Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə12/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   56
Bir az da özümdən
Bahar fəsili tək gözəl gördüyüm,

Baharın özüsən, gözəlim mənim.

Dəyişib ruzigar, keçsə də dövran,

Sevgidə, sevdada əzəlim mənim.


Dedin ki, xoşbəxtlik yaraşır bizə

Dedim ki, sevinmə, gələrik gözə.

Mənim ad günümdə yarat mey, məzə

Dostluq meydanında sağ əlim mənim.


Tanrının verdiyi bəxşişsən, paysan,

Kükrəyən bulaqsan, çağlayan çaysan,

Tər sinəni köksüm üstünə qoysan,

Dincəlləm, sağalar azarım mənim.


Ömürşahın bağrın döndərdin Qana

Səadətin bəlli külli-cahana.

Eşqindən olmuşam dəli-divanə

Müxəmməsim, qoşmam, qəzəlim mənim.


Axşamlar görüşə imkan olmayır,

Qorxursan ərinin intiqamından.

Gündüzü gözləmək fərəh gətirir,

Mənim bu məhəbbət imtahanıma.


Günüm, qorxu varsa, «əlvida sevgi»,

Mənim gözlərimə görünmə daha.

Sevənlər özünü oda atarlar

Onlara – yabançı sevgilər saxta…


Səni başa düşmək mənə bəllidi

Ev, uşaq qayğısı, namus qayğısı.

Sevgi aləmində bir dəfə yanmaq

Hər böyük sevginin qayğısıdır bil.


Bilmirəm, bəlkə də sən haqlı, sən düz,

Mənimçün dünyanın birgə rəmzi var.

Eşqin, məhəbbətin simvolu yalnız,

«Cəsarət», «sədaqət» sözlərində var.





Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin