Buna bir cavab yazdım, əgər cavab demək olarsa
Əhlimanoğlundan Qafaroğluna
Var odlu-atəşli salamım qardaş,
Oxudum şeirini təbim oynadı
Qardaş tək başına dolanam, qardaş.
Yazdın şah ömrünün misrasını sən
Mən ki, o rütbəyə layiq deyiləm.
Dərd bilən, mərd olan dostlarımın mən
Qulluğunda duram, dayanam, qardaş.
Sən təb sahibisən, alovun çoxdu,
Həzin misraların canıma hopdu.
Mənimki üzdədir, bir az da gopdu,
Sənlə uyğun gəlməz kalamım, qardaş.
Ancaq gözəlliyə vurğunam mən də,
Gördüm bu şakəri şeirində, səndə
Ömür-gün ötüşüb əllini ötəndə
Faş olar, bilinər yalanım, qardaş.
Şəfəqli Mikayıl dostluqda başdı
Sanki Zirəddin bəy ona qardaşdı.
Ayın 19-u mənlə yoldaşdı,
Sizə gəlməyə var planım, qardaş.
12.01.1997
Dostları ilə paylaş: |