O olmasin, bu olsun



Yüklə 258,53 Kb.
səhifə3/4
tarix09.07.2018
ölçüsü258,53 Kb.
#56120
1   2   3   4

H ә s ә n q u l u b ә y. Hә!... İndi işi düzәldәrәm, ancaq sәn bir qәzetçi Rzanı da gör, çünki Rüstәm bәy qәzetәdәn çox qorxan adamdır. (Baxır). Aha, budur, özü dә gәlir.
R z a vaqe olub Hәsәnqulu bәyә baş әyir vә Mәşәdi İbadın yanına gedir.
R z a bә y. Salamünәleyküm, Mәşәdi! A kişi, bu nә әhvalatdır, deyirlәr ki, qızın iki adaxlısı var imiş!

M ә ş ә d i İ b a d: Ay Rza bәy, sәndәn bir tәvәqqәm var, sәn gәl qәlәmi al әlinә vә bu әhvalatı qәzetdә yaz, Rüstәm bәyi biabır eylә, çox tәvәqqә edirәm!

R z a b ә y. Bağışlayın, Mәşәdi, mәn onu eylәyә bilmәrәm!

M ә ş ә d i İ b a d. Neyçün?

R z a b ә y. Çünki o cür şey mәnim mәslәkimә müğayirdir, bu iş sәnin öz xüsusi işindir, camaata nә dәxli var qәzetdә yazam?!

M ә ş ә d i İ b a d. A kişi, vallah, elә bunun özü qәzet әhvalatıdır.

R z a b ә y .... Yox, Mәşәdi. Mәn bacarmaram vә heç vaxt müğyir-mәslәk iş görә bilmәrәm!

M ә ş ә d i İ b a d (әlini cibinә salıb, bir yüzlük çıxardır vә guya kağız әvәzinә göstәrir.). A kişi; axır bu bir parça kağızı yazmaq çәtin şeydirmi?

R z a b ә y (pulu görür). Hә!... Bu başqa mәsәlәdir, indi başa düşdüm ki, sәn nә deyirsәn; yazaram, çox yaxşı yazaram!

M ә ş ә d i İ b a d. Bax, elә yaz ki, xalq oxuyub Rüstәm bәyә zad eylәsin..... Adı nәdir?!... Siz ona nә deyirsiniz?

R z a b ә y. İzhari-nifrәt!

M ә ş ә d i İ b a d. Hә, hә!... İzhari-nifrәt, izhari-nifrәt!
Bu halda intelligent H ә s ә n gәlir.
H ә s ә n b ә y. Sәn keçәn sәfәr mәni askarbit elәmişsәn, zato mәn sәni suda çәkmişәm.

M ә ş ә d i İ b a d. A kişi, sәn allah, әl çәk mәndәn. Mәnә meymun dedin bәs deyil, sonra da suda çәkirsәn?!

H ә s ә n b ә y. Xeyr, әl çәkmәrәm, gәrәk sudda cavab verәsәn.

M ә ş ә d i İ b a d. Ay camaat, mәn burda öz hәşrimә qalmışam, bu da gәlibdir ki, sәni suda çәkirәm!

H ә s ә n q u l u b ә y. (Mәşәdini bәri çәkir). Mәşәdi, ağzına bir şey ver, rәdd olsun!

M ә ş ә d i İ b a d. Yәni buna da pul verim?

H ә s ә n q u l u b ә y. Bir әlli manat ver, әl çәkәr.

M ә ş ә d i İ b a d (çıxardır). Ala, ala, rәdd ol bas?mdan!...

H ә s ә n b ә y. Eto druqoye delo. Әrizәmi geri alaram.

M ә ş ә d i İ b a d. Diriqoy, ya qeyri diriqoy....

H a m b a l. A Mәşәdi, bu qәdәr xәlqә pul paylıyırsan, mәnә dә bir abbası ver, belimi sındırbısan!

M ә ş ә d i İ b a d. Әşi, rәddә o ol yana, bir sәn qalmışdın ki, mәni soyasan. (Yüyurür hambalın üstә, hambal qaçır, amma sonra yenә gәlir).

H ә s ә n q u l u b ә y. Hәzәrat! Gәlin bu mәsәlәni müzakirәyә qoyaq. Axı belә iş olmaz ki, Rüstәm bәy eylәyir, bu kişi dә axı yazıqdır. Pulu gedir, özü dә biabır olur. Gәlin bu saat Rüstәm bәyi bura çağıraq vә onunla seryoznı danışaq!

H a m ı. Әlbәttә, әlbәttә.
Qapını döyürlәr. R ü s t ә m b ә y gәlir.
M u s i q i
Böylә olmaz ki, sәn aldadasan bizi,

Sәn verirsәn qızı

Özgә adama әrә getsin. (2 dәfә)

Bәs bu kişi yazıq necә etsin? (2 dәfә)
M ә ş ә d i İ b a d.
Alaha and olsun, budur deyirәm:

Qızı mәnә, qızı mәnә gәrәk verәsәn.

Vermәsәn hәrgah, eylәrәm bәdnam,

Çünki mәn bir adamam, baxmaram bәyә.
H a m ı. Böylә olmaz ki, sәn.... (i.a....).

R ü s t ә m b ә y. Sözün doğrusu, mәn qanmıram ki, siz nә deyirsiniz!

M ә ş ә d i İ b a d. Necә qanmırsan? Mәnim pulumu yeyib, yalandan deyirsәn ki, qızı sәnә verәcәyәm, amma özgәsinә verirsәn.

R ü s t ә m b ә y. Kim deyir onu?

M ә ş ә d i İ b a d. Öz gözümlә gördüm ki, sәnin qızının yanında bir cavan oğlan durubdur, soruşdum ki, әdә, sәn kimsәn, dedi: mәn qızın adaxlısıyam!

R ü s t ә m b ә y. Ha, ha, ha!... O kişi zarafat edibdir. Bilirsәnmi o kimdir? O qızın öz dayısıdır. Sәninlә lotuluq elәyibdir. Sәn dә inanırsan vә bir dә (onlara) Hәsәnqulu bәy, Rza bәy, sizin üçün eyb olsun ki, bu cürә axmaq sözә inanıb, mәnim qapıma gәlirsiniz. Mәn çox inciyirәm.

H ә s ә n q u l u b ә y. Rüstәm bәy, vallah, bağışla bizi, Mәşәdi İbad yoldan çıxartdı.

R z a b ә y. Sәn alah incimә bizdәn, burada, rus demişkәn, nedarazumeniya әmәlә gәlibdir.

M ә ş ә d i İ b a d (Rüstәm bәyә tәrәf gedib, әlindәn tutur). Bağışla, bәy, allah sәndәn razı olsun ki, bizi şәkki-şübhәdәn çıxartdın. Amma, vallah, әhvalım çox pәrişan olmuşdu. Ә kişi, mәn deyirәm ki, axı Rüstәm bәy kişidir, belә şey elәmәz. Qәrәz ki, allah şeytana lәnәt eylәsin! (Gülә-gülә). Rüstәm bәy mәn istәyirәm ki, toyu bu günlәrdә başlayam. Nә deyirsәn?

R ü s t ә m b ә y. Çox da yaxşı olar, nә qәdәr tez olsa, bir o qәdәr yaxşıdır.

M ә ş ә d i İ b a d. Onda mәn bu gün istixarә elәtdirәrәm, bu yaxın xoş günlәrin birindә toyumuzu başlarıq.

H a m ı. Allah mübarәk eylәsin! Mәşәdi İbad toy hamamında bir yerdә çimәk.

M ә ş ә d i İ b a d. İnşaallah, bir yerdә çimәrik. (Kәnara). Bu şәrtlә ki, hamam pulu sizdәn.
H a m ı.
Mәşdi İbad, çox mübarәk olsun!

Toyun sәnin çox mübarәk әst! (2dәfә)
M ә ş ә d i İ b a d.
Çox cağ olun, çox da razıyam,

Zәhmәt çәkib iş düzәltdiniz.
H a m ı.
Mәşdi İbad, çox mübarәk olsun!

Toyun sәnin çox mübarәk olsun!

Çox mübarәk olsun, çox mübarәk olsun!

Olsun, olsun, olsun, olsun!...
P ә r d ә

ÜÇÜNCÜ MӘCLİS

Bir h a m a m ı n soyunub-geyinәn yerindә vaqe olur. Sol tәrәfdә (zaldan baxarkәn) qapı vә pillәkәnlәr, cağ tәrәfdә, küncdә hamamın çimilәn yerinә girәn qapı var. Ortada hovuz vә fantan, üstündәn qәndil asılıbdır. Hamamçı Mәşәdi Qәzәnfәr sarı kürkә burünüb, bayır qapının solunda öz yerindә әylәşibdir. Qabağında manqal, üstündә güvәc, yanında mücrü. Özü dә qәlyan çәkir. Ondan bir az sağ tәrәfdә dәllәk usta M ә h ә r r ә m K ә r b ә l a y ı N ә s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kәnarda bir neçә nәfәr camadar әllәrindә qırmızı fitә, balaqları çırmala dayanıbdırlar.

M u s i q i
H a m ı (oxuyurlar).
Hamamın içindә, içindә dә çölündә (2 dәfә)

Yay, yaz, qış bahar isti, sәrin var,

Dövlәtli, kasıb, gәl, gәl, yerin var,

Dövlәtli, kasıb, tez gәl, yerin var, gәl!...
H a m a m d a n b i r s ә s.
Gәl, ey ha!... Bir yumurta!...
H a m ı.
Yaz, yaz, qış, bahar isti, sәrin var,

Dövlәtli, kasıb, gәl, gәl, yerin var.
M u s i q i
Dәllәk qırxır, hamamçı qәlyan çәkir.
M ә ş ә d i Q ә z ә n f ә r. Hәqiqәt, hәr bir şeyi fikirdәn keçirib yenә baxıb görürәm ki, dünyada hamamdan başqa lәzzәtli bir yer varsa, yenә hamamdır. Demәyin ki, özüm hamamçıyam ona görә belә danışıram, xeyr! Әşi, adam gәrәk insaf ilә danışsın: qışın soyuğunda harada qızışa bilәrsәn?

H a m ı. Hamamda!...

M ә ş ә d i Q ә z ә n f ә r. Yazın istisindә harada sәrinlәyә bilәrsәn?

H a m ı. Hamamda!

M ә ş ә d i Q ә z ә n f ә r. Daha kim deyә bilәr ki, hamam pis şeydir?

H a m ı. Әşi, heç kәs!

M ә ş ә d i Q ә z ә n f ә r. Bәs belә de!

U s t a M ә h ә r r ә m. Mәn dәllәyәm. Özüm dә ömrümün çox vaxtını hamamda keçirmişәm, heç bir belә heyfsilәnmirәm. Çünki baxıb görürәm ki, mәnim üçün hamamdan başqa heç bir yerdә xoş keçmir. Xalq gedir, adı nәdir, o klubda, mәnim klubum hamamdır. Xalq gedir teatra, mәnim teatrım hamamdır. Әşi, işlәyib yorulandan sonra harada istirahәt edә bilәrsәn?

H a m ı. Hamamda!

U s t a M ә h ә r r ә m. Harda bir parça lәzzәt görәrsәn?

H a m ı. Hamamda!

U s t a M ә h ә r r ә m. Daha kim deyә bilәr ki, hamam pis şeydir?

H a m ı. Әşi, heç kәs!

U s t a M ә h ә r r ә m. Bәs elә, de gәlsin!
H a m ı.
Hamamın içindә, içindә dә çölündә (2 dәfә)

Yay, yaz, qış, bahar isti, sәrin var,

Dövlәtli, kasıb, tez gәl, yerin var.

Dövlәtli, kasıb, tez gәl, yerin var, gәl!...
H a m a m d a n b i r s ә s. Gәl, ey ha!... Bir papiros, özü dә müştük ucunda. (Aparırlar).
H a m ı.
Yay, yaz, qış, bahar isti, sәrin var,

Dövlәtli, kasıb, gәl, gәl, yerin var.

Dövlәtli, kasıb, tez gәl, yerin var, gәl!...
M u s i q i
K ә r b ә l a y ı N ә s i r (dәllәk ülgüc itilәyәrkәn). Mәn özüm bisavadam, amma kitabda yazılanlardan oxuyurdular, mәn dә eşitmişәm: müsәlman padşahları bir yerdә şәhәr salanda ilk әvvәlcә hamam tikdirmişlәr, ondan sonra karvansara, ondan sonra mәscid. Әşi, insaf ilә danışmaq, tozun-torpağın içindә işlәyirsәn, çirkә-pasağa batırsan, bәs sonra harda tәmiz olursan?

H a m ı. Hamamda!

K ә r b ә l a y ı N ә s i r. Harda pak olursan?

H a m ı. Hamamda!

K ә r b ә l a y ı N ә s i r. Daha kim deyә bilәr ki, hamam pis şeydir?

H a m ı. Әşi, heç kәs!

K ә r b ә l a y ı N ә s i r. Bәs belә!

M ә ş ә d i Q ә z ә n f ә r. Padşah dedin, yadıma düşdü: әşi, hamam indi hürmәtdәn düşübdür, qәdim zamanlarda hamamın böyük hürmәti varmış, bütün şairlәr, süxәngulәr, nağıl deyәnlәr, dәrvişlәr hamısı hamama yığılıb, gözәl-gözәl söhbәtlәrlә hamam әhlini feyziyab edәrlәrmiş. Әşi, harada şirin-şirin söhbәt eşidirsәn?

H a m ı. Hamamda!

M ә ş ә d i Q ә z ә n f ә r. Harda dünya qayğısını yadından çıxardarsan?

H a m ı.Hamamda!

M ә ş ә d i Q ә z ә n f ә r. Daha kim deyә bilәr ki, hamam pis şeydir?

H a m ı. Әşi, heç kәs!

M ә ş ә d i Q ә z ә n f ә r. Bәs elә isә de gәlsin!
M u s i q i
H a m ı.
Hamamın içindә, içindә dә çölündә (2 dәfә)

Yay, yaz, qış, bahar isti, sәrin var,

Dövlәtli, kasıb, gәl, gәl, yerin var,

Dövlәtli, kasıb, gәl, gәl, yerin var!...
H a m a m d a n b i r s ә s. Gәl, ey he!... Ab xurdan, içindә qәmiş. (Aparırlar).
M u s i q i
H a m ı.Yay, yaz, qış, bahar isti, sәrin var,

Dövlәtli, kasıb, gәl, gәl, yerin var,

Dövlәtli, kasıb, tez gәl, yerin var! .... gәl.
U s t a M ә h ә r r ә m. Sizin canınız üçün, bir çox naxoşlular var ki, kurs qurtarmış hәkimlәr dәrmanlarından acizdirlәr. Amma naxoşu hamama gәtirәn kimi yaxşı olub sağalır. Ondan әlavә, hamam belә şeydir ki, insana zinәt verir, abıra mindirir. Özünüz deyin, harda yaxşı qan aldırmaq olar?

H a m ı. Hamamda!

U s t a M ә h ә r r ә m. Harda yaxşı baş qırxdırmaq olar?

H a m ı. Hamamda!

U s t a M ә h ә r r ә m. Harda yaxşı hәna yaxmaq olar?

H a m ı. Әşi, hamamda!

U s t a M ә h ә r r ә m. De, bәs belә!

M ә ş ә d i Q ә z ә n f ә r. Hәna dedin, yadıma Sәdi Әlyәәl-rәhmәnin bir şeri düşdü ki, günlәrin bir günündә rәhmәtlik hamamda çimәrkәn öz mәhbubindәn hәna alıb, әtrindәn bihuş olub vә o xüsusda bu şeri deyibdir:

Gili-xoşbuyi dәr hәmmam ruzi

Rәsid әz dәsti-mәhbubi be dәstәm.

Bәdu qoftәm ke, mişki, ya әnbәri

Ki, әzbuyi-delavizi-to mәstәm.

Bәqofta mәn gili-naçiz budәm

Vә leykәn moddәti ba gün neşәstәm.

Kәmali-hәmneşin bәr mәn әsәr kәrd

Vә kәrna mәn haman xakәm ki, hәstәm!
İnandırıram sizi ki, әgәr Sәdi Әlyәәlrәhmә hamama gәlmәsә idi, heç vaxt bu şeri yaza bilmәzdi. Әşi, belә olandan sonra kim deyә bilәr ki, hamam pis şeydir?
H a m ı. Heç kәs!

M ә ş ә d i Q ә z ә n f ә p. Bәs belә isә de gәlsin!
M u s i q i
H a m ı.
Hamamın içindә, içindә dә çölündә (2 dәfә)

Yay, yaz, qış, bahar isti, sәrin var,

Dövlәtli, kasıb, gәl, gәl, yerin var,

Dövlәtli, kasıb, tez gәl, yerin var, gәl!...
H a m a m d a n b i r s ә s. Gәl, ey ha!... Qәtfә! Gәl apar!
Camadarlar qәtfә ilә gedirlәr.
H a m ı.
Yay, yaz, qış, bahar isti, sәrin var,

Dövlәtli, kasıb, gәl, gәl, yerin var,

Dövlәtli, kasıb, tez gәl, yerin var, gәl!...
İçәridәn gәlirlәr. Bәy hamamdan çıxır. Zurnaçılar çalmağa başlayırlar. Pәrdә enir. Amma zurna sәsi gәlir. İki dәqiqәdәn sonra pәrdә qalxır. Zurna kәsir. Sәhnәdәkilәr geyinmәlәrini tamam edirlәr. M ә ş ә d i İ b a d yaxasını düymәlәyir, sonra әlinә aynanı alıb, saqqalına baxır. H ә s ә n q u l u b ә y surtukunu geyir, R z a b ә y varatnikini taxır. H ә s ә n b ә y başını darayır.

Ә s g ә r çәkmәlәrini geyir, h a m b a l patavasını dolayır. Sairәlәr dә kimi başını qurudur, kimi düymәlәrini bağlayır.
M ә ş ә d i Q ә z ә n f ә r. Mәşәdi İbad, sәhhәti-vücud! Allah mübarәk elәsin! Oğullu-uşaqlı olasan!

M ә ş ә d i İ b a d. Sağ olasan, vücudun bibәla olsun!

H a m ı. Allah mübarәk elәsin, allah mübarәk elәsin!

M ә ş ә d i İ b a d (cavab verir. Bir az sonra ayna әlindә). Amma deyәsәn bu sәfәr dәllәk hәnanı yaxşı yaxıbdır, daha ağ tük gözümә dәymir.

Ә s g ә r. Maşallah, lap cavan olubsan ki!

M ә ş ә d i İ b a d. Cavan olmayanda qoca deyilәm ki....

M ә ş ә d i Q ә z ә n f ә r (bәylәrә). Bәydadaşlar, hamam xoşunuza gәldimi? Çünki sizlәr bizim hamamlara gәlmәzsiniz, ona görә soruşuram.

H ә s ә n q u l u b ә y. Mәn çoxdandır ki, töbә elәmişdim, ömrüm olanı müsәlman hamamına getmәyim, amma Mәşәdi İbadın xatirәsi yanımda o qәdәr әzizdir ki, töbәmi sındırıb mәhz onun xatirәsi üçün bu hamama gәldim. Gәldim dә.... Heç, daha keçibdir.

M ә ş ә d i Q ә z ә n f ә r. Bәs belә!

R z a b ә y. Hәrgah mәn bir papaq alaydım vә o papağa beş yüz otuz altı manat pul vermiş ola idim vә bir nәfәr dә o papağı mәnim başımdan götürüb müsәlman hamamının içinә tollaya idi, mәn papaqdan әl çәkәrdim, amma hamama girmәzdim. Lakin Mәşәdi İbada söz vermişdim deyә, daha sözümdәn qaça bilmәdim.

M ә ş ә d i Q ә z ә n f ә r (sınır). Bәydadaş, guya mәnim hamamım murdardır? İçindә urus çimir, ermәni çimir, yәhudi çimir?!

R z a b ә y. Rәhmәtliyin oğlu, girirәm xәznәyә, bilmirәm ki, bu içindә çimdiyim sudur, neftdir, hәlimdir, yoxsa bozbaşdır. Hәzәrat, vallah, sabah bunu mәn qәzetimdә yazaram. Belә elәmәyin!

H ә s ә n q u l u b ә y. Әşi, insafdır, o xәznәyә mәn dә girim, bu hambal da girsin? (hambalı göstәrir).

H a m b a l. Bәy, mәgәr hambal hamamda çimmәz, bәs hambalın canı can deyil?

H ә s ә n b ә y. Rza bәy prav. Doğrudan, mәn dә xәznәyә girib bilmәdim ki, sudur, yoxsa ayrı bir jidkostdur. (Hәsәnqulu bәyә). No vı, vı rassujdayete kak burjuy! Necә yәni mәn dә girim, hambal da girsin, mәyәr hambal da sәnin kimi adam deyil?

H a m b a l. Әlbәttә, adamam!

H ә s ә n b ә y. Onun da iki qulağı var, sәnin dә!

H a m b a l. Әlbәttә, iki qulağım var, bә nәdi?

H ә s ә n b ә y. Onun da bir burnu var sәnin dә!

H a m b a l. Әlbәttә, bir burnum var, bә nәdi?

H ә s ә n b ә y. Yedinstvennaya raznitsa bundadır ki....

H ә s ә n q u l u b ә y. (sözünü kәsir). Bilirsәn nә var, Hәsәn bәy! Sәn keçәn sәfәr Mәşәdi İbadla savaşdın, yenә dә o bir evin içindә oldu ki, heç kәs bilmәdi, amma bura hamamdır, özün bilirsәn ki, obşestvenni yerdir, tәvәqqә edirәm ki, burada savaşmayasan.

H ә s ә n b ә y. Net, mәn kak istinnıy narodnik protestuyu!
Bunlar,R z a da iştirak edir,әllәrilә işarәlәrlә danışıb bәhs edirlәr.
M ә ş ә d i İ b a d (adamları nәzәrdәn keçirmәklә sayır). Görәsәn bunların hamısını hamam pulunu, inşaallah, mәn verәcәyәm, hә?... Bu bahalıqda bir bu qәdәr hamam pulu heç bilirsәn neçә elәr? Görüm, hamamçını bir nokәlәklәyә bilәrәmmi?

H ә s ә n q u l u b ә y. (münaqişәyә davam edәrәk). Da ostavte menya v pokoye!

H ә s ә n b ә y. Net! Ya doljen protestovat.

R z a b ә y. Әşi, ayıbdır hamamın içindә....

H ә s ә n q u l u b ә y. Da protestuyte, skolko xotite!

H ә s ә n b ә y (bәrkdәn). Ya ne pozvolyu, çtobı....
Ә s g ә r, R z a tez durub bunların aralarına girirlәr ki, aralaşdırsınlar.
M ә ş ә d i Q ә z ә n f ә r. Bunların hamısı, görünür ki, mәnim xәznәmin suyunun tәsirindәndir.

M ә ş ә d i I b a d (onlara). Bura bax, a!... Cәncәl elәmәk neyçün? Kişinin hamamında iki saatdır ki, müftә çimibsiniz, hәlә bir durub cәncәl dә salırsınız? Eyibdir ki.... (Sükut; hamamçıya müraciәtәn). Mәşәdi Qәzәnfәr, sәnin yadına gәlmәz; çünki çox kiçikdin, mәn ilk toy elәyәndә ki, mәrhum Kәrbәlayı Murtuzanın qızı, rәhmәtlik Sonanı almışdım, toy hәmin bu hamamda oldu. O zaman sәnin oturduğun yerdә rәhmәtlik sәnin atan Mәşәdi Sәmәndәr әylәşmişdi. Çıxanda durdum pul vermәyә, dedi: ayıbdır ki.... Nә qәdәr eylәdim, pul almadı, yalvardım-yaxardım, almadı ki, almadı.... Qәrәz, rәhmәtlik çox gözәl kişi idi....
Hamı bir-bnrinә baxıb himlәşir.
M ә ş ә d i Q ә z ә n f ә r. Heç mәnim özümü demirsәn.... Keçәn hәftә bizim Mәşәdi Muxtarın toyu idi ki, mәnimlә bәrk aşnadır. Gәldilәr hamama, gedәndә nә qәdәr eylәdi, pul almadım, dedi inciyәrәm sәndәn, dedim mәn dә inciyәrәm sәndәn, almadım. Yanında lap bu Hәsәnqulu bәyә oxşayan bir nәfәr bәy var idi. Çıxartdı cibindәn iki dәnә yüzlük üstümә atdı, istәdim almayam, razı olmadı. Әlli manat dәllәyә verdi. Camadarların hәrәsinә on manat naçay bağışladı; onun sabahı bir dә görüm ki, bir dәst yaxşı libas, iki kisә әla hәna, bir kәllә qәnd vә bir dәnә şirniyyat xonçası gәlibdir. Bunu da toy sahibi Mәşәdi Muxtar göndәrmişdi. Axşam da ki, toyda idik. Qәrәz, çox canfişanlıq oldu.
B ә y l ә r himlәşib gözlәşirlәr.
H ә s ә n q u l u b ә y. (Hәsәn bәyә). Vı vezde umestno, neumestno lezite sporit.

R z a b ә y. Yenә başladılar ki....

H ә s ә n b ә y. Ya ne moqu, ja doljen protestovat, ja çelovek s ubejdeniyem.

H ә s ә n q u l u b ә y. Da vı, prosto obmanşik i vse!

H ә s ә n b ә y (bәrkdәn). Çto? Vı menya oskorblyayete?

H ә s ә n q u l u b ә y (o da bәrkdәn). Da oskorblyu!
Ara qarışır, R z a, Ә s g ә r, sair qoçular qalxıb, onları aralaşdırmaq istәyirlәr.
H ә s ә n b ә y. V takom sluçaye ya uxoju i potrebuyu udovletvoreniye za oskorblenie. (Gedir).

R z a b ә y (onun dalınca). Hәsәn bәy, Hәsәn bәy, hara gedirsәn, bir dayan. (O da onun dalınca gedir).

H ә s ә n q u l u b ә y. (kefsiz)Hәzәrat, bagıslayın, xudafiz!... (Gedir).

Ә s g ә r (onun dalınca). Әşi, bir dayan görәk, bu saat hamımız gedirik!
Gedir, adamları da onun dalınca çıxırlar. Qalır hamam әhli ilә M ә ş ә d i İ b a d vә h a m b a l.
M ә ş ә d i İ b a d (kәnara). Lotular pul söhbәtini eşidib qaçdılar. Yox, mәnim kәlәyim baş tutmadı!

M ә ş ә d i Q ә z ә n f ә r. Mәşәdi, sәnin bu aşnaların nә hirsli adamlardır?

M ә ş ә d i İ b a d. Havanın tәsirindәndir. (Ona). Qәrdәş oğlu, haqq-hesabımız neçә elәdi?

M ә ş ә d i Q ә z ә n f ә r. Daha onu soruşmazlar ki, toy hamamıdır, neçә verirsәn ver, istәrsәn mәn dә atam kimi sәndәn heç zad almayım....

M ә ş ә d i İ b a d. Xeyr, çox sağ ol!(Kәnara). O, mәnә baha oturar. (Pul çıxardır verir). Bәsindirmi?

M ә ş ә d i Q ә z ә n f ә r. Bәsdir, allah bәrәkәt versin!

M ә ş ә d i İ b a d (camadarlara). Balam, ala, bu da sizin! Bunu da içәridәkilәrә verәrsiniz.

C a m a d a r l a r. Çox sağ ol, Mәşәdi! Allah bәrәkәt versin!

H a m b a l. Mәşәdi, abbasını vermәdin, ha!...

M ә ş ә d i İ b a d. Adә, get gör bunlar necә oldu. Deyinәn ki, qorxmayın; hamam pulu verildi, gәlsinlәr bәyi hamamdan çıxarsınlar. (Zurnaçılara). Balam, siz dә bir şey çalın, camaat yığılsın hamama, çıxaq gedәk.
Z u r n a ç ı l a r çalırlar, bir qәdәr keçmiş çıxıb gedәnlәr h a m ı s ı geri qayıdırlar.
M ә ş ә d i İ b a d, (durur). Ya allah!...

H a m b a l kömәk edib düşürür aşağı. Zurnaçılar da qabaqda çala-çala çıxıb gedirlәr.

H a m a m ç ı, d ә l l ә k M ә h ә r r ә m, K ә r b ә l a y ı N ә s i r vә

c a m a d a r l a r yerlәrindә qalır, yenә dә әvvәlki sayaqda olurlar.

M ә ş ә d i Q ә z ә n f ә r. Bu urusbabılar heç ildә bir dәfә hamama getmәzlәr, qüsl-tәharәt nә olduğunu bilmәzlәr, gәlib burda mәnim hamamımı pislәyirlәr. Әşi, bir insaf ilә danışaq: harda yuyunub tәmiz olarsan?

H a m ı. Hamamda!

U s t a M ә h ә r r ә m. Harda suya batıb çıxa bilәrsәn?

H a m ı. Hamamın xәznәsindә.

K ә r b ә l a y ı N ә s i r. Daha kim deyә bilәr ki, hamam pis şeydir?

H a m ı. Әşi, heç kәs!

M ә ş ә d i Q ә z ә n f ә r. Bәs elә isә de gәlsin!
M u s i q i
H a m ı.
Hamamın içindә, içindә dә çölündә (2 dәfә)

Yay, yaz, qış, bahar isti, sәrin var.

Dövlәtli, kasıb, gәl, gәl, yerin var,

Dövlәtli, kasıb, tez gәl, yerin var, gәl!...
M u s i q i
(U s t a M ә h ә r r ә m l ә M ә ş ә d i Q ә z ә n f ә r kürkünü salıb oynayırlar, camadarlar da çırtıq vururlar.)
P ә r d ә

DÖRDÜNCÜ MӘCLİS

M ә ş ә d i İ b a d ı n evindә vaqe olur. Toy mәclisidir. Q o ç u Ә s g ә r "Padşah" olub, yuxarı başda әylәşibdir. Sәhnәdә olanlar: H ә s ә n q u l u b ә y, R z a b ә y, Ә s g ә r vә qonaqlar. Pәrdә qalxır. Oyunçu qız lәzginka oynayır. Bәәd çıxıb gedir.
Ә s g ә r. Mәn tar çalana әmr edirәm ki, bir "Roza" havası çalsın, Hәsәnqulu bәy durub oynasın!

H ә s ә n q u l u b ә y. (ayağa durur). Padşah sağ olsun, vallah, mәn oyun bilmirәm, mәni bağışla!

Ә s g ә r. Çәkin onu ortaya, bir-iki qırmanc vurun! (Nökәrlәr Hәsәnqulu bәyi çәkib oynadırlar. Bәәdә haman qәrar ilә Rza bәy oynayır). Çәkin buraya Mәşәdi İbadı! Bәy gәrәk toyunda oynasın ki, ucuzluq olsun.
O biri otaqdan M ә ş ә d i İ b a d ı gәtirirlәr. Mәşәdi İbad "Mirzәyi" havasını oynayır.
H ә s ә n q u l u b ә y. Balam, dәxi vaxtdır, gedәk gәlini gәtirmәyә.

H a m ı. Bәli, vaxtdır. (Ayağa durub hamı gedir).

M ә ş ә d i İ b a d (daxil olur). Türkdә bir mәsәl var: deyәrlәr ki, hәr gözәlin bir eybi olar. Qonaqlar bu evdә olanda mәn o biri otaqda sәhәrdәn bәri fikirdә idim ki, ayә, mәnim eybim nәdir? İndi bilmişәm ki, mәnim bir eybim varsa, o da eybsizliyimdir. Hәrçәnd bu çox nazik mәtlәbdir, amma hәqiqәtdә dә belәdir ki, var. Hәrgah mәnim bir danә eybim olsaydı, xalq deyәrdi ki, zәrәr yoxdur, hәr gözәlin bir eybi olar. Amma indi mәnim heç bir eybim yoxdur, ona görә dә heç kәs mәnә gözәl demir. Bütün mәsәlә bundadır. Vәssәlam.... Hәr halda qız nә qәdәr gözәl olsa da bir o qәdәr mәnә baha oturdu: beş min manat Rüstәm bәy vә toy xәrci, beş yüz manat Hәsәnqulu bәyә rüşvәt, yüz manat Rza bәyә rüşvәt, әlli manat Hәsәn bәyә rüşvәt, bir abbası hambala müzd, dörd yüz manat.... Әşi, hesab elәmәsәm yaxşıdır! Daha ürәyim xarab olur. Amma pis geyinmәmişәm, ha!... (Әtrafına baxır vә dalını görmәk üçün fırlanır vә sonra bir yerdә әylәşir). Bәli, qız gәlsin görәk nә olacaqdır. (Zümzümә eylzyir):
Yüklə 258,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin