II
DÜZD VƏ QAZİ
(III-50/977 şifrli çap variantının tərcüməsi)
Rəhmli və bağışlayan Allahın adı ilə
1أَلحَمدُاللهُ رَبِّ العَالَمینَ وَ صَلِّ اللهُ عَلی خَیرِ خَلقِهِ مُحَمَّد وَ آلِهِ الطّاهِرینَ وَ صَحبِهِ الأَجمَعینَ
Deyilənə görə Harunərrəşid zamanında çox mömin və dindar bir kişi varmış. Adı Bəşər və ləqəbi Bəşir idi. O, Bağdad şəhərində qazılıq edir və işini lazımi qaydada yerinə yetirirdi. Gecələri ibadətlə məşğul olur, gündüzləri oruc tuturdu. Bağdad camaatı onun müdrikliyinə tamamən inanırdı. Qazı özünü zahidlik, təqva və elmlə o qədər bəzəmişdi ki, heç kəs ona natiqlikdə bərabər deyildi. Bir gecə təsadüfən xəlvətdə oturub, şam işığında Peyğəmbərin (s) hədislərini mütaliə edərkən həzrət Peyğəmbərin (s) buyurduğu belə bir hədisə rast gəldi:
تَحُبُّ الصَّلاةَ فیِ البُستانِ
- yəni “Sevirəm bağda namaz qılmağı”. Bu hədis qazıya xoş gəldi və öz-özünə dedi: – Mən sabah bu hədisdə buyurulana əməl edəcəyəm və bundan sonra çox vaxt bağda namaz qılacağam.
Bir qədər kitab oxuduqdan sonra onu yuxu tutdu. İstədi kitabı yerə qoyub yuxulasın. Birdən növbəti vərəqdə belə yazıldığını gördü:
اَلنَّومُ اَخُّ المَوتِ
- yəni “Yuxu ölümün qardaşıdır”.
Qazı bu hədisi oxuduqda yuxu gözlərindən qaçdı. Öz-özünə dedi: - Ölümə qardaş olan bir şeydən uzaqlaşmaq lazımdır. Və yenə kitab oxumağa davam etdi. Qazının arvadı bağı hazırlatmışdı. Bağı sanki cənnətə döndərmişdi. Bağı sünbül, reyhan, bənövşə və rəngarəng güllərlə bəzəmişdi. Meyvə ağacları, sərinlik bəxş edən ağaclardan sərv, şümşad, küknar, çinar həmin bağın dörd tərəfinə əkilmişdi. Kökü yerin dibinə gedən, başı kəhkəşanlara çatan və dörd tərəfdən su arxları kövsər suyu kimi axırdı. Su arxı bağın hər tərəfindən dirilik suyu kimi axırdı. Ustad həmin bağın təsvirini bu cür verirdi: Əlvan lalələrlə dolu olan bağ Bağdad şəhərindən kənarda idi. Uzun müddət idi ki, qazı həmin bağa getmirdi. Qazı bir gecə fikirləşdi ki, sabah cümə günüdür. Səhər bağa yollanım və sübh namazını bağda qılım. Həm də bağa tamaşa edərəm və beləliklə Peyğəmbərin (s) buyuruğuna əməl etmiş olaram. Qısası, qazının Bəxtiyar adlı qulamı vardı. Qazı qulamı çağırıb dedi: - Ey Bəxtiyar, səhər açılanda yuxudan dur və Misir ulağını yəhərlə, sonra sarayın qapısının ağzına gətir. İstəyirəm ki, sübh namazını bağda qılam. Qulam cavabında baş və gözüm üstə dedi. Qazı qulama tapşırıqlarını verdikdən sonra qulam buyruq dalınca getdi. Qazı da öz evinə qayıdıb istirahət etməyə başladı. Lakin qulam öz mövlasının tapşırığını eşidib ürəyi qorxuya düşdü ki, birdən səhər yuxudan gec durar. O, gecəni qorxu içində yatdı.
Gecədən bir qədər keçmiş yuxudan qalxdı. Lakin gecənin bitib-bitmədiyini müəyyən edə bilmədiyi üçün Misir ulağını yəhərləyib qazının evinin önünə gətirdi. Qazını səslədi ki, qalx Misir ulağını gətirmişəm. Qazı qulamın səsini eşitcək qalxdı və bilmədi ki, gecədən nə qədər ötüb. Gecə hava buludlu olduğu üçün qazı göyə baxıb, ayın təsirindən göy üzünü açıq gördü və düşündü ki, sübh açılıb. Əbasını geyindi və altmış vərə uzunluğunda olan əmmaməsini başına qoydu. Ayaqqabılarını geydi, ridasını çiyninə saldı, sonra ulağa mindi və bağa tərəf üz qoydu.
Bağdad şəhərindən çıxdı və bağa tərəf yollandı. Gedərkən yol üstündə olan köhnə qəbiristanlığa çatdı. Tərslikdən bir oğru o qəbiristanlıqda pusquda durmuşdu. Oğru gördü ki, qazı təkdir və ulağa minib zikr edə-edə gedir. Birdən oğru pusqudan qılınc çəkərək çıxdı və qazının yolunu kəsdi. Qazının üstünə haray çəkdi və dedi: - Ey qazı, olduğun yerdə qal. Qazı qılınc çəkmiş oğrunu görüb canına lərzə düşdü.
Qazı dedi: - Sən kimsən?
Oğru dedi: - Mən oğruyam.
Qazı dedi: - Ey oğru, Allahdan qorxmursan ki, oğurluq edirsən?
Oğru dedi: - Əgər Allahdan qorxmasaydım, qılıncla boynunu vurardım. İndi ey qazı, paltarlarını, uzunqulağını ver yoxsa səni öldürəcəyəm.
Qazı oğrunun bu sözlərini eşitcək başından tüstü çıxdı və dedi: - Ey bihəya, məndən həya etmirsən. Mən müsəlmanların qazısıyam.
Oğru dedi: - Xəcalət çək və boş sözlər danışma. Mən də müsəlmanların oğrusuyam. Artıq gecdir. Çoxdandır ki, belə bir ov dalınca gəzirəm. Allah-taala öz lütfü ilə səni dəbdəbəli libas və uzunqulaqla mənə nəsib edib. Tez ol uzunqulaqdan düş və paltarlarını soyun. Nəyin varsa, mənimdir.
Qazı dedi - اَستَغفِرُاللهَ رَبّی وَ اَتوبُ إلَیهِ 1 və başını göyə tutdu.
Qazı dedi: - Xudaya, sən bəndələrinin halından agahsan. Nə günah işləmişəm ki, məni bu oğruya düçar etmisən.
Beyt:
اختیار از دست دادم تا شوم با بخت یار،
بخت هم یاری نگردد اختیار از دست رفت.
İxtiyarımı əlimdən verdim ki,olum bəxtiyar,
Bəxt yar olmadı, ixtiyar əldən getdi.
Oğru dedi: - لاَ حَولَ وَ لاَ قُوَّةَ اِلّاَ بِالله العَلِیُّ العَظیِمِ2 bu nə bəladır ki, muradıma daha tez çata bilmirəm.
Qazı dedi: - Həyəcanlanma, sənə bir söz deyim.
Oğru dedi: - Nə sözün var tez de, yoxsa günahkar olaram.
Qazı dedi: - Ey azad insan, əgər oğurluq etməsən, ruzi tapa bilməzsən?
Oğru dedi: - Ey axmaq insan, sən bu kəlamı Qurani- Kərimdən oxumamısan ki, buyurulur:
نَحنُ قَسَّمنا بَینَهُم مَعیشَتَهُم1
- yəni “Hər bəndəmizə bir işdən və peşədən ruzi verərik”. Mənim də qismətim budur ki, səni ulaqdan yerə endirim və tez soyundurum. Bundan sonra sağ-salamat işimin dalınca gedim.
Qazı dedi: - Ey oğru, qoy mən öz yolumla gedim və Allaha bəndəlik edim, ibadətlə məşğul olum.
Oğru dedi: - Mənim muradım səni soymaqla hasil olar. Deyirsən mən səni buraxım və öz qismətimdən vaz keçim.
Qazı dedi: - Ey azad insan, xəcalət çək və insafsızlıq etmə. Məgər eşitməmisən ki, Peyğəmbər (s.) buyurub:
اَلحَیا شُبَةُ مِنَ الایِمانِ 2
- yəni “Həyası olmayanın imanı olmaz”.
Oğru dedi: - Ey insafsız qazı həzrətləri, sən tez soyunmamaqla məndən həya etmirsən. Ey qazı həzrətləri, Peyğəmbər (s) həmçinin buyurub:
الرِّزقَ اَلحَیاءُ یَمتَنِعُ3
- yəni “Həya ruzi əldə etməyə manedir”. İndi isə tez ol və sözü uzatma. Çünki söhbət uzanmağa başlayır.
Qazı dedi: - Ey azad insan, Allah-taala buyurb:
السّارِقُ وَ السّاریقَةِ فَاقطَعوا اَیدیهِماَ4
- yəni “Bir oğrunu tutan zaman aparıb əllərini kəsin”. Çünki oğurluq haramdır.
Oğru dedi:- Sən də bacarırsansa, belə et. Mən hədislərdən oxumuşam ki, bir nəfər aclıqdan ölməyə yaxın olsa, murdar şey yeyə bilər və sənin də malın mənim üçün murdar ət kimi zəruridir.
Qazı dedi:- Qoy bir qədər sənə öyüd-nəsihət edim və cavab alım.
Oğru dedi: - Gərək ehtiyatlı hərəkət edəydin. Gecə yarısı niyə evdən çıxırdın? Deməli, sənin malın mənimdir. Ey qazi həzrətləri, səni o zaman buraxaram ki, sağ-salamat gedəsən.
Beyt:
شدی دزدم بدست من گرفتار،
چنین در نیم شب اندر شب تار،
اگر خواهی ز چنگ من امانی،
به من ده تو خرو جامه و دستار.
Mən oğrunun əlilə giriftar oldun,
Bu qaranlıq gecələrin birində.
Əgər mənim əlimdən amanda
olmaq istəyirsənsə,
Libasını, ulağını, əmmaməni mənə ver.
Qazı dedi: - Ey azad insan, səhv etdim ki, gecəyarı evdən çıxdım. Belə fikirləşdim ki, sübhə yaxındır. Halbuki gecəyarıdır.
Oğru dedi: - Ey qazi, məgər nücum elmindən xəbərdar deyilsən? Yeddi ulduz, on iki bürc və iyirmi doqquz dərəcə, altmış dəqiqə və ayın, ulduzların yerləşmə nöqtəsini bilmirsən? Buna görə də vaxtsız evdən çölə çıxıb və belə bir əziyyətə düşmüsən.
Qazı dedi: - Ey dəliqanlı, həzrət peyğəmbər buyurb:
مَن أَمَن باِلنُّجومِ فَقَد کَفَر 1
- yəni “Ulduzlara iman gətirən şəxs kafirdir”.
Oğru qazının cavabında dedi: - Əgər ulduzları inkar etsən, deməli, sən əsl kafirsən. Cəbrayıl (ə) peyğəmbərə (s) ulduzlar haqqında haqq olan bu doqquz ayəni nazil etmişdir.
Qazı soruşdu: - Bu doqquz ayə hansıdır?
Oğru cavab verdi:
إِنَّا زَیَّنَّا السَّمَاءَ الدُّنیا بِزینَةِ الکَواَکِب 2
2 وَ لَقَد جَعَلنَا فِی السَّمَاءِ بُروجاً1
وَالقَمَرُ قَدَّرنَهُ مَنَازِلَ 2
وَالقَمَرُ وَالنُّجومُ مُسَخَّراتٌ 3
فَلاَ أُقسِمُ بِمَواقِعِ النُّجومُ4
لِتَعَلَّمُوا عَدَدَ السِّنینَ وَالحِساب 5
وَ بِالنُّجمِ هُم یَهتَدونَ6
وَالشَّمسُ تَجرِی لِمُستَقَرِّ لَهَا وَ ذَلِکَ تَقدِیرُالعَزِیزِالعَلیمٌ7
8وَالسَّمَاءِ ذَاتِ البُروجِ
Ey qazı həzrətləri, kim Qurandan bir hərfi inkar etsə, kafir olar. Əgər sən bu doqquz ayəyə inanırsansa, niyə ulduzları inkar edirsən? İndi isə tez ol və çox danışma. Paltarlarını soyun və sağ-salamat yola düş.
Qazı dedi: - Ey, mənim əziz qardaşım. Sən ki belə münəccim kimi danışırsan, deyə bilərsənmi ki, mənim bürcüm (taleyim) uğurlu, yoxsa nəhsdir?
Oğru qazının cavabında bu beyti dedi:
کردی از من سوال بس مشکل
با تو گویم اگر نه غافل
Məndən çox çətin bir sual soruşdun,
Əgər qafil deyilsənsə, sənə deyərəm.
Ey qazı, hələ bu çətin vəziyyətdə öz taleyin haqqında da soruşursan. Bil ki, Ay Əqrəb bürcündədir. İki dərəcə, üç dəqiqə və yeddi saniyə bucağındadır və Mərrix dördüncü bucaqdadır. Oğurluq və yolkəsmə yaxşıdır, lakin qazıının evdən çıxmağı yaxşı deyil. Tez ol ulaqdan yerə düş və libasını soyunub mənə ver. Sonra hara istəsən, gedə bilərsən.
Qazı dedi: - Ey cavan, qoy çıxım gedim. Mən Peyğəmbərin (s) hədisinə uyğun riayət etmək istəyirəm. Peyğəmbər (ə) buyurub ki, bağda namaz qılmağı sevirəm. Mən də bağda namaz qılmaq üçün bağa yollanıram.
Oğru dedi: - Əgər sən hədislə iş görürsənsə niyə bu hədisdən xəbərsizsən? اَلرَّفِیقُ ثُمَّ الطَّریق1 , yəni “Əvvəl dostunu, sonra yolunu təyin et”. Əgər dostun və ya qulamla yola çıxsaydın, mən heç vaxt sənə qələbə çalmazdım və sən də mənim qarşımda aciz qalmazdın.
Beyt:
با تو گویم یک سخن هشدار،
که چنین گفت سید مختار،
الرفیق الرفیق ثم طریق.
Sənə xəbərdar edirəm ki, belə demiş Seyyidi- Muxtar2,
Dost, dost, sonra tutduğun yol.
Qazı öz-özünə dedi: - Kaş Bəxtiyarı özümlə gətirəydim.
Oğru dedi: - Ulaqdan aşağa düş, sonra hara istəyirsən, get.
Qazı dedi: - Ey azad insan, Peyğəmbər (s) buyurub: اَلمُسلِمُ مَن سَلَمَ المُسلِمُونَ عَن یَدَهِ وَ لِسَانِه, yəni “Müsəlman o kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən amanda olsunlar”. Sən müsəlman deyilsən məgər? Sənin əlindən ibadət etməyə gedə bilmirəm.
Oğru qazının cavabında bu beyti dedi:
امروز بگو که قاضی چون تو کجاست؟
کاسباب رشوة وقف برکل نه رواست،
از خوردن رشوة حق و نا حق میدان،
بغداد خراب گر نشد فضل خداست.
Bu gün de ki, sənin kimi qazi haradadır?
Zəkat və fiqh malı yalnız sənə məxsusdur?!
Haq və nahaq rüşvət yemək də sənə məxsusdur,
Bağdad viran olmayıbsa, Allahın rəhmətidir.
Ey qazılığa yaramayan adam. Mən müsəlmanam və Qurana, hədislərə riayət edirəm. Lakin öz əmim qızı ilə evlənmək istəyirəm. Amma nə əlimdə, nə də evdə bir dinar var. Qayınanam başlıq pulu tələb edir. Nəticədə bu gecə Allahın kəlamına pənah gətirmişəm və həmin ayədə deyilir: لَیسَ لِلاِنسَانِ إِلّا مَا سَعی1 , yəni “İnsan çalışdığı qədər qazanacaq”.
Beyt:
گر چه بتقدیر ایزد هیچکار،
برنمی آید زعالم جز دعا.
Hərçənd Allahın təqdirindən başqa
Heç bir iş duasız əmələ gəlməz.
Yuxarıdakı ayədə deyildiyi kimi, dünya işlərində çalışmaq, səy göstərmək lazımdır. Mən “Məşariğul-ənvar” kitabını açdım və bu hədisi gördüm. Peyğəmbər (s) buyurub ki: تَسَارِقُونَ تَغَانِمُونَ2, yəni “Oğrular varlanar”. Və belə qərara gəldim ki, səfərə çıxım, amma təqvimə baxmadım. Ay dordüncü bucaqda idi. Ay Əqrəb bürcündə idi. Oğurluq və yolkəsənlik yaxşı göründü. Silahlanıb oğurluq məqsədilə bayıra çıxdım və indiyədək on beş fərsəx yol qət etmişəm və evə çatmaq üçün daha on beş fərsəx yol getməliyəm. Kəndxuda olmaq istəyirəm. Ona görə sənin ulağını, paltarlarını, yəhərini almalıyam. İndisə tez ol. Ulaqdan aşağı düş və çıx get. Çünki söhbət öz həddini aşır. Səni qılıncdan keçirməmiş dediyimi et.
Qazı dedi: - العَظیِمِ لاَ حَولَ وَ لاَ قُوَّةَ اِلّاَ بِالله العَلِیُّ, yəni “Allahdan başqa güc və qüvvət yoxdur”. Məgər sən divsən ki, məni bu qədər incidirsən?
Oğru dedi: - Əgər mən div olsam, onda sən kafirsən. Çünki Allah- taala Qurani-Məciddə buyurub: 1 اِنَّاَ اَرسَلناَ الشَّیاطِینَ عَلیَ الکافَرینَ, yəni “Biz divləri kafirlərin üzərinə göndərərik”.
Oğru dedi: - Ey qazı həzrətləri, təfsirdə oxumuşam ki, şoran torpaq ehtiyac üzündən ehtiyacı olmayan Allahın dərgahına üz tutdu və gileyləndi:
- Ey aləmlərin Rəbbi və insanların padşahı, insana və cinə ruzi verən. Bu, nə acılıqdır ki, mənə bəxş etmisən və bu, nə toz-torpaqdır ki, məndən uzaqlaşmır? Nə mən özümdən bir həzz alıram, nə də kimsə məndən bir xeyir götürür. Müəyyən vaxtdan sonra Tanrıdan belə bir nida gəldi:
- Ey torpaq, niyə belə şikayətlənirsən və bu nə məsələdir ki, bəyan edirsən? Sənə şükür etmək vacibdir. Səni elə bir torpaq yaratmamışam ki, qazılar sənin üzərində yaşayıb həyat qursunlar. Sən də onların pisliyi üzündən pis aqibətə düçar olasan.
Bu nida torpağın qulağına çatdı. Dərhal ağlayıb zarıldamağa başladı və dedi: - Ey Allahım, öz əzəli aqibətimə razıyam.
Oğru dedi: - Ey qazı, sənin də aqibətin yuxarıda dediyim kimidir və sən məni div deyə çağırdın. Bu haqda belə bir hədis mövcuddur: - خَیرُ الکَلَامِ قَلَّ وَ دَلّ, yəni “Ən az kəlam az danışmaqdır”. Ey qazı, buna görə tez ol. Söhbət getdikcə həddini aşır.
Qazı dedi: - Ey bihəya, qoy çıxım gedim. Yolumu kəsmə.
Oğru dedi: - Ey qazı, sən ki mənə bihəya deyirsən, mən sənə nə deyim? Sonra da bu beyti oxumağa başladı:
تا تو شده ی قاضی بغداد اندر ،
مردم همه آمده بفریاد اندر،
از کمر حیلهای و فن تو همه،
خواهند خلایق زخدا داد اندر.
Sən Bağdad qazısı olandan,
Bütün camaat fəryada gəlib.
Hiylə, məkr, fitnə-fəsadından.
Bütün xalq sənin əlindən Xudaya dad edirlər.
İndi tez ol ki, sübh açılmaq üzrədir.
Qazı dedi: - Ey cavan, mənim hörmətimi saxla və Peyğəmbərin buyurduğu bu hədisə əməl et: العُلَمَاءُ وَرَثَةُالاَنبِیاءِ, yəni “Alimlər peyğəmbərlərin varisləridir”.
Oğru dedi: - Qazılar alimlər qədər elmli ola bilməzlər. Necə ki şairlər demişlər:
Bütün qadın və kişilər bu zəmanənin qazılarına heyrandırlar.Əgər bir ölünün başı üstə gəlsələr, kəfənini bədənindən çıxararlar. Gecə-gündüz məkr və hiyləni özlərinə alət edib daim hüzn istəyərlər. Ey qazı, əgər sən peyğəmbərin varisisənsə, mən də Allahın xüsusi bəndəsiyəm. Çünki peyğəmbər bu hədisdə buyurub: أَهلُ القُرأنِ أهلُ اللهِ, yəni “Xüsusi bəndələr Quran oxuyan bəndələr sayılır”. Mən yeddi dəfə qiraət etməklə Quranı yadda saxlaya bilirəm və onu daim oxuyuram.
Qazı soruşdu: - O yeddi qiraət hansıdır?
Oğru dedi: - Birincisi – Nafe qiraəti, ikincisi İbn Kəsir qiraəti, üçüncüsü Əbu Ömər qiraəti, dördüncüsü İbn Amir qiraəti, beşincisi Asim qiraəti, altıncısı Həmzə, yeddincisi Kəsai qiraəti. Qazı bunları eşitcək heyran qaldı və ürəyində dedi ki, oğurluq edən şəxsin bu qədər elmli olması haradandır? Qazı dedi: - Ey insan, Qurandan və hədislərdən xəbərin ola-ola niyə mənə zülm edirsən? Allah- taala buyurub:
, yəni "Allahın lənəti zalim insanlara olsun” - 1وَ لَعنَةُ اللهِ عَلیَ القُومِ الظَّالِمینَ
Oğru dedi: - Zalım sənsən ki, gecə vaxtı yoldaşsız evindən çölə çıxmısan. Ona görə də Allahın lənətinə rast gəlmisən. İndi isə ulaqdan düş və paltarlarını soyun, mənə ver. Sonra hara istəsən, get. Çünki höcətləşmək artıq həddini aşır. Qazı dedi: - Ey quldur, məni burax və yolumdan keç.
Oğru bu sözləri eşitcək dedi: -Sən mənə quldur deyirsən. İndi mənə vacib oldu ki, səni ulaqdan düşürdəm və paltarlarını soyunduram. Çünki quldurlar islah olunmazlar. Necə ki Allah-taala buyurub: إنَّ اللهَ لَا یُصلِحُ عَمَلَ المُفسِدینَ2 - yəni quldurlar islah olunmazlar.
Oğru bu nəzmi qazı üçün oxudu:
، مرا مفسد چه خواندی گشت واجب
که چون سیرت برهنه سازم امشب.
خرو دستار و جامه هر چه خواهی،
بگیرم تا برهنه باشی امشب .
Məni quldur adlandırdığın üçün,
Mənə vacib oldu səni soyundurum.
Ulağını, palanını, paltarlarını əlindən alam
Ki, bu gecə lüt qalasan.
Qazı dedi: - Allah-taala buyurub: إِنَّ بَطشَ رَبَّکَ لَشَدید3 , yəni “Allah gec edir, güc edir”. Sən o gündən qorx ki, əzaba düçar olasan.
Oğru dedi: - Düz deyirsən, lakin sənə bu günə qədər möhlət verilib ki, mənə düçar olasan. Eləcə də qazılıqdan tövbə edəsən. Etmədiyin üçün belə bəlaya düçar olmusan. Xalq sənin əlindən nalə edir. Sənin qazılığından xalq cana gəlib.
Beyt:
پیوسته سرت زتن جدا میخواهند،
جانت هدف تیر بلا میخواهند،
، بی جور وجفا خدای داناست که خلق
مرگت بتضرع زخدا میخواهند.
Daim sənin başını bədəndən ayrı görmək istəyiblər.
Canını bəlanın iti hədəfinə tuş görmək istəyiblər.
Hər şeyi bilən Allahdan əzab-əziyyətsiz,
Sənin ölümünü yalvara-yalvara görmək istəyiblər.
İndi tez ol ki, səhər açılır.
Qazı dedi: - Ey azad insan, Peyğəmbər (s) buyurub:
1إرحَم تُرحَم
- yəni “Rəhm et ki, rəhm olunasan”.
Oğru dedi: - Əgər mən sənə rəhm etsəm, Allah mənə rəhm etməz. Necə ki kainatın ağası Məhəmməd Mustafa (s) buyurub: 2 مَن أَعانَ ظَالَماً فَسَلَّطَ اللهُ عَلَیکُم, yəni “Hər kəs zalıma kömək etsə, Allah həmin zalımı sizə hakim edər. Sən özünün nəfsinə zalımsan və insanlara rəhm etmirsən.
Necə ki şair buyurub:
Nəzm:
بدکرداری نگیرد کس را،
نیکو کاری کجا رسد هر کس،
این وعظ تو هیچ سودی ندهد،
آنکس که بخود نیست نباشد کسرا.
Heç kəsə pislik etmə,
Hamıya yaxşılığın dəysin.
Sənin bu moizənin heç bir faydası olmaz.
O kəs ki, özündə deyil, olmaz heç kəslə.
Qazı dedi: - Ey cavanmərd, bu ayədə Allah-taala buyurub:
1وَالَّذینَ اُتوالعِلمِ دَرَجَاتٍ
- yəni “Alimlərin dərəcəsi çox yüksəkdir”. İndi, deməli, sən də mənim kimisən.
اَلجِنسُ مَعَ الجِنسُ یَمیلوُ
Çünki at-atın yanına bağlayanda həmcins olmasa da, həmxasiyyət olar.
Oğru dedi: - Ey qazı həzrətləri, mənim sənlə nə bağlılığım var. Sən Bağdad şəhərinin qazısısan və mal-dövlətin aşıb daşır. Oğru qazı haqqında bu sözləri deməyə başladı: - Ey qazı, sən böyük var-dövlətə sahibsən. Rüşvət yediyin üçün sanki yetim malı yemiş kimisən. İki adam sənin yanına şikayətə gəlsə, birindən yarısını, digərindən başqa bir yarısını rüşvət alırsan. Sənin mənimlə nə oxşarlığın var? Mən evsiz-eşiksiz avarayam. Çərxi-fələyin cövr-cəfasından sərgərdanam.
Beyt:
. سر گشته منم ز جور این چرخ مقیم
بینی که چنان خسته ام ای دیو رجیم.
Fələyin cəfasından sərgərdan mənəm,
Görürsən ki, necə yorulmuşam ey lənətlənmiş şeytan.
İndisə tez ol. Çünki günahkar olmağıma az qalıb.
Qazı dedi: - Ey gənc, ağıllı insan nadanın qabağında olmaz. Necə ki Allah-taala buyurub:
2اَلَّذینَ یَعلَموُنَ وَالَّذینَ لَا یَعلَمو , yəni “Bilənlə bilməyən eyni deyil”.
Oğru dedi: - Ey qazı, o taleyin işidir ki, sən ağıllısan, mən nadan. İşin əsası budur ki, on beş fərsəx yolu min əzabla gəlmişəm ki, öz istəyimi səndən hasil etməyincə getməyim. Sən də nadanlıqla gecə yarısını səhər tezdən bilib, cəhalətin təsirindən özünü qazı hesab edirsən.
Beyt:
ای کرده بجهل نام خود را قاضی،
جبار قاضی نیست به حکمت راضی.
آتش صفتی بهردم وهر ساعت،
در شهر و دیاری که تو قاضی باشی.
Ey cəhalətin təsirindən özünü qazi sanan,
Dünyanın qəddarı öz qəzavü-qədərinə
razı olmayan.
Hər an, hər saat insanlar zülm görər,
Ey qazı, o şəhər və diyardakı sən qazısan.
Ey qazı, bil ki, bu elmdən heç bir fayda olmaz.
Sən mənə rast gəldiyin üçün böyük ziyana düşmüsən. Bəs niyə deyilən bu hədisə riayət etmirsən?
إَنَّما الاَعمالُ باِلنِّیَّاتِ
- yəni “Əməl niyyətdən asılıdır”.
İndi tez ol.
Qazı dedi: - Ey cavan, sən Allah-taalaya heç ibadət edirsənmi?
Oğru dedi: - İbadət etdiyim üçün gecəyarı Allah səni mənim qabağıma çıxarıb və mənim əziyyətimi puç etməyib. İndi isə tez ol. Çünki hər bir işin öz vaxtı var.
Qazı dedi: - Ey azad insan, hədisdən söz açdığın üçün burada Peyğəmbərin buyurduğu bir hədisi demək yerinə düşər:
إِتَّقوُا دَعوَتِ المَظلومینَ فِانَّهُ مَقروُنَ بِالاِجابَةِ وَ إن کانَ کافِراً
- yəni “Sitəm görmüş məzlumların bədduasından qorx ki, həmin duanın qəbul olunması çox yaxındır. Məzlum kafir olsa belə”.
Oğru dedi: - Ey qazı, bilirsənmi ki, dörd nəfərin duası qəbul olunar?
Birincisi, rəiyyətin padşah haqqında etdiyi dua. İkincisi, şeyxin və ustadın muridlər və şagirdlər haqqında etdiyi dua. Üçüncü, ataların və anaların övladlar üçün etdiyi dua. Dördüncü, qəriblərin öz qonşuları haqqında etdiyi dualar.
Ey qazı, özünə hakim ol və düz danış. Bu dörd duadan hansı sənə şamil olunur? Və hansı zülmü etmisən ki, bu gün mənim əlimə düşmüsən?
İndisə tez ol ulaqdan düş, paltarlarını mənə ver. Qısa danış və hara istəyirsən, get.
Qazı dedi: - Ey cavan, bu işi görmə. Bu aqibət səni də gözləyir və bu zaman peşmançılıq fayda verməz.
Beyt:
Dostları ilə paylaş: |