Sevdamın əzəlinə, ömrümə xəzəl gətirən gözəlimə, balalarımın anasına, elimin, obamın misilsiz sonasını, istəkli Xanımın əziz xatirəsinə ithaf.
Keçdi xoş günlərim, ömrüm oldu zay,
Otuzu keçirdim, başa nə qaldı?
Dağıldı tufağım, döndəm ələmə,
Bir dəri, bir sümük – daşa nə qaldı?!
Haqdan bəla gəldi gözəl yarıma
Qəlbim çox sınıqdır, gəl heç sarıma
Mələklər görsəniz deyin Xanıma
Ömürşah ağlını çaşa nə qaldı?!
Dözməzdim bir günlük ayrılığına
İndi illər boyu həsrətəm sənə,
İəsəlli taleyim üç töhvəsidir
Mən səndən ayrıyam, qürbətəm sənə.
Ömürşaham, yandı, alışdı sinəm,
Görəsən dərdimi varmı bir bilən.
Ey göylərdən enib dünyaya gələn
Mən varlıq deyiləm, surətəm sənə.
Demirəm ünyada ömr edə bilməm
Ömrümüm xəzanı keçəcək sənsiz.
Görsəniz qəm çağı, kədər bulağı –
bilin o mənəm.
Görsəniz üç körpə ağlar vaxt çağı –
bilin o mənəm.
Üç qartal balası uçsa havada,
Anasın axtarsa açıq səmada –
bilin o mənəm.
Görsəniz baş-başa verib buludlar,
Səssiscə, həzincə, kədərlə ağlar –
bilin o mənəm.
Görsəniz dağılıb evi-eşiyi,
Sahibsiz qalıbdır dolu beşiyi –
bilin o mənəm.
Mən bəxti kəməm!!!
Dostlar giley edir: "Bəsdir, dincəl, dur".
Həyat mənimüçün bulanıq sudur.
Könlümün istəyi, duyğusu budur:
Canımdan çox sevdiyim körpələrimçün
Mən burda qəvvas tək üzmək istərəm.
qara torpaq hara, de bir sən hara?
Şeyda bulbul idim, döndərdin sara,
Sinəmə çarpazı çəkmisən yara
Çəkin boğazımdan məni min dara
Gülüb-oynamağı yadıma sala.
Mən ki doymamışdım ala gözlüdən,
Asta yerişindən şirin sözündən
Bircə şikayətim onun özündən
Könlümü almağı yadıma düşdü.
Sən mənim bəxtimin kürlüyünə bax
Həyat daimidir, insanlar qonaq.
Nazlı sevgilimin ölümdən qabaq
Telini saymağı yadıma düşdü,
Könlümü almağı yadıma düşdü
Obası-oymağı yadıma düşdü.
***
Xatirələr cığırıyla çıxdıq səni gəzməyə
Xatirələr cığırıyla "ölüm" sözün əzməyə.
Bacı-qardaş, ata-bala yapışmışıq əl-ələ,
İki aydan çox göz yaşımız qurumayıbdır hələ.
Balalarım haray salıb "Ana, ana!! deyirlər
Mən qüssədən yük tutmuşam, onlar kədər yeyirlər.
Sevinc hələ ümid edir qayıdarsan, gələrsən
Balaların göz yaşını öz əlinlə silərsən.
Artıq hər şey oldu-keçdi axar sular bulandı,
Sən gəlmədin günlər ötdü, aylar gəlib dolandı.
Görüşünə həsrət qaldıq, həsrətinə dözmürəm,
Bu ayrılıq hardan gəldi, ayrılığa dözmürəm.
Yetimliyi damğa vurdun uşaqların adına
Mən fələyə nələr deyim, özü baxsın dadına.
Kamranımdan əhval sordum, səsi belə çıxmadı
Onun sakit duruşunda, baxışında yetimlik,
Dedim: "Bala, qurban olum sənin sakit dilinə!"
Dedi: "Ata, olma qurban, bizi sıxar yetimlik".
Əhlimanım deyir: "Ata, gətir mənim anamı,
Özü baş götürüb gedib bizi dərdə salanı".
Deyir: "Ata, neyçün getdi anam səssiz-səmirsiz,
Mənə lay-lay çalmalıykən beşik qaldı hənirsiz.
Olmazmıdı anam qala, biz də çataq murada
Bir anamdan başqa mənim dərdim yoxdu dünyada".
Onlar dinir, danışırlar, mən sükuta dalmışam
Sənsizliyin sorağında həsrətinlə qalmışam.
Hamı sorur, hamı dinir, mən durmuşam soraqsız
Sənsizliyin həsrətində yandım odsuz-ocaqsız.
***
Xəyal büküm-büküm həsrət gölündə
Həsrətin, xəyalın qəddimi bükdü.
Bilməm neyləmişdim zalım fələyə
Könlüm gördüyümü gözümdən tökdü.
Hamı həsrətində bayramın, toyun
Şənliyim, bayramım döndü səhərə.
Keçən il bu vaxtı toy-büsat idi
Bu il əvvəl yaman qalxdı yəhərə.
1976-cı ilin fevral-mart aylarında hərbi çağırışa çağrıldım və 2 ay Gəncədə təlim keçdik. Başımıza gələn bir əhvalat məni bir-iki söz demək məcburiyyətində qoydu.
Qardan yorğan geydik
Uzun günlər yol getdik.
Görmədiyimiz yerləri
Gəzmədiyimiz dağları
Biz doyunca seyr etdik.
Çatdıq Şuşa şəhərinə
Yaşamağın xətrinə
Maşından tökülüşdük
Getdin, doyunca, getdik.
Laçın elə laçındır
Günəş yerə yaxındır.
Laçın kimi bir şəhər
Dağ başına sığındı.
Yerlər gördüm bəzəkli
Yerlər yaraşıqlıdır.
Yerlər toylu-büsatlı
Yerlər gur işıqlıdır.
Gəzdiyim bu yerlərə
Məhəbbətim var mənim
Qarabağın qışına
Zəngəzur baharına
Çox hörmətim var mənim.
Natəvan bulağına
Zakirin oylağına
Uca Kəpəz dağına
Məhəbbətim var mənim.
Gəldiyim bu yerlərdə
İnsanlarla danışdım.
Sanki on illər əvvəl
Onlarla mən tanışdım.
Yeni yoldaşlar, dostlar
Qənimətim olubdur.
Gəncə məhəbbətimsə
Ağdam cənnət olubdur.
tanışların artdı sayı,
Olmadı bir-birinin tayı.
Eləsi var tulapayı
Eləsi var can verərəm.
Yoldaşlarım yaman qorxdu təlimdən
Yapışmadı dar günümdə əlimdən.
Yaxşı keçdik Həkərinin selindən
Başımıza qar da qondu, a dostlar.
Hidayət yamanca çıxdı aradan
Ona kbmək olsun qadir yaradan
Gördü ki, şey çıxmayacaq oradan
Yoldaşların darda qoydu, a dostlar.
Əsgərlikdə peyda olub bu işlər
Bir əkər, on doqquzu hey dişlər
Ağlamaqla ------?? olub gülüşlər
Zirvələrə çap da qonub, a dostlar.
Naqirod yeməyi vermədi bizə
Qorxdu çox yekələk, biz gələk gəsə
------??? da sayı çatıb 400-ə.
Saldatların atası yandı, a dostlar.
Hüseyn qarşımı yamanca tutdu
Komsomol andını tamam unutdu.
Rota yola düşdü evə üz tutdu
Dağ başında tonqal yandı, a dostlar.
Popovun ümidi qalmış İlyasa
İlyas da özünü vermiş sançasa.
Maşınlar gərəkdir gedə zapasa
Haqq-hesabı tamam dandı, a dostlar.
Xəlil yaman unutmuşdu bizləri
Çox içibdir, bükülübdür dizləri.
Yaman pörtüb, işıldayır gözləri
Evlərini postda sandı, a dostlar.
Niyazi adını doğrultmadı heç
Yoldaşın yaxşısın, pisini sən seç.
Doğru demişlər ki, ləzgi olar ki,
Naryadı gəldi daldalandı, a dostlar.
İsayev arağı içinə tökdü
Rotanın böyrünü kəl kimi sökdü
Soldatları bir-bir evinə getdi
Kapitan ------??? odlandı, a dostlar.
Bayramın futbolda burxulub qıçı
Vallah, azarkeşdir heç yoxdur suçu.
Kart basanda ürək görür o xalqı
Baş qarışdı oyun yandı, a dostlar.
İsfəndiyar gözəl bilir maşının
Tamam atıb slujbanın daşını.
Fərhad zamestitel oldu kombata
------??? sostav ya itirə, ya tapa.
Rafiq şirindil, istiqanlıdır
Dost qədri biləndir, o dostcanlıdır.
Akif səxavətdə Hatəmə bənzər
Axacaq başından müdam simü-zər.
Belələri gözəl tərlana bənzər.
Kombat qurddur, tayı yoxdur dünyada
İşi yoxdur, vədi həddi ziyada.
Beləsini iş düşməsin dünyada
Hidayəti çox incitdi, a dostlar.
Zampolit insandır heç əvəzi yox
Təvazökar, ləyaqətli, gözü tox.
Razumsov zabitin qədrini bilir
Ağlarsa gözünün yaşını silir.
Andruşenko bircə şeyi çox bilir
İçməyi, yeməyi, keyfə çıxmağı
Arvadı Salyana ezam eyləyib
Rota soldatına nizam eyləyib
Məndən də kombata yaman söyləyib.
A dostlar, hamının vəsf olundunuz
Lütfən inciməyin şən yumorumdan
Özümdən deməyə qələmim aviz
Söz-söhbət yamanca başımı qatdı
Məsəl var: "deyərlər axmaq danışdı
Ağıllı məhlulu bazarda satdı".
Artıq yaşım mənim otuzu keçmiş
Dünyanın qəhrini mən çəkmişəm çox
Sənət meydanında, söz meydanında
Körpə bir quşcuğaz hələ tükü yox.
Dostları ilə paylaş: |