Hәqq bilir, insan demәz, hәr kim ki, insandır sana.

Vermәyәn canın sәnә bulmaz hәyati-cavidan,

Zindeyi-cavid ona derlәr ki, qurbandır sana.
G ü l n a z vә S ә r v ә r (tәsnif oxuyurlar).
Gözәlim sәnsәn mәnim,
M u s i q i
Mehribanım, hәmdәmim.
M u s i q i
Dәxi yoxdur heç qәmim,

Çox şükür sәnә, ey xuda!

Olmadıq biz әğyarә fәda. (2 dәfә)
M u s i q i
Sәn mәnimsәn, mәn sәnin.
M u s i q i
Ola bilmәz özgәnin.
M u s i q i
Hәmi bir can, bir tәnin,

Çox şükür sәnә, ey xuda!

Olmadıq biz әğyarә fәda (2dәfә).
M u s i q i
Dәrdimә tapdım dava,

Qalmadı heç bir cәfa. (2 dәfә)

Axır ki, gördük sәfa,

Çox şükür sәnә, ey xuda!

Olmadıq biz әğyara fәda.

Әğyara fәda, әğyara fәda.... (2dәfә)
Bu әsnada Q o ç u Ә s g ә r vә başqa adamlar gәlib, M ә ş ә d i İ b a d l a birlikdә hasarın dalında dayanıb baxırlar.
M ә ş ә d i İ b a d. Eşidirsiniz? Bayatı oxuyur.
Bunlar hasarın deşiklәrindәn baxırlar.
G ü l n a z.
Alәmi pәrvanәyi-şәmi-camalın qıldı eşq,

Cani-alәmsәn, fәda hәr lәhzә min candır sana.
Ә s g ә r. Oxa! Qız da oxuyur ki!

M ә ş ә d i İ b a d. İndi gördünmü iş nә haldadır?

Ә s g ә r. Mәşәdi İbad, bir bәri zәhmәt çәk (qabağa gәtirib, nә isә deyir).

S ә r v ә r.
Çıxma, yarım, gecәlәr, әğyar tәnindәn sakın,

Sәn mәhi-övci-mәlahәtsәn, bu nöqsandır sana.
Ә s g ә r. İki min manat pul verәrsәn: bir min mәnim, bir min dә yoldaşlarımın.

M ә ş ә d i İ b a d. Mәn yazıq bir o qәdәr pulu sәnә haradan verim?

Ә s g ә r. Özün bil, istәrsәn çıxaq gedәk. Sәn dә camaat içindә biabır ol. Heç kәs dә sәn ilә alver etmәz. Sәnin kimi binamus adamı biz heç içimizә qoymarıq. Adә, gedәk!

M ә ş ә d i İ b a d. Bir bura bax. Yaxşı, verәrәm. Sabah gәl pulları apar, amma indi bircә әvvәl bu oğlanı öldür, yoxsa onun sәsini eşitdikcә bağrım çatlayır.
M u s i q i
Q o ç u l a r.
Ey kimsәn orda, aç qapını!

Aç qapını, gәlәk sәni öldürәk!
M u s i q i
Pişto doludur, hazır etmişik,

Aç qapını, gәlәk sәni öldürәk!

Ey, kimsәn orda, aç qapını!

Aç qapını, gәlәk görәk kimdir o,

Ey kimsәn, ey, aç qapını!

Aç qapını, gәlәk sәni öldürәk!
G ü l n a z.
Ax, Sәrvәr, qorxuram, sәni öldürәr bunlar.

Gәl tez buradan qaçaq, tez-tez, gedәk özgә şәhәrә.
Ah, Sәrvәr, qorxuram,

Açma gәl qapını sәn.

Yoxsa sәni öldürәr

Qoçunun güllәsi.

Gәl bәri, Sәrvәr, gәl!
Q o ç u l a r.
Aç qapını!
S ә r v ә r.
Söylәyin görüm bir siz,

Nә istәyirsiniz mәndәn?

Nә lazım sizә bu evdәn,

Ta xәlqin qapısından.

Qorxmuram mәn sizdәn,

Hәr nә bilsәniz edin!

Yaxşısı budur, siz gedin,

Öz iş-gücünüzә.
Q o ç u l a r.
Sәnsәn Mәşәdi İbadın

Gәlinin әlindәn alan.

Sәnsәn xәlqin evin yıxan.

Sәndә vardır çox günah,

Gәldik sәni öldürәk.

Ta kim, Mәşәdi xoş olsun.

Biz dә ondan pul alaq,

Eyşü işrәtә mәşqul olaq

Ondan biz!
Ә s g ә r (qoçulara). Çıxardın piştoları, hazır olun! Mәn bir, iki, üç dedikdә siz atın! Hazır olun! Bir ... iki....
S ә r v ә r fit çalır, qaradovoy çağırır. Q o ç u l a r hәmәn saat qoyub qaçırlar. H a m b a l ilә M ә ş ә d i İ b a d dәxi qaçırlar. S ә r v ә r gülür.
G ü l n a z. Ax, qorxudan ürәyim üstümdә durmur.

S ә r v ә r. Heç qorxma, bәri gәl, gedәk otağa (Gedirlәr).
Bu әsnada R ü s t ә m bәy küçәdә vaqe olub, hәyәtә girmәk istәyir.
R ü s t ә m b ә y. Hәrçәnd Mәşәdi İbadın bir-ikimin manat qulağını kәsdim, amma Gülnaza yazığım gәlir. Binәva bәdbәxt olacaqdır. Mәnim qızım Mәşәdi İbadın tayı deyildir, amma nә eylәmәk, pulsuzluğun üzü qara olsun.
İstәyir ki, içәri girsin, bu әsnada S ә r v ә r dәxi hәyәtdәn çıxır. Bunlar bir-birini görüb, bir qәdәr tәәccüb ilә baxışırlar.
R ü s t ә m b ә y. Sәn kimsәn vә mәnim evimdә nә qayırırsan?

S ә r v ә r. Mәn bir student babayam vә sәnin evindә heç nә eylәmirәm.
G ü l n a z ilә S ә n ә m çıxırlar.
R ü s t ә m b ә y (acıqlı). Bu saat de görüm, nә cürәt edib mәnim evimә gәlibsәn?

G ü l n a z. Öldürәcәkdir, hamımızı qıracaqdır.

S ә n ә m. Allah, sәn saxla, yazığıq!...

S ә r v ә r. Mәn sәnin evinә heç vaxt gәlmәzdim, hәrgah sәnin qızına aşiq olmasaydım vә sәnin qızın da mәnә aşiq olmasa idi.

R ü s t ә m b ә y (hirs ilә). Bu nә sözdür danışırsan? Nә cürәt edirsәn? Bu saat başına bir patron çaxaram ki, beynin dağılar.

S ә r v ә r. Patronu mәn özüm çaxacağam.

R ü s t ә m b ә y. Kimә?

S ә r v ә r. Özümә!

R ü s t ә m b ә y. Bu nә sözdür!

S ә r v ә r. Çünki mәn Gülnazı öldürәndәn sonra daha özüm yaşamayacağam.

R ü s t ә m b ә y (acıqlı). Sәn mәnim qızımı öldürә bilmәzsәn!

S ә r v ә r. Sәnin xәbәrin olmayacaqdır.

R ü s t ә m b ә y. Neçün?

S ә r v ә r. Çünki әvvәlcә sәni öldürәcәyәm.

R ü s t ә m b ә y. Bu nә danışır, әdә, dәlidir nәdir?

S ә r v ә r. Bax, sәn bu qızı bәdbәxt eylәmәk istәyirsәn. Amma mәn, Sәrvәr, sәn Rüstәm bәyә deyirәm ki, hәrgah bunu mәnә vermәsәn, onda bir güllә sәnә, bir güllә qıza vә bir güllә dә özümә vuracağam! (Gedir).

R ü s t ә m b ә y. Bacı oğlu, bir bura bax! Axı, mәn özgәsinә söz vermişәm, iş işdәn keçibdir.

S ә r v ә r. Hәrgah sәn mәn deyәnә razı olsan, işi düzәldәrәm.

R u s t ә m b ә y. Nә tövr düzәldәrsәn?

S ә r v ә r. Әvvәl de görüm, acığın soyudumu?

R ü s t ә m b ә y. Soyudu.
S ә r v ә r әyilib onun qulağına nә isә deyir.
R ü s t ә m b ә y. Әşi, qoy görәk! Eylә dә iş olarmı?

S ә r v ә r. Sәnin canın üçün, mәn düz deyirәm, razısanmı?

R ü s t ә m b ә y. Yaxşı, razıyam, amma bәlkә baş tutmadı?

S ә r v ә r. Onda qızı hәr kәsә istәyirsәn ver!

R ü s t ә m b ә y. Çox gözәl!

S ә r v ә r. Amma sәn Mәşәdi İbada heç bir söz demә vә onu tәlәsdir ki, tez toyu elәsin.

R ü s t ә m b ә y. Çox gözәl, deyәsәn ağıla batan şeydir, görәk?

S ә r v ә r. Bax, әyәr iş tutdu-tutdu vә illah tutmadı....
M u s i q i
H a m ı.
Babalı Sәrvәrin boynuna. (2 dәfә)
S ә r v ә r.
Әyәr işi düz elәmәsәm....
R ü s t ә m b ә y.
Düz elәmәsәn....
S ә r v ә r.
Gәr bacarmasam....
R ü s t ә m b ә y.
Gәr bacarmasan....
H a m ı.
Babalı Sәrvәrin boynuna. (2 dәfә)
Musiqi çalınır, oynayırlar vә sonra gedirlәr. M ә ş ә d i İ b a d pәrişan vә pәcmürdә bir hal ilә küçәdә vaqe olur, hambal da dalınca.
M u s i q i
M ә ş ә d i İ b a d (bayatı oxuyur).
Ayrı düşdüm yarımdan,

Әl çәkmişәm canımdan,

O qәdәr başımı itirmişәm ki,

Adım çıxıb yadımdan.
H a m b a l.
Mәn aşiq o kәndә dә,

Belә o kәndә dә, bu kәndә dә.

Belә әcәb oğlan qoyub getmisәn

A bu kişini әkәn dәdә!
Küçә a d a m l a r ı hamısı buraya yığılırlar.
M ә ş ә d i İ b a d.
İşlәrim hamısı zülm getdi.

At axtardım çulum getdi.

Cavan qıza bel bağladım,

Beş min manat pulum getdi.
M u s i q i
A d a m l a r.
Әvvәldәn aşina idin, yad oldun nәdәn? (2 dәfә)

Sәni qoydu qaçdı o nazik bәdәn!
Ay belә iş olmaz, bala,

Heç belә iş olmaz!

Aman, aman, aman, aman,

Ay belә iş olmaz, bala,

Heç belә iş olmaz!
M ә ş ә d i İ b a d.
Әvvәldәn bilsәydim vermәzdim pulu, (2 dәfә)

Xәlqin eylәmәzdim cibini dolu.

Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!

Aman, aman, aman, aman!...

Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!
A d a m l a r.
Dedin qocalıqda bir qız alasan, (2 dәfә)

Cavan qızı alıb evә salasan.

Ay belә is olmaz!...
H a m b a l. A Mәşәdi, belim sınıbdır, sәn gәl bir abbası da verginәn.

M ә ş ә d i İ b a d (lap azarlı kimi). A gedә, rәdd ol başımdan! Mәn nәyin dәrdindәyәm, sәn nәyin dәrdindәsәn. Tәki mәnim dә dәrdim sәnin kimi bir abbası olaydı.
Millәtpәrәst H ә s ә n q u l u b ә y gәlir.
H ә s ә n q u l u b ә y. Mәşәdi İbad, salamünәleyküm. A kişi, bu nә işdir? Eşitdim ki, qızın iki adaxlısı vardır?

M ә ş ә d i İ b a d. A Hәsәnqulu bәy, sәn allah, indi insaf elәyin. Sәnin yanında Rüstәm bәy demәdi ki, qızı sәnә verirәm?

H ә s ә n q u l u b ә y. Dedi!

M ә ş ә d i İ b a d. Sonra mәni evinә çağırmadı?

H ә s ә n q u l u b ә y. Çağırdı!

M ә ş ә d i İ b a d. Siz dә qonaq gәlmәdiniz?

H ә s ә n q u l u b ә y. Gәldik!

M ә ş ә d i İ b a d. Qonaqlıqda mәni mübarәkbad elәmәdiniz?

H ә s ә n q u l u b ә y. Elәdik!

M ә ş ә d i İ b a d. Birisi dә mәnә orada meymun demәdi?

H ә s ә n q u l u b ә y. Dedi.

M ә ş ә d i İ b a d. Mәn dә onunla dalaşmadım?

H ә s ә n q u l u b ә y. Dalaşdın!

M ә ş ә d i İ b a d. Siz dә bizi aralaşdırmadınız?

H ә s ә n q u l u b ә y. Aralaşdırdıq!

M ә ş ә d i İ b a d (bәrkdәn). Bәs bu nә kәlәkdir ki, Rüstәm bәy mәnim başıma gәtirir, özü dә hәlә mәnim beş min manat pulumu yeyibdir.

H ә s ә n q u l u b ә y. Sәn heç qәm eylәmә. İşi düzәltmәk asandır. İstәrsәn mәn düzәldәrәm!

M ә ş ә d i İ b a d. A kişi, atana allah rәhmәt eylәsin, düzәlt, düzәlt yoxsa әhvalım çox pәrişandır.

H ә s ә n q u l u b ә y. Çox gözәl! Onda tez ol, bir beş yüz manat ver, çünki bu işdә bir balaca pul lazımdır.

M ә ş ә d i İ b a d (tәәccüb ilә). Nә? Beş yüz manat pul verim?!

H ә s ә n q u l u b ә y. Әlbәttә, pulsuz olmaz ki!...

M ә ş ә d i İ b a d. Ә kişi, vallah, mәn dağıldım, mәn söküldüm, mәn bu qәdәr pulu haradan alım verim!

H ә s ә n q u l u b ә y. Özün bilәrsәn, amma mәn belә güman edirәm ki, beş min manat verәn adam, beş yüz dә verә bilәr, artıq pul deyildir.

M ә ş ә d i İ b a d (әlini qoynuna salıb pul çıxardır). Çünki oldun dәyirmançı, çağır gәlsin dәn, Koroğlu! Bu bir yüz, bu iki yüz, bu üç yüz. Özün dә mәnә iki yüz boşlusan, elәdi beş yüz.

Yüklə 258,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin