Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə21/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   56
Emel üçün
Mənim körpə balam var, Emeldir onun adı

Ondan doya bilmərəm, mənim üçün bal dadır.

Savaşır qardaşıyla, heç getmir yola qızım,

Sanki çərxi-xoruzdur, yatmır ip-sapa qızım.

Abdulla döyür onu, heç baxmır ki, körpədir. Qardaş zalım olar ha, baxmaz, bacıdır – nə kənddə olur həmişə, hərdən bir gəlir bura gələn kimi darıxır, hey deyir gedək ora. Çil fərə qaldı orda, qaşqa buzov tək çaldı. Gizli-gizli süzürəm onun bu işini mən. Qucağımdan ayırıb, bir təhər dilə tutub, ona belə deyirəm:
Ay mənim nazlı qızım,

Ay sözlü, sazlı qızım.

Bir mənim sözümə bax,

Qulağından sırğa tax.

Ata nəsihəti bu:

«Dəcəllik eləmə çox»,

Dəcəl olsan onu bil.

Qaşqa buzov inciyər

Çil fərə dəli olar

Nənə, baba dilində.

Xoş söz də «dəli» olar

Abdulla tək qalarsan.

Kəndi-kəsəyə həsrət

Bax belədir məhəbbət

Bax belədir məhəbbət.


Atabəy üçün
Oğul-qız dünyada tanrı töhfəsi,

Hələ övladların şahıdır, bala.

Sevinc sənin üçün doğmaca ana,

Sevinc Abdullaya bacıdır, bala.


Birinci nəvəsən, kübarsan, paysan,

İstiot danəsi, kükrəyən çaysan,

Dəcəllik mülkündə Taclıya taysan,

Taclıda sevginin tacıdır bala.


Adını Atabəy qoyubdu atam,

Bəy kimi ömr elə qoy doysun atam,

Atabəy olacaq əlimdən tutan

Atabəy nəvəlik tacıdır, bala.


Atanın, ananın gözünə işıq

Elimə-obama ol sən yaraşıq.

Sən böyü, toy edək, gətirək aşıq

Şadlanaq, sevinmək çağımdır, bala.


Ömürşah babanın arzusu çoxdu

Oğlumdan-qızımdan hay-haray yoxdu.

Planda, --------?? Toy etmək yoxdu

Sənə toy eləmək vaxtıdır, bala.



Taclı üçün
Babayla danışan dilinə qurban

Dilin bal kimidir, a Tacim mənim.

Atılıb düşməyin istiot dadır

Üzdə xal kimidir, a Tacım mənim.


Davalar xoruza oxşuyur balam,

Konfet al, qaqqa ver» qoy yesin xalan.

Çörəklə, xörəklə heç yoxdu aran

Yeməksiz böyüyən, a qızım mənim.


Nənən Bəsirəyə qoş şər-şəbədə

Nənən ayaq atır indi mənə də.

Emelnən, Abışnan hər gün yenə də,

Tutaş, dava elə, a nazım mənim.



Gövhər üçün
Dünyaya gəlməyin toydur-büsatdır,

Babanın gözünün qarası Gövhər,

Gəlişin babanın dərdin azaltdı

Qartal balasının balası Gövhər.


Gör necə oxşayır babasına o,

Yaxşıca əylənir nənəsiylə o.

Yamanca dost olub anasıyla o

Dadı damağında qalan Gövhər.


Sənin getməyinə baba pərt oldu,

Babanın nisgili elə dərd oldu.

Dərd çəkdi, qəm yedi, dərd-mənd oldu

Əhliman soyunun sonası, Gövhər.


Dünyaya gəlməmiş etdin məni şad,

Bala, ağzım verir indi ləzzət, dad.

Şaqraq gülüşünlə babanı sağalt

Kamranın, Gülnarın balası, Gövhər.




Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin