Gövhərin ad gününə
21.04.04.
Gövhərim, balım, şəkərim,
Arzum, diləyim – işıqlı səhərim.
Gövhərim – istiotum, duzum.
Körpə nəvəm, körpə quzum.
Mən səni görəndə uşaqdın,
İndi xeyli böyümüsən, yəqin.
Deyirlər, atan balaca maşın alıb
Sürünürsən evin içində.
Asta-asta, həzin-həzin.
Bir dəfə telefonda eşitdim səsini.
Dinməzcə qulaq asdım
İçimə çəkdim nəfəsimi.
Şükür xudanın birliyinə
Görəcəm səni haçansa.
Sevib oxşayacam,
Öpüb oxşayacam asanca.
Gözümün nuru, mən görmüşəm övlad,
Beş uşaq böyütmüşəm, xürrəm, şad.
«Şad» dedim, çox əziyyət çəkib atan, bax
Sənciyəz tuş gəlməyəsən.
Zülmə, zavala.
Ömürşah soyunun ilkisən, ilki,
Nübar balamsan mənim bu ilki.
Ad günün mübarək olsun!
Sevin, əylən doyunca!
Sevgi, istək var olsun,
Qamətincə, boyunca.
İstək dünyasında baba üçün ooldun şah
Di salamat qal.
Dostları ilə paylaş: |