28.09.91
E.Mehrəliyev
Coğrafiya elmləri namizədi
Bir nəslin üç övladı
Ağsu rayonunun Bico kəndində (keçmişdə Şamaxı rayonuna tabe olub) Yusifli (hüsüflü) deyilən bir nəsil var. Bu nəslin nə vaxtdan mövcudluğu haqqında məlumat dəqiq deyilsə də, onun bizə qədər adı gəlib çatan birinci Yusif babanın təxminən 320-325 il bundan əvvəl XVII əsrin ortalarında yaşadığı güman olunur. Yusif baba onun indi yaşayan nəvələrinin 10-11 arxa bundan əvvəlinin babasıdır. Əldə olunan məlumata görə nəticəsinin və daha iki arxa dönmüm sonrakı nəvəsinin də adı, Yusif olmuşdur.
Yusiflilərdə söz qoşmaq, şeir bilmək, dastan söyləmək, xalq yaradıcılığına çox həvəs göstərmək bir adət idi. Bu nəsildə belə bir adət varmış: onlar, yəni bu tayfanın üzvləri axşam, xüsusilə qışda - şamdan sonra hətta çox kiçik uşaqlara - 5-7 yaşlılara dastanları söylədər, yaşlılardan kimsə bu işə arbitrlik edərdi. Bəzən böyük bir mübahisə qopar, arbitr izahat verib işi yoluna qoyar, nağılçını yenidən istiqamətləndirərdi.
Nəsildən-nəsilə keçən bu hal "Yusifli" tayfasından söz qoşanların – şairlərin yetişməsinə şərait yaradırdı. Ona görə də xalq arasında yusiflilərə "şairlər tayfası" da deyirlər. Belə şailərin üçü məlumdur – Soltan, Abdulla, Yetim Hüseyn. Onların şeirlərinin çoxu itib-batmışdır. Lakin əldə olan şeir nümunələri imkan verir ki, bu üç müəllifin yaradıcısı haqqında müəyyən mülahizələr yürüdək.
Soltan təqribən 1710-1775-ci il, Abdulla 1815-1880-ci il, Yetim Hüseyn 1870-1918-ci illərdə yaşamışlar.
Dostları ilə paylaş: |