Əliağa Aslan
Ömürşah müəllimə ithaf
Görüşünə tale bizi gətirdi
Ömür yolu, tale izi gətirdi.
Bir bəxtsizi, talesizi gətirdi
Köynəyində duman qalan, çən qalan –
Sanqalan!
Həsrətinə çıraq tutdu gümanım
Dərd istəmə, çoxdu məndən umanım.
Salamat qal, a örpəyi dumanım,
Biz onsuz da gedərgiyik, sən qalan –
Sanqalan!
Saçlarıma sığal çəkən nəsimdi,
Bülbül ötsə, bil ki, mənim səsimdi.
Sən Bicodan muğayat ol, bəsimdi
Dünya boyda şadlıq edən, sən qalan –
Sanqalan!
Mir Vaqif
Nə ədalətlə verib tanrımız o adımızı,
Çünki mənalayıb əvvəlcədən həyatımızı.
Özümüz şah olmasaq da, Ömrümüz Şahanadır,
Tərbiyə etməkdəyik gündə min övladımızı.
Biz ki, fəxr etmişik o tale payımızla müdəm,
Sevirik, sevdiririk şah ədəbiyyatımızı.
Gənclik ilə işimiz öylə təzahür etmədə,
Görəməz hardasa, kimlərsə qırıq zatımızı.
Bizlə şad olmada ruhları böyük dahilərin
Yaddaşa çəkəndə hər şeirlə, bayatımızı.
Neçə daş kitabəni biz açırıq vərəq-vərəq
Göstərib o gələcək nəslə dərin qatımızı.
Şeir, sənət, həmi musiqiyə ilk yol çəkənik.
Bildirir bu yol axır sondakı ovqatımızı,
Bəhrələnməkdə bəşər Nizami mülkündən hələ,
Örnək etmək özünə xalqlar ustadımızı.
Ot kökü üstündə bitərsə, böyüyüb canə gələr,
Unuda bilmərik o Füzuli fəryadımızı.
Qəhrəmanlıq da, şikayət də bizimlə başlayar
Səsləyəndə Nəbi, Mehdi ilə Fərhadımızı.
Gələcək elmli gənclərlə rövnəq tapacaq
Bu amalda görürük mənəvi imdadımızı.
Şeirə Vaqif olan o dostumuzun son sözü bu,
Tanıdıq bacardığımız qədər əcdadımızı.
Dostları ilə paylaş: |